Dilin fonetik,sintaksik, leksik növləri



Yüklə 39,59 Kb.
səhifə7/25
tarix01.01.2022
ölçüsü39,59 Kb.
#50427
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Dilin fonetik ,sintaksik, leksik növləri

Sintaktik əlaqələr— Sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq) deməkdir.

Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar:



  • Məna(semantik) cəhətdən;

  • Qrammatik (morfoloji və sintaktik) cəhətdən.

Sözlər arasında məna əlaqəsi


Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar:

  • Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır.

  • Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi.

  • Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.

  • Relyativ əlaqə: Hərəkətlə onun tərzi, yeri, səbəbi, məqsədi, şərti və s. arasında olan əlaqə nəzərdə tutulur: yavaş danışmaq, sevincdən ağlamaq. Relyativ məna əlaqəsinə zərfi əlaqə də deyilir. Mehribancasına görüşdülər, bir-birinin əlini bərk-bərk sıxdılar, oturdular.

Sözlər arasındakı məna əlaqələrini qruplaşdırsaq, belə bir nəticəyə gələ bilərik: Subyekt əlaqəsi tabelilik əlaqələrindən uzlaşma, atributiv və relyativ əlaqə isə yanaşma əlaqəsinə uyğun gəlir.

Yüklə 39,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin