Əsas xüsusiyyəti ondan ibarətdir ki, ya tərəflər arasına sözlər daxil ola bilmir, ya da tərəflər arasına söz daxil olarkən əsas tərəflə yanaşma əlaqəsi münasibətində olur. Belə ki, tərəflər arasına daxil olan sözlər uzlaşma və idarə əlaqəsinə girə bilmirlər. Məsələn: ağıllı, mehriban uşaq; uca daş bina. Lakin tam yanaşmada birləşmənin tərəfləri arasında əlaqə eyni dərəcədə möhkəm olmur. Məsələn: iki mehriban dost birləşməsində mehriban dost birləşməsi arasında əlaqə daha möhkəmdir. Əsas tərəfdən uzaqlaşdıqca əlaqə tamam zəifləyir
Bəzən şeir dilində əsas tərəf əvvəl, asılı tərəf sonra işlənir. Bu zaman asılı tərəflə əsas tərəfin sırası pozulur. Məsələn: