Diaqnostika sistemlərində qarşılıqlı əvəzolunma Midterm sualları


DS-nin nomenklatura təsnifatına uyğun olaraq növlərə bölünməsi



Yüklə 22,33 Kb.
səhifə2/9
tarix08.12.2022
ölçüsü22,33 Kb.
#73165
1   2   3   4   5   6   7   8   9
Diaqnostika sistemlərində qarşılıqlı əvəzolunma-midterm sualları

DS-nin nomenklatura təsnifatına uyğun olaraq növlərə bölünməsi

“Azərbaycan Respublikasında vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” Qanun DS-nin növlərinə görə təsnifləşdirilməsi ilə bağlı tələbi irəli sürür. Bu qaydanın əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir. Ekspertlərin qiymətlərinə görə, yalnız Avropa bazarında 500 mindən çox DS-nin çeşidi dövriyyədədir. Bu məmulatların istehsalçıları öz mülahizələrinə əsasən məhsullarının adlarını qoyurlar. Əlbəttə ki, onlar çalışırlar ki, DS-nin adına görə bu məhsulun təyinatı, tətbiq sahəsi və texniki xüsusiyyətləri haqqında istehlakçının anlayışı ola bilsin. Lakin DS-nin geniş çeşidinə görə bu həmişə mümkün olmur. Məsələn, müalicə-profilaktik müəssisələrin və digər diaqnostika sistemlərinin təchizatının planlaşdırılması, DS ilə bağlı əlverişsiz hadisələrin qeydiyyatı və digər məsələlərin həlli üçün DS-nin nomenklaturasına sistematik yanaşma zərurəti diaqnostika sistemlərinin əsas qrupu və ya növü kimi anlayışların tətbiqinə gətirə bilir. Tərif şəklində bu anlayış 2010-cu ildə ISO 15225-2010 standartının yenilənmiş versiyasının yaranması ilə formalaşmışdır: DS-nin ümumi qrup və ya növü “eyni və ya oxşar təyinata və/və ya ümumi texnologiyaya malik olan məhsullar toplusudur”. Bu tərif açıq şəkildə müəyyən növdə olan məmulatların hər hansı bir ekvivalentliyini və ya qarşılıqlı əvəzolunmasını ifadə etmir.
Lakin, hətta belə ümumi əlamətlərə əsasən, bu gün ən qabaqcıl sistemlərdən birində – diaqnostika sistemlərinin Qlobal nomenklaturasında növlərin nomenklaturasının dəqiqləşdirmə dərəcəsi çox yüksək olmuşdur: 20.000-ə yaxın diaqnostika sistemlərin növü müəyyən edilmişdir. Diaqnostika sistemlərin strukturlaşdırılmasına belə yanaşma uğurlu hesab olunur: diaqnostika sistemlərin Qlobal nomenklaturası beynəlxalq məna kəsb etməyə başlayır.
Aydındır ki, DS-nin ekvivalent və ya qarşılıqlı əvəzolunma qruplarına keçid DS-nin strukturunda daha yüksək dərəcədə dəqiqləşdirilməsinə səbəb olacaq.




  1. Yüklə 22,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin