Heç kəs bu vaxta qədər dinin əsas yönlərini aydın şəkildə müəyyənləşdirməmiş və heç vaxt da müəyyənləşdirə bilməyəcək. Miqyasların növləri tədqiqatçıların xüsusi ehtiyaclarına cavab ve- rən adi vasitələr kimi nəzərdə tutulmalıdır. Burada qarşılaşdığımız ziddiyyət ondan ibarətdir ki, din həm çox, həm də bir şeydir, yəni həm bəsit, həm də mürəkkəbdir. Fan Hogel (1908) yazır: “Əgər din sırf plüral, yəni bir ümumi olmadan, ayrı-ayrı hissələrdən iba- rət bir kompleks olsaydı, nə qənaətbəxş olardı, nə də faydalı. Bəsit bir vahid, yəni hissələrsiz ümumi də həqiqət mənbəyi ola bilməz.” Ehtimal ki, bu problemin mənşəyində din məfhumunun həm Ho- gel, həm də müasir tədqiqatçılar tərəfindən yanlış başa düşülməsi dayanır. Bu söz konkretləşdirilmiş abstrakt bir reallığı ifadə edir. Yanlış olaraq “din” sözü ilə bir ənənəyə bütün ənənələrin əsasını təşkil edən dəyişməz bir mahiyyət verilir (Vulf, 1991, səh.214). Dinin spesifik mürəkkəbliyi və əsas anlayışının abstrakt olması onun ölçülməsini mümkünsüz edən ən mühüm amillərdəndir.
Dini ölçmək üçün psixoloqların ilk vəzifəsi fərdin dindarlı- ğını qiymətləndirmək üçün dəqiq və etimad göstərilə biləcək va- sitə yaratmaqdır. Daha öncə də qeyd etdiyimiz kimi, dini davranış və təcrübə haqqında araşdırma aparmaq üçün “əməli tərif” təqdim edilməlidir. Yəni tədqiqatçı davranış və təcrübələrin müşahidəsi üçün istifadə etdiyi əməliyyatı və ya metodu açıq şəkildə bildirmə- lidir. Fərdlərin dindarlıq səviyyələri fərqli olduğu üçün bu metod- lar adətən kəmiyyət xarakteri daşıyır və statistik korrelyasiyalarını
digər yönlərlə ölçə biləcəyimiz rəqəmlər təqdim edilir. Məsələn, qonşuluğumuzdakı yeni ailənin dindarlıq səviyyəsini ölçmək is- təsək, gözlənilən müşahidələr kompleksinə üz tuturuq: Onlar dini təşkilatlalara (məscid, kilsə, dini mərkəzlər, ibadət ocaqları və s.) üzvdürlərmi? Əgər belədirsə, dini mərasimlərdə və digər toplantı- larda necə iştirak edirlər? Evlərini dini təsvirlər və digər müqəddəs sayılan əşyalarla bəzəyiblərmi? Onların evlərində dini kitab və dərgilər varmı? Evdə dini davranışlara nə qədər riayət edirlər?
Sosioloqların çoxunun etiraf etdiyi kimi, dindarlığın qiymət- ləndirilməsi üçün nəzərdə tutulan bu əlamətlər nə qədər diqqətlə müşahidə edilsə də, yetərsizdir. Fərdlər dini təşkilatlarda aktiv ola bilərlər, amma bu dini imanı nümayiş etdimək üçün deyil, bir növ sosial fəaliyyətdə iştirak etmək, dost tapmaq, ticarət əlaqələri qur- maq, hətta ictimai dəyərləri və mövqeləri nümayiş etdirmək məq- sədi daşıya bilər. Evdəki müqəddəs əşyaların olması dekorativ məqsədlərə, estetik zövqə xidmət edə, keçmişlə bağlı əlaqələri xa- tırlamaq məqsədi də daşıya bilər. Kitab və dərgilər başqalarının verdiyi hədiyyələr ola bilər. Dindar davranışlar sırf adət-ənənə sə- ciyyəsi daşıya və ya başqalarının gözləntilərinə uyğun davranmaq məqsədi güdə bilər. Bunların əksi də doğrudur. Bəzi fərdlər tam dindardırlar, amma yuxarıdakı əlamətlərə malik olmaya dilərlər.
