Dezinfektologiya


Qurutma – uzunmüddətli qurutmanın təsiri altında bir çox mikroorqanizmlər  məhv olur. Quru (isti) və rütubətli (buxar) hava



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

Qurutma – uzunmüddətli qurutmanın təsiri altında bir çox mikroorqanizmlər 
məhv olur.
Quru (isti) və rütubətli (buxar) hava vasitəsilə də mikroblar məhv edilir.



Soyuq – patogen törədicilərin süni surətdə - 270 C –yə qədər dondurulması heç 
də onların tam məhvinə gətirib çıxarmır. Vaxt keçdikcə mikroorqanizmlərin miqdarı 
kəskin surətdə azalır. Dezinfeksiya təcrübəsində soyuqdan istifadə edilmir. 
Günəş şüaları – bir sıra törədicilərə öldürücü təsir göstərir. Patogen 
mikroorqanizmlərin vegetativ formaları onlara daha həssasdır, sporəmələgətirən 
bakteriyalar isə davamlıdırlar (qarayara, tetanus, qazlı qanqrena törədicilərinin 
sporları). Ultrabənövşəyi şüalar da eyni xüsusiyyətə malikdir. O, cərrahiyyə 
şöbələrində əməliyyat otağının. Bokslarda havanın, həmçinin suyun südün 
zərəsizləşdirilməsi üçün işlədilir.
Ultrasəs - vasitəsilə dezinfeksiya cərrahi alətlərin sterilizasiyası, iynə və 
şprislərin və s. zərərsizləşdirilməsi zamanı aparılır.
Kimyəvi metod - mikroorqanizmlərə kimyəvi maddələrin təsirinə əsaslanmışdır. 
Dezinfeksiyada istifadə edilən kimyəvi maddələrə dezinfektantlar deyilir. Onların 
aşağıdakı təsir xüsusiyyətləri vardır: bakterisid, bakteristatik. sporosid, virusilid, 
funqisid. Kimyəvi dezinfeksiyaedici maddələrə qarşı irəli sürülən əsas tələb onların 
suda yaxşıhəll olması və davamlı emulsiya əmələ gətirməsidir. 
Dezinfaktlara qarşı qoyulan tələblər:
- aşağı qatılıqda və qısa müddət ərzində mikroorqanizmləri məhv etməli; 
- üzvi maddələr olduqda zərərləşdirici təsiri təmin etməli; 
- saxlandıqda davamlı olmalı; 
- insanlar üçün az toksikliyə malik olmalı; 
- ucuz və istehsalı asan olmalıdır. 
Zərərsizləşdirmənin nəticəsi mikrobların davamlılığından da asılıdır: sporlu 
formalar vegetativ formalara nisbətən kimyəvi maddələrin təsirinə qarşı daha 
davamlıdırlar.
Dezinfeksiyaedici maddənin mikrob hüceyrəsinə təsiri zamanı əvvəlcə dezinfakt 
hüceyrəyə daxil olmalı, sonra isə təsiredici maddə ilə hüceyrənin tərkib hissələri 
arasında reaksiya getməlidir. 
Dezinfeksiyaedici maddələr hüceyrənin daxilinə keçərkən müxtəlif seçici təsir 
göstərir. Belə ki, oksidləşdiricilər (xlor, xlortərkibli preparatlar, hidrogen perioksid) 
hüceyrə zülalları ilə təsirə girib oksidləşmə reaksiyası törədirlər. Mineral turşular və 
qələvilər hidrogen və hidroksil ionlarının köməyi ilə hidroliz törədirlər. Fenol 
preparatları hüceyrə zülallarının koaqulasiya reaksiyasını törədirlər.
Dezinfeksiyaedici preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez 
təsir göstərmək xüsusiyyətinə malikdirlər və ucuzdurlar. Bunula yanaşı onların, bəzi 
xassələri bu praparatların istifadəsini məhdudlaşdırır: alətlərin aşınması, tənəffüs 
yollarının və gözün selikli qışalarına qıcıqlandırıcı təsiri, parçaların ağarması. 



Bekəliklə, kimyəvi zərərsizləşdirmə zamanı hökmən törədicilərin spesefik 
xüsusiyyətləri, ifrazatların xassələri, kimyəvi maddələrin təsirinə məruz qalan 
əşyaların xassələri nəzərə alınmalıdır. 
Dezinfeksiyanın effektivliyinə müxtəlif amillər təsir göstərir, o cümlədən: 
- dezinfektantın fiziki-kimyəvi xassələri (mikroorqanizmlərə təsir etmək 
qabiliyyəti, qatılığı, suda həll olması, temperaturu, turşuluğu və s.); 
- müxtəlif dezinfeksiyaedici maddələr qarşı mikroorqanizmlərin bioloji 
davamlılığı; 
- dezinfeksiya ediləcək obyektlərin xüsusiyyətləri (materialların keyfiyyəti, 
konstruktiv xüsusiyyətləri, üzvi maddələrlə çirklənmənin həcmi); 
- dezinfeksiyaya 
məruz qalan obyektlərin mikrobla çirklənməsinin 
massivliyi; 
- dezinfeksiya işlənməsinin üsulları: iridamcılı və ya aerozol islatma, silmə və 
ya dezinfektant məhlulunun içərisinə salma; 
- Dezinfektantlar bir sıra qruplara bölünürlər: haloidtərkibli, oksigentərkibli, 
quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli 
vasitələr.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin