Qrammatik əlaqə dedikdə sözlərin morfoloji yolla dəyişməsi və sintaktik yolla birləşməsi nəzərdə tutulur. Sözlər arasında qrammatik əlaqə iki yerə ayrılır: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.
== əlaqə xiyarlar əlaqəsi ilə bağlanan sözlərin biri digərinə tabe olmur, hər biri aid olduğu sözlə əlaqələnir. Bu əlaqə bərabərhüquq əsasında baş verir. Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlənin komponentləri arasında və cümlənin həmcins üzvləri arasında, həmcins xitablar arasında, qoşa sözlərin komponentləri arasında özünü göstərir.
Tabesiz mürəkkəb cümlənin komponentləri arasında – Zəng çalındı, uşaqlar sinfə doluşdular, müəllimlər nəzakətlə vidalaşıb ayrıldılar.
Həmcins mübtədalar arasında - Yoxsulluq, ehtiyac və zülm onun nəsibi olmuşdur. ( M.İbrahimov)
Həmcins xəbərlər arasında- İsgəndər həmişə onlara əl tutur, yol göstərirdi. (F.Eyvazlı)
Həmcins təyinlər arasında- Kərəm boylu-buxunlu, nazikbel, enlikürək bir oğlan idi. (F.Eyvazlı)
Həmcins tamamlıqlar arasında- O, bəzən mumdan, baldan, xallı balıqdan, yumurtadan və soxulcandan da istifadə edirdi... (F.Eyvazlı)
Həmcins zərfliklər arasında- Güllələr onların yan-yörəsindən, başlarının üstündən vıyıltı ilə keçdi.
Qoşa sözlərin komponentləri arasında- Qohum-əqrəba, dost-tanış
Həmcins xitablar arasında-
Təbiət, təbiət, ana təbiət,
Yamyaşıl geymisən yenə, təbiət...(M.Araz)
Tabesizlik əlaqəsi ilə əlaqələnən tərəflər ya yalnız intonasiya ilə, ya da tabesizlik bağlayıcıları vasitəsilə bir-birinə bağlanır. Tabesizlik əlaqəsi ikibaşlı oxla (↔) göstərilir
Dostları ilə paylaş: |