Flakoll (1977) anket, müsahibə, avtobioqrafiya, məzmun təhlili, proyeksiya metodları, ölçü miqyasları, müşahidə, təcrübə, bərpa kimi bir neçə xüsusi metodu əhatə edən iyirmi ayrı yanaş- manı siyahıya almışdır. Metodları tənqid etmək çox asandır. Mə- sələn, Varren (1977) sınaq metodlarının nöqsanlarına, korrelyasi- ya metodlarının əhəmiyyətinə, araşdırılan layihələrin zəifliyinə, tələbə və könüllülərlə araşdırılan nümunələrin əlaqələrinə, ikinci dərəcəli dəyişən kəmiyyətlərə nəzarətin olmamasına və ya çatış- mamazlığına, məlumatların həddən artıq ümumiləşdirilməsinə, praktiki tədqiqatların olmamasına xüsusi diqqət yönəltmişdir. Di- gər tənqidi məqamlara bunlar daxildir: xam və çiy suallar, sırf “ra- zıyam” və ya “razı deyiləm” demək xətrinə süni cavab vermək, bu suallardan əldə edilmiş qiymətlərin və ya məlumatların xarici eti- barlılığını sübuta yetirmək üçün göstərilən səylərdə uğursuzluq. Bundan əlavə, bəzi nəticə məhdudiyyətlərini də qəbul etmək la-
zımdır. Verqot (1969) yazır: “Hamı bir məsələdə eyni fikirdədir ki, din psxilogiyası dini baxış və mərasimlərin ünvanlandığı Alla- hın təsirinin olması həqiqətini bir kənara qoymuşdur. Ali reallıq hər zaman müşahidə psixologiyasının çərçivəsindən qaçır. Amma hər-halda biz fərdin dini inanclarının orijinallığını və doğrulu- ğunu, ondan törəyən təcrübələri qiymətləndirə bilərik.” (Braun, 1987, səh.38).
Bəzilərinin əsas iradı dinin özü haqqında olan araşdırmalar, dinin xalis və sapma formalarının fərqləndirilməsi ilə bağlı olmuş- dur. Bəzi araşdırmalar bir sıra tədqiqatçıları dinin əsl özəyini tap- maq üçün “arzuolunmaz dəyər mühakimələri” paltarını dinin əy- nindən soyundurmağa vadar etmişdir. Daytez (1981 b) hesab edir ki, dinə ikili meyllərin və baxışların pərdəsi arxasında həmin sə- bəb durur. Bu dixotomiyada115 bir tərəfdə xalis din, digər tərəfdə sapmış din qərarlaşır. O, kilsə təsnifatının tipologiyasına Troelç firqəsi ilə Alportun daxilə və xaricə meyllilik mövqeyini misal gə- tirmişdir. Bu iki tipologiya “rəsmi və mədəniləşdirilmiş dinə etimad göstərilmədiyini, klassik peyğəmbərlik baxışını ehtiva edən ilkin xalis dinin təsdiq edildiyini göstərir. O, sistemli təhlil metodu ilə keşiş perspektivini mistik yanaşma ilə qarşılaşdırmışdır. Mistik ya- naşma yüksəliş bəxş edir, amma dini institutlara qarşı deyil. Çünki açıq və struktursuz üsullara əsaslanır. Bu fərqlilikləri xüsusi dini an- layışlarla tənzimləməyimizə lüzum yoxdur. Bunu yerinə yetirməyi- mizin səbəbini çox asanlıqla belə izah edə bilərik ki, dini anlayışlar ideoloji mövqeləri səciyyələndirmək üçün hazır model təqdim edir və xarici baxışların tədqiqat dəyəri olan mövzu ilə bağlı qərara tə- sir göstərə bilir. Bu qərarların özlərinin də işin inkişaf etdirilməsi forması ilə bağlı qərara təsiri var (Braun, 1987, səh.38).
Dinlə bağlı araşdırmalarda ölçü ilə bağlı hələ də təəssübkeş- liklər var. Çünki ölçü dinin rəmz və sirrini aradan qaldırır. Bu irad istənilən növ tədqiqata başlamazdan əvvəl diqqət tələb edən, etik məhdudiyyətlərdən və əməli problemlərdən daha yüksəkdə daya- nan bir iraddır. Bundan əlavə, dini və elmi izahların qarşılıqlı əla- qə formasını da dərk etməliyik ki, epistemoloji cəhətdən onları
115 Dixotomiya – haçalanma, ikili standart.
bir-birindən fərqləndirə bilək. Dekansi (1985) bu işə nəzəri ter- minlərlə start vermiş və praktiki cəhətdən dini test obyektləri ara- sında təcrübi və müşahidə edilən faktların qəbul edilə bilməsi ilə bağlı bir aradşırma aparmışdır. Məlumdur ki, dinin dəyişməz prin- sipləri həm dini, həm də biologiyanı sınaq metodlardan qoruyur. Yəni bu qəti prinsiplər dinin elmi-təcrübi anlayışlara çevrilməsinə və onlarla məhdudlaşmasına mane olur, biologiyanın bu istiqamət- də tənəzzülə uğramasının qarşısını alır. Çünki bunlar sınaq me- todlarına sığmırlar (Braun, 1987, səh.39-40).
Uilyam Kop (1920) hesab edir ki, əsas ziddiyyət dinə elmi məqsədlər aspektindən yanaşan bütün növ praktiki yanaşmanı zəiflədir. Ona görə dini təcrübə elmi məqsədə xidmət edirsə, şüb- həsiz ki, dəyişir, əsas dini xüsusiyyətini itirir, yalnız incəsənət və digər ikinci dərəcəli yönləri qalır. Buna görə də daha dərin dindar- ların çoxunun laboratuvar təcrübə axtarışında olan şəxslərlə əmək- daşlıq etməkdən boyun qaçırması məqbuldur. Kopa görə, dinsiz fərdlərə də üz tutmaq çıxış yolu deyil. Çünki bu cür şəxslər dini sınağın brinci şərtinə nail olmağa layiq deyillər, yəni reallıqda dindarlıq çərçivəsinə daxil ola bilmirlər.
Baston (1977) din psixologiyasının dəqiq eksperimental mə- nasının mümkünsüzlüyünü qəbul edərək, yarımsınaq (korrelyasiya kimi) metodlara əsaslanmışdır. Çünki yarımsınaq metodlar labora- toriyada tələb edilən sınaq xüsusiyyətlərinə nəzarət miqdarını tə- ləb etmir. Bunula belə, sözügedən metodlar ehtimal ki, keçmiş alimlərin qiymətləndirmə altında olan dini fenomenlərin real ol- ması, istifadə edilən vasitələrin yetərliliyi, süni müdaxilə etikası ilə bağlı iradlarını stimullaşdırır (Vulf, 1991, səh.146).
Anket dindarlığın ölçülməsində ən geniş yayılmış vasitə ol- duğu üçün mövzunun davamında anketlərin problemləri və məh- dudiyyətləri ilə bağlı xüsusi araşdırma aparacağıq. Anketlə bağlı ilk irad ondan ibarətdir ki, sınaqda iştirak edənlərdən demək olar ki, həmişə ətraflı cavab yazmaları tələb olunur. Bu sahədə xeyli problem var. Çünki sualların çoxuna münasib cavab vermək üçün sınaq subyektlərindən həddən ziyadə əməkdaşlıq, hafizə, özünü- müşahidə, özünütanıma, səciyyələndirmədə münasib və dəqiq söz- lərdən istifadə etmək tələb edilir. Bunlardan əlavə, aşağıdakı prob-
lemlər də mövcuddur: Sualların tərtibatında suallarla bilrikdə ca- vabların təlqin edilməsi, test obyektinin qərar qəbul edərkən ca- vabda nə haqqında nə qədər məlumat verəcəyini müəyyənləşdirən prinsiplərin olmaması, kompakt və ya geniş yayılmış ifadələrdən istifadəyə meyllilik, cavab verilərkən sünilik yaradacağı ehtimalı, mənfəətə uyğun seçim, ümumilikdə nəticələrin çoxunda qarışıqlıq və səthi xüsusiyyətlər (Ko, 1916, Pert, 1920 və s. Vulfa istinadən, 1991, səh.247).
Bu gün anketlərdə test obyektlərindən öz razılıqlarını və na- razılıqlarını anketdəki cümlələr əsasında bildirmələri və ya seçim- lərini bir seçim qrupu arasından seçmələri istənilir. Anket cavabla- rının hamısının unifikasiyası116 praktiki psixologiyanın əsas xüsu- siyyəti olan statstik təhlil və analizə zəmin yaradır, amma bütün cavab verənlərin razılığını cəlb edən bəndlərin seçimi çox çətin, bəzilərinə görə isə mümkünsüzdür. Bəzən əldə ediən nəticələr hiss olunmaz şəkildə azdırıcı olur. Praktiki metodlarda adətən digər me- todların, xüsusilə də insanın daxili vəziyyətini və ümumi baxış me- yarlarını göstərmək üçün tərtib edilmiş metodların bir kənara qo- yulmasından yaranan mənfi təsirlərə çox əhəmiyyət verilmir. Rik- mən (1979) Diltey haqqında apardığı araşdırmasında belə yazır:
“İnsanın özünü tanımasında laboratuvar təcrübə kimi yalnız bir yanaşma tipinə etimad göstərməsini düşünən insan qapı açıq olduğu halda içəriyə açar dəliyindən boylanan müşahidəçi kimidir. Praktiki din psixoloqları üçün anket insanın şəxsi təcrübə dünyası- nı qapı arxasından müşahidə etməyə çalışan adamın istifadə etdiyi açar dğəliyini xatırladır... Təcrübəçi psixoloq rəsmi olaraq subyek- tiv dünyanın öyrənilə biləcəyini inkar etsə də, tam təhsil görmə- miş, metodoloji cəhətdən təcrübəsiz olan test obyektlərindən özlə- ri haqqında düşünməyi tələb edir, sanki onları ehtimal edilən ca- vabları çox məhdud çərçivədə təqdim etməyə məcbur edir (Vulfa istinadən, 1991, səh.248).
Təcrübəçi psixoloqların istifadə etdikləri metodlar dinin məzmunundan çox dindar fərdlərin öyrənilməsinə yönəlir. Mif, rəmz və ibadət mərasimləri ilə dolu olan dünyaya diqqət yetirilmə-
116 Unifikasiya - vahid şəklə salınma.
məsi alimlərin çoxunun dini araşdırmalarda obyektiv yanaşmaya maraq göstərməməsinin səbəblərindəndir. Daha dərinliklərin öy- rənilməsinə çalışan psixoloqlar bu yanaşma ilə əks mövqedə daya- nırlar. Onlar dini vəziyyəti simvolizə edən ictimai və rəngarəng simvolları təşkilatlanma formasını və mənasını öyrənmək üçün müxtəlif izah qaydaları təklif edirlər. Bu qaydaların özlərinin tən- qidi tərəfləri olsa da, ən azı dini öz universallıqları ilə diqqət mər- kəzində saxlaya biləcək məziyyətə malikdir... Əlbəttə, hər bir təd- qiqatın problem və məhdudiyyətlərinin onun metod və yanaşması- nın mahiyyətindən qaynaqlandığı fikrinə də ehtiyatla yanaşmalı- yıq. Çünki praktiki tədqiqatlar kəmiyyət metodlarının essensial məhdudiyyətlərindən çox münasib olmayan konsepsiyalarla üzlə- şir (Kerk Patrik, 1995 b). Prakitiki metodlar digər psixoloji baxış- lardan əldə edilən ehtimalların tədqiqində çox faydalı rol oynaya bilər. Bu metodlar özlüyündə ümumi din psixologiyası üçün yetər- li olmasalar da, onların diqqət yetirilmədən bir kənara qoyulması doğru hesab edilmir. Çünki onlardan istifadə edərək müəyyən nəticələr hasil etmək olar (Vulfa istinadən, 1991, səh.251).
Hər bir miqyas üçün daxili struktur və qarşılıqlı əlaqə yara- dılması çox zaman tələb etsə də, miqyasın məzmun etibarlılığını və praktiki xüsusiyyətlərini öyrənmək üçün əsas addım hesab edi- lir. Xarici etibarlılığa daha çətinliklə nail olmaq olar. Çünki inanc- lar hər zaman uyğunlaşmamaq səciyyəsinə malik olmaqla yanaşı insanın dinlə bağlı ölçülə bilən bütün davranış və mövqeyində tə- zahür etmir. Yəni dini olanın yaradılması və seçilməsi üçün qəti bir meyar yoxdur. Bir kilsə üzvü qeyri-aktiv görünə və nadir hal- larda kilsəyə gedə bilər, amma həmin fərd dini hissləri təcrübə edə və dünyvəi fəaliyyətlərlə məşğulluğunu dini dəlillərlə izah edə bi- lər. Halbuki, bir nəfər müntəzəm şəkildə kilsəyə gedə, səthi hiss- lərə malik ola və kilsədən marketinq üçün əlverişli bir məkan kimi istifadə edə bilər. Eyni şəkildə, nüfuzlu kilsə üçün maddi və mənə- vi himayə, siyasi nəzarət, tarixi prinsiplər və ənənələr istisna ol- maqla, daha mötəbər bir meyar tapmaq çox çətin ola bilər.
Problemlərdən biri ümumi fikrin, cəmiyyətin təfəkkür tərzi- nin və institutlaşdırılmış dinin test obyektlərinin cavablarında öz əksini tapmasıdır: “... Fərdlərin inanclar qəlibini şəxsi formaya
salmaq üçün sorğuçunun sınaq obyektlərinə etiqadları ilə bağlı ün- vanladığı suallar vasitəsilə təlimlər qəlibindən çıxmağa çalışdığı vaxtda belə, deyilənlər istehsal deyil, rəsmi dini biliyin inikası olur. Əlbəttə, israrlar və detallar individual və şəxsi ola bilər, am- ma bir inanc sistemi daxilindəki fərdin inancları xarici fərdlərin inanclarından daha fərqli və daha qətiyyətli olacaq. Bu inanclar anketin məcburiyyətindən (Dekansi, 1982), hətta ənənəvi formala- rından kənardır. İnsan hər zaman ümid edir ki, inanclarını, inanc- ları ilə bağlı söylədiklərinin təsdiqinə nail olacağına və nail olduq- larını qəbul edilə biləcək şəkildə necə balanslaşdırmalı olduğunu biləcək” (Braun, 1987. səh.66).
Digər bir problem dini inanclar sistemini psixologiya çərçi- vəsinə necə salmaq və bu çərçivə ilə necə məhdudlaşdırmaqla bağlıdır. “Bir sistemin inanclarını sxolastik-semantik deyil, psixo- loji terminlərlə necə izah etmək olar?” sualı diqqətdən kənarda qalmışdır. Amma insanların özlərinin özləri haqqında qələmə al- dıqları avtobioqrafiyalarda bəzi həll yolları təsvir edilmişdir. Mə- sələn, fərdlərin öz dini vəziyyətləri haqqında verdikləri psixoloji məlumatlar buna misaldır (Kenni, 1985, Brauna istinadən).
Başqa bir problem fərdin gerçək baxışı ilə anketdə məlumat verdiyi baxış arasında fərqlilik olması ilə bağlıdır. Bir sıra amillər fərdin öz gerçək baxışını məlumatsızlıq üzündən, bilərəkdən və ya bilmədən tam şəkildə izhar etməməsinə səbəb ola bilər. Torston və Çave (1929) hesab edirlər ki, etiqad və inancları təkyönlü bir qey- diyyatda əsla göstərmək olmaz. Bizim bir baxış miqyası ilə həyata keçirə biləcəyimiz hər şey yalnız mövcud vəziyyətdə açıqlanan baxışın ölçülməsi ilə məhdudlaşır. Amma nəzərə almalıyıq ki, test obyekti bilərəkdən öz gerçək baxışını gizlədə bilər və ya ictimai mövqeyin təzyiqi onun izhar etdiyinə inanmasına səbəb ola bilər (Kenni, 1985, Brauna istinadən).
Dindarlığın ölçü və miqyası ilə bağlı mövcud olan problem və məhdudiyyətləri aşağıdakı adlar altında qruplaşdırmaq olar. Problemlər qeyd edilərkən imkan daxilində onların parktiki həlli yollarını da təqdim etməyə çalışacağıq.
Dostları ilə paylaş: |