Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə10/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

Yanaşma əlaqəsi


Yanaşma əlaqəsi əlaqələr içərisində ən qədim olan əlaqədir. Yanaşma əlaqəsində bir söz heç bir şəkilçi və formal göstərici olmadan başqa bir sözə yanaşır. Ona tabe olur. Ondan asılı vəziyyətdə düşür. Məsələn: yaşıl yarpaq birləşməsində yaşıl sözü heç bir şəkilçi qəbul etmədən yarpaq sözünə yanaşmış, ona tabe olmuşdur. Yanaşma əlaqəsini belə xarakterizə etmək olar. Tabelilik əlaqəsində olan iki söz arasında uzlaşma və idarə əlaqəsi yoxdursa, onda həmin sözlər arasındakı əlaqə yanaşma əlaqəsidir. Yanaşma əlaqəsində iki tərəf var: əsas tərəf,asılı tərəf. Əsas tərəfə müstəqil, tabe edən tərəf də deyilir. Asılı tərəf isə tabe olan, qeyri-müstəqil  tərəf də adlanır. Bir qayda olaraq asılı tərəf əsas tərəfdən əvvəl gəlir və onunla məna və qrammatik cəhətdən bağlanır. Yanaşma əlaqəsində bəzən asılı tərəf sözdüzəldici şəkilçilərlə işlənə bilir. Məsələn: dadlı xörək, dadlı meyvə və s.

Yanaşma əlaqəsində xarakterinə görə iki növə ayrılır:



  1. tam yanaşma

  2. tam olmayan, natamam yanaşma.

Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin