Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar:
Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır.
Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi.
Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Relyativ əlaqə: Hərəkətlə onun tərzi, yeri, səbəbi, məqsədi, şərti və s. arasında olan əlaqə nəzərdə tutulur: yavaş danışmaq, sevincdən ağlamaq. Relyativ məna əlaqəsinə zərfi əlaqə də deyilir. Mehribancasına görüşdülər, bir-birinin əlini bərk-bərk sıxdılar, oturdular.
Sözlər arasındakı məna əlaqələrini qruplaşdırsaq, belə bir nəticəyə gələ bilərik: Subyekt əlaqəsi tabelilik əlaqələrindən uzlaşma, atributiv və relyativ əlaqə isə yanaşma əlaqəsinə uyğun gəlir.