Mübtəda həmcins olanda xəbərin onunla uzlaşması üç şəlikdə özünü göstərir:
Həmcins mübtədalar sırasında I, II və III şəxslər iştirak edir. Bu zaman xəbər həmcins mübtədalarla I şəxsin cəmində uzlaşır. Məsələn: Mən də, sən də, o da getməliyik.
Həmcins mübtədalar sırasında I şəxs olmur, II və III şəxs iştirak edir. Bu zaman xəbərin mübtəda ilə uzlaşması II şəxsin cəmində baş verir. Məsələn: Sən də, o da çox hazırlaşmalısınız.
Cümlədə I və II şəxslər iştirak etmir, Həmcins mübtədalar yalnız III Şəxsdən ibarət olur. Bu zaman xəbər də III şəxsdə olur. Məsələn: Çiçəklər, quşlar, insanlar dil açmışdılar. Cümlə belə də ola bilər: Çiçəklər, quşlar, insanlar dil açmışdı.
Həmcins xəbərlər mübtəda ilə iki şəkildə uzlaşır:
Həmcins xəbərlərin hər biri mübtəda ilə ayrı-ayrılıqda uzlaşır: Əhməd qürurludur, sədaqətlidir, təmizdir, vicdanlıdır.
Həmcins xəbərlərdən sonuncusunda şəxs şəkilçisi saxlanmaqla əvvəlkilərdə şəxs şəkilçisi ya ixtisar olunur ( bəzən də həmcins xəbərlərdən ilkində şəxs şəkilçisi saxlanılmaqla sonuncudakı şəxs şəkilçisi ixtisar olunur): Biz oxuyur, yazır, arabir dincəlirdik. Mən zənciyəm, həm də rəssam.