SAİT SƏSLƏRİN NÖVLƏRİ
Sait səslər aşağıdakı kimi təsnif olunur:
1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:
1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).
2. Dodaqların vəziyyətinə görə:
1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).
Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.
3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:
1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).
Dostları ilə paylaş: |