Dezinfektologiya


IV. Dezinfeksiyanın keyfiyyətinə nəzarət



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
№4 Dezinfektologiya-İSF -4-Az

IV. Dezinfeksiyanın keyfiyyətinə nəzarət 
1. Vizual olaraq ocağın vəziyyəti, obyektin seçilməsinin və zərərsizləşdirmə 
metodlarının düzgünlüyü, dezinfeksiya tədbirlərinin aparılmasının tamlığı 
aydınlaşdırılır. 2. Kimyəvi metoddan preparatlarda və işçi məhlullarda təsiredici aktiv 
maddənin miqdarıni, işçi məhlulların konsentrasiyasının mövcud normativlərə 
uygunluğunu, dezinfeksiyaedici vasitələrin saxlanma qaydalarına əməl olunmasının 
müəyyənləşdirmək üçün istifadə olunur. Nümunə götürülərkən götürülmə tarixi, 
dezinfeksiyaedici məhlulun nə vaxt və necə hazırlanması, etiketdə hansı 
konsentrasiyanın yazıldığı, dezinfeksiyaedici preparatın saxlanma şəraiti göstərilir. 3) 
Bakterioloji nəzarət bağırsaq infeksiyaları ocaqlarında isə stafilakokların aşkar 
edilməsi yolu ilə həyata keçirilir. Bakterioloji nəzarət ocağın dezinfeksiyası 
qurtardıqdan 35-40 dəq.gec olmamaq şərti ilə aparılmalıdır.
Yekun dezinfeksiyanın keyfityyəti aşağıdakı hallarda kafi hesab olunur: 
- bağırsaq nümunələri zamanı – bütün nümunlələrdə bağırsaq çöpləri inkişaf 
etmədikdə; 
- damcı infeksiyaları zamanı – stafilakoklar və vərəm mikobakteriyaları 
inkişaf etmədikdə. 
Yekun və cari dezinfeksiyanın keyfiyyətinə nəzarət zamanı ev ocaqlarında 10-
dan, uşaq və MPM-də isə 30-dan az olmamaqla kontrol yaxmalar götürülməlidir.
İnfeksion xəstəxanalarda və şöbələrdə, vərəm əleyhinə müəssisələrdə
poliklinikalarda dəri-zöhrəvi kabinetlərdə və dispanserlərdə cari dezinfeksiyanın 
keyfiyyətinə nəzarəti dezinfeksiya stansiyaları rübdə 1 dəfədən, somatik 
xəstəxanalarda, cərrahi profilli müəssisələrdə, doğuşayardım və ixtisaslaşdırılmış 
uşaq müəssisələrində isə ildə 2 dəfədən az olmamaqla aparırlar.
Ədəbiyyat: 
1. Ağayev İ. Ə., Qulıiyeva E. M. və başq. Dezinfeksiya işi. Bakı, 2007. 
2.. Ющук Н.Д., Жогова М.А., Бушуева В.В. Эпидемиология. М.: 
Медицина, 1993. 
3. Покровский В.И., Пак С.Г., Брико Н И. Инфекционные болезни и 
эпидемиология.- М.: Гэотар, Медицина, 2000. 
4. Руководство по эпидемиологии инфекционных болезней / Под ред. В.И. 
Покровского. Т.1. – М.: Медицина, 1993. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin