Dinin spesifik mürəkkəbliyi, anlayışların abstarktlığının
yüksək səviyyədə olması, ilahi və dini həqiqətlərin müqəddəsliyi və əlçatmazlığı, mifik və simvolik yönlərin olması, həmçinin, din- də başa düşülməsi asan olmayan rəmz və sirlərin olması keyfiyyət kateqoriyalarının ümumi şəkildə kəmiyyətləşdirilməsi işini çətin- ləşdirir. Dindarlığın dini təcrübə, ixlas, niyyət, individual mistik guşənişinliklər kimi bəzi yönləri də adətən ölçü çərçivəsindən kənarda qalır.
Problem öz həllini keyfiyyət və dolayı metodlar vasitəsilə tapa bilər. Avtobioqrafiyalardan istifadə, müsahibə, proeksiya me- todları, digər dolayı və keyfiyyət metodları mənbələrimizi müəy- yən həddə qədər zənginləşdirə bilər. Vulfa görə, bu kontekstdə anketlərin çatışmamazlıqlarının aradan qaldırılması üçün həll yolu bu ola bilər: “... Meditasiya ilə bağlı sınaqlarda təfəkkürün bir kə- nara qoyulması hərtərəfli şəkildə hələ də davam etməkdədir. Bu sınaqlarda fizioloji meyarlar asılı dəyişən kəmiyyətlər kimi nə- zərdə tutulur və psixi vəziyyətlərin fərqi onlardan əldə edilir. Hal- buki, Freytez Stoll (1985) hesab edir ki, bu üsullar bizə meditasi- yanın ruha deyil, bədənə necə təsir etdiyini göstərir... Psixi vəziy- yətlərin hərtərəfl tədqiqi yalnız o halda mümkündür ki, həm dav- ranış və fizioloji məlumatlar, həm də daxili təcrübədən qaynaq- lanan məlumatlar tam şəkildə nəzərdə tutulsun. Tədqiqatşçıların çoxu düşünənlərin özləri kimi vasitəsiz daxili təcrübəyə əsasən, bilirlər ki, fizioloji meyarlar onların məlumatlarını tam şəkildə əks etdirmir.” (Vulf, 1991, səh.248).
Əlbəttə, ixlas və niyyət kimi cəhətlər davranış vasitəsilə müəyyən mənada ölçülə bilər. Məsələn, özünü göstərməmə, adı- nın hallanmasının istənilməməsi və s. Bu məsələnin müstəqil bir tədqiqata ehtiyacı var.
Dinlə bağlı müxtəlif izahlar:
Biz dini və dindarlığı necə başa düşürük? Bu mövzu ilə bağ- lı müxtəlif yanaşmalar, dinin bəzi yön və ünsürlərinə verilən əhəmiyyət və üstünlük əmsalı müxtəlif baxışlar yaratmışdır. Dinin ölçülməsində qarşıya çıxan problemlərdən biri kateqoriyalardan hər biri üçün xüsusi çəