Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Dezam –xlor iyli, ağ və ya sarımtıl rəngli tozdur. Onun tərkibinə 50% xloramin 
B və 5% turşəng turşrsu daxildir. Suda yaxşı həll olur.
Pantesid- tərkibində 4mq fəal xlor lan həblərdir. 1 həbdən enteropatogen 
bakteriyalarla çirklənmiş 1 litr işməli suyun zərəsizləşdirilməsi məqsədilə işlətmək 
olar.
Neopantosid 2- tozdan hazırlanır: I) kalsium hipoxlorid, Naxlorid və Ca oksid. 
II) Na parosulfat və ferrum sulfat və ya ferrum xlorid. 
Dixlorizosianur turşusunun (DXST) natrium və kalium duzları – ağ kristallik 
tozlar olub 56-60% qədər fəal xlora malikdirlər. Suda çöküntü əmələ gətirməməklə 
həll olurlar, məhlullar fəallığını 3 sutka ərzində saxlayırlar. Onlar metalları 
korroziyaya uğratmır, parçaları rəngsizləşdirmir. Selikli qişalara və tənəffüs yollarına 
qıcıqlandırıcı təsir göstərir. Bakteresid, funqisid və sporosid xüsusiyyətlərə 
malikdirlər.   
Sterilizasiya 
Sterilizasiya - əşya və maddələrin mikroorqanizmlərdən tam azad edilməsidir, 
yəni həm vegetativ və spor, həm də patogen və qeyri – patogen formaların məhv 
edilməsidir. Bundan əvvəl sterilizasiyaönü işləmə aparılır ki, o da mexaniki və əl 
üsulu ilə həyata keçirilir.
Adətən yara səthi ilə təmasda olan, qan və ya inyeksiya preparatları ilə çirklənən, 
həmçinin iş zamanı selikli qişalara toxundurulan və onun zədələnməsinə səbəb ola 
bilən tibbi təyinatlı alətlərin hamısını sterilizasiya edirlər. Sporəmələgətirən 
mikroorqanizmlər daha davamlı olduqları üçün çox vaxt sterilizasiya vasitələri həm 
də sporosid təsir göstərən preparatlar sayılırlar. Strilizasiya aseptikanın əsasını təşkil 
edir. Hazırda fiziki və kimyəvi sterilizasiya metodlarından geniş istifadə edilir.
Fiziki metod - TTA-nın termiki işlənməsini (isti sterilizasiya) və müxtəlif 
mənşəli şüalanmadan (soyuq sterilizasiya, yəni sterilizasiya prosesi 100 C-dən aşağı 
temperaturda yerinə yetirilir) istifadəni nəzərdə tutur.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin