Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Ocaqlı dezinseksiya – transmissiv xəstəliklərin, pedikulyoz, qoturluq 
ocaqlarında, həmçinin milçəklər olduqda bağırsaq infeksiyalarının ocaqlarında həyata 
keçirilir. Dezinseksiya tədbirlərinin əsasını qiriciliq tədbirləri təşkil edir ki, o da 
inkişafın bütün mərhələlərində keçiricilərin öldürülməsi ilə yerinə yetirilir. 


11 
Buğumayaqlıların məhv etmək üçün mexaniki, fiziki, bioloji və kimyəvi metodlar 
tətbiq edilir.
Mexaniki metod – buğumayaqlıların kənarlaşdırılması və məhv edilməsi üzrə 
müxtəlif üsulların tətbiqini özündə birləşdirir. O, əvvələ insanın və ev heyvanlarının 
bədəindən, ağlardan və digər obyektlərdən həşaratların və gənələrin yığılmasını 
nəzərdə tutur., bundan sonra buğumayaqlılar mexaniki şəkildə məhv edilir. Baş və 
qasıq bitlərindən azad olmaq məqsədilə saşlar qırxılır. Bu zaman həmçinin yapışqan 
lentlərdən də istifadə edilir, paltarın çırpılması, yuyulması, təmizlənməsi, mənzildən 
toz və zibilin kənarılaşdırılması həyata keçirilir. Mexaniki metod həm effektivliyinə, 
həm də həcminə görə ikincili əhəmiyyət kəsb edir və fiziki, xüsusən də kimyəvi 
metodlara yardımçı metod kimi işlədilir. 
Fiziki metod - əsasən yüksək hərarət tətbiq etməklə buğumayaqlıların məhv 
edilməsini nəzərdə tutur. Dezinfeksiya kameralarında əşyaların dezinseksiyası 
məqsədilə isti hava və rütubətli buxar tətbiq olunur. Ağların yuyulması zamanı 
bitlərin və onların sürfələrinin məhv edilməsi məqsədilə, bir qayda olaraq,adi 
qaynatma və ya qələvidə qaynatmadan geniş istifadə edilir. Alovda yandırma da çox 
səmərəlidir, lakin onun tətbiqi epidemioloji və iqtisadi baxımdan bəzən məqsədə 
uygun deyildir. Buğumayaqlıların yandırılması çox məhdud şəkildə tətbiq edilir. Bir 
sıra hallarda buğumayaqlıların məhvi üçün soyuqla təsir – donmadan istifadə edirlər.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin