Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə5/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   2   3   4   5   6   7   8   9   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:


doqquz [dok'quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]

2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:


ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]

3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:


xətt [xətdən], sirr [sirlər], hiss [hislər]

4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:


Avesta [avesda], istiqamət [isdiqa:mət]

5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x' olur:


Məktəb [məx'təb], məktəbli [məx'təbli]

6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:


Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx', almas]

QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.

7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda

q = ğ olur: qonağ-a.

8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:

iqtisadiyyat [ik'tisadiyat] istiqlaliyyət [istiqla:liyət]

9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda

k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)

10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:

əcdad [əjdat], ictimaiyət [iştimaiyət]

11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik'] kimi tələffüz olunur.

12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix'], süstlük — [süslüx'], poçtdan -[poşdan], üstdə — [üsdə]




Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin