Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə12/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

Tam olmayan yanaşm


Natamam yanaşmanın əsas xüsusiyyəti budur ki,tərəflər arasına ya uzlaşma, ya da idarə əlaqəsində olan sözlər daxil olur. Məsələn: Axşam Əli dostunu bizə gətirdi cümləsində axşam sözü gətirdi sözünə yanaşıb. Lakin bu natamam yanaşmadır. Çünki, tərəflər arasında Əli gətirdi-  uzlaşma, dostunu gətirdi- idarə, bizə gətirdi- idarə əlaqəsi var.

Qeyd:Bəzən natamam yanaşmada əsas tərəflə asılı tərəf arasında olacaq sözün sırası pozulur. Məsələn, səhər yuxudan durur əvəzinə səhər durur yuxudanxeyli mənə baxdı əvəzinə, xeyli baxdı mənə işlənir.

Yanaşma əlaqəsində nitq hissələrinin iştirakı.



  1. İsmin ismə yanaşması. a) atributiv - isim ismə yanaşır: daş divar, rezin əlcək və s. b) II növ təyini söz birləşməsi şəklində yanaşma: inək südü, əncir qurusu və s. c) qoşmalı yanaşma-  od kimi sözlər, ilan kimi adam və s.

  2. Sifətin ismə yanaşması – sifətin əsas vəzifəsi ismə yanaşıb onu müxtəlif cəhətdən əlamətləndirməkdir – yaraşıqlı evlər, mehriban qız və s.

  3. Sayın ismə yanaşması. Sayın ismə yanaşmasında sayla isim arasına əsas tərəflə yanaşma əlaqəsində olan sözlər daxil ola bilir. Məsələn: Bir gözəl, bir sevimli oğul böyütdü ana…(Ə.Kərimli) Saylar isimlərə yanaşarkən bəzən cüt, dəst, parka, tikə, nüsxə, göz, baş, nəfər, ədəd, dənə, dəstə və s. kimi numerativ sözlər daxil olur. Bunlar çox zaman mənanı dəqiqləşdirir və konkretləşdirir. Bəziləri isə az-az hallarda mənaya təsir edir: bir at- bir cüt at, bir leylək- bir cüt leylək və s.

  4. Əvəzliyin ismə yanaşması. İşarə əvəzlikləri, təyini əvəzliklər, bəzən isə sual əvəzlikləri isimlərə yanaşır:  o adam, bu məsələ, filan ev, hansı hadisə, neçə kitab  və s.

  5. Feili sifətin ismə yanaşması. Əgər feili sifətlər substantivləşməyibsə, yanaşma əlaqəsində olur: ağlayan uşaq, oxuyan tələbə, deyilən söz   və s.

  6. Feili bağlamanın feilə yanaşması- qaçanda yıxılmaq, görəndə demək  və s.

  7. Qoşmalı birləşmənin yanaşması- Əhməd kimi müəllim. Qoşmalı birləşmələr bəzən feillərlə də yanaşma əlaqəsinə girir: adam kimi danışmaq, köz kimi yandırmaq və s.

  8. Zərflərin yanaşması. Tərzi-hərəkət, zaman, dərəcə, səbəb və s. zərflər feillərlə yanaşma əlaqəsində olur- tez-tez gedir, xeyli oturdu və s.

  9. Qoşmalı sözlər isim, sifət, say, zərf və feillərlə yanaşma əlaqəsində olur. Pambıq kimi yumşaq, xəzəl kimi şox, aslan kimi cəld, ayı kimi yatmaq  və s.

Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin