Dilin fonetik ,sintaksik, leksik növləri
Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.
Danışıq səsləri iki cür olur:
1) sait səslər,
2) samit səslər.
Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.
Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.
Fonetika iki yerə ayrılır:
orfoqrafiya — düzgün yazı qaydaları
orfoepiya — düzgün tələffüz qaydaları
ƏLİFBA
Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.
«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k' (k'yöok') Bəzən tələffüzdə [q] səsi [k'] səsinə çevrilir: [dok'quz]. Bəzən isə [k] səsi [x'] səsini yaradır: (ələx')
Dostları ilə paylaş: |