Profilaktik dezinfeksiya infeksiya mənbəyinin olub olmamasından asılı
olmayaraq, yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq üçün xarici
mühitdə toplana biləcək törədiciləri məhv etmək məqsədilə aparılır. Profilaktik
dezinfeksiya müəssisələrin öz işçilərinin qüvvəsi ilə bütün müalicə-profilaktika və
uşaq müəssisələrində həyata keçirilir. Profilaktik dezinfeksiya aşkar edilmiş infeksiya
mənbəyi olmadiqda, yəni onun mövcud olması ehtimalı nəzərə alınaraq həyata
keçirilir. Profilaktik dezinfeksiya gündəlik həyatda çox geniş işlədilir. Profilkatik
dezinfeksiyanın əsas obyektləri: kommunal obyektlər (yaşayış evləri, yataqxanalar,
mehmanxanalar, hamamlar, bərbərxanalar, məişət obyektləri və s.), ictimai binalar
(mədəni-maarif, idman sağlamlıq kompleksləri, üzgüçülük hovuzları), uşaq və
yeniyetmə müəssisələri (MPM, ümumtəhsil, sağlamlıq), su təhcizatı idarələri, qida
sənayesi və emalı müəssisələri, ictimai iaşə müəssisələri, nəqliyyat vasitələri və s.
Üzgüçülük və idman hovuzlarının dezinfeksiyası gediş-gəliş yollarının, duş
kabinələrinin, tualetlərin və digər işçi və yardımçı otaqların 1% -li xloramin məhlulu
ilə dövrü şəkildə işlənməsi ilə həyata keçirilir. Suyu boşaldılmış hovuzun dibini
dezinfeksiya etmək üçün 5%-li xloramin məhlulundan və ya 18-22 C-də xlorlu
əhəngin 2,5%-li durulaşdırılmış məhlulundan istifadə olunur. Vannaların suyu
xlortərkibli preparatlarla zərərsizləşdirilir. Üzgüçülük hovuzlarında qalıq xlorun
daimi konsentrasiyası 0,5 – 0,7 mq/l, idman hovuzlarında isə 0,3 – 0,5 mq/l
miqdarında olmalıdır. Qida və dəri emalı müəssisələrində, yunun birincili işlənməsi
fabriklərində, dəniz və çay nəqliyyatında və balıq sənayesi gəmilərində profilaktiki
dezinfeksiya buxardaşıyıcısı sistemdən alınan su buxarı ilə aparılır.
Profilaktik dezinfeksiyanın aşağıdakı növləri var:
- planlı
- epidemik göstərişə görə - sanitar – gigiyenik Ocaqlı dezinfeksiya yoluxucu xəstəlik baş verdiyi hallarda və ya ona şübhə
olduqda aparılır. Ocaqlı dezinfeksiya törədicinin təsadüf edildiyi bütün hallarda
aparılır. Yoluxmanın hası mərhələdə olmasından asılı olaraq, onu cari və son (yekun)
dezinfeksiyaya bölürlər.