9
Radiasiya
metodu az işlədilir, əsasən birdəfəlik istifadə üçün nəzərdə tutulan TTA-
nın istehsalat şəraitində sterilizasiyası məqsədilə tətbiq olunur. Bu zaman müxtəlif
mənşəli iounlaşdırıcı şüalar –qamma şüalar, beta- hissəciklər və s. istifadə olunur.
Sterilizasiyaya məruz qalan alətlərin işlənmsi 3 mərhələdə aparılır:
-
dezinfeksiya
- sterilizasiyaönü işləmə
- sterilizasiya
Birinci mərhələ - alətlərin sterilizasiyası fiziki və ya kimyəvi metodla həyata
keçirilir. Lakin dezinfeksiyanın kimyəvi metoduna daha çox üstünlük verilir. Bu
zaman alətlər dezinfeksiyaedici məhlulla dolu qaba yerləşdirilir. Bu əməliyyat
alətlərin işlədilməsindən dərhal sonra yerinə yetirilir.
Dezinfeksiya başa
çatdırıldıqdan sonra alətlər axar su altında yuyulur. Xəstə ilə bilavasitə təmasda
olmayan tibbi təyinatlı alətlər və ya bəzi qurğuların hissələri dezinfeksiyaedici
məhlulda işladılmış tamponla silinir.
İkinci mərhələ - sterilizasiyaönü işləmə zülal, yağ, müxahiki çirklərin və
dərman
preparatlarının qalıq
miqdarının
kənarlaşdırılması
məqsədini daşıyır.
Sterilizasiyaönü işləmə mexanikləşdirilmiş və ya əl üsulu ilə yerinə yetirilir.
Mexanikləşdirilmiş yuma xüsusi təyinatlı yuyucu maşınlarda müxtəlif tibb alətlərinin
zərəsizləşdirilməsi üçün istifadə edilir.
Üçüncü mərhələ - sterilizatorlarda aparılır. Burada sterilizasiya buxar, isti quru
hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalandırma ilə aparılır.
Sterilizasiya üsulu zərərsizləşdirilən obyektdən asılıdır. Buxar sterilizatorlarında
ağlar, sarğı materialları, cərrahi alətlər, cihaz və aparatların
hissələri, şüşə qablar,
rezin məmulatlar zərəsizləşdirilir. Rezin əlcəklər içəridən və xaricdən talkla səpilir,
hər biri ayrıca tənziflə bükülür və beləcə bikslərə qoyulur. Hava sterilizatorlarında
cərrahi və ginekoloji alətlər, cihaz və aparatların detalları və hissələri, kəsici alətlər
zərərsizləşdirilir. Kimyəvi maddələrin məhlullarında korroziyaya davamlı
materiallardan hazırlanmış
alətləri, rezin əşyaları, o cümlədən metal hissələri olan
əşyalar zərərsizləşdirilir. İşləmə emal, şüşə və ya plassmas qablarda ağzı kip örtülü
halda aparılır. Əşyalar sərbəst yığılır, tamamilə məhlulun içərisinə salınır, sonra
H2O2-in 6% li məhlulunda 18C-də 6 saat, 50 C-də 3
saat ərzində, yaxud 1%
dezakson -1 məhlulunda 18C-də 45 dəq. ərzində zərərsizləşdirilir. Sterilizasiya
qurtardıqdan sonra əşyalar steril suyun içinə salınır ki, o da 5 dəqiqədən bir 2 dəfə
dəyişilir. Bundan sonra əşyalar steril sornsaqla işərisi steril ağla örtülmüş steril
bikslərə yığılır. Kimyəvi maddələrlə sterilizasiya olunmuş alətləri həmin gün işlədilir.
Şüşədən və metaldan hazırlanmış alətlər 30 dəq. ərzində “üçlü məhlula” (2 %
formalin+ 0,3% fenol + 1,5% natrium bikarbonat) salmaqla zərərsizləşdirilir. Qaz
üsulu ilə nəcisi, deşici cərrahi alətləri, güzgülü səthə malik olan, optiki avadanlıq, bir
dəfə işlədilən əşyalar və istiliyə davamlı sintetik plassmasdan hazırlanmış
əşyalar
10
zərəsizləşdirilir. Zərərsizləşdirmə ağzı kip bağlı qaz sterilizatorlarında aparılır.
Sterilizasiyadan sonra əşyalar bir neçə sutka ərzində havaya verilir.
Dostları ilə paylaş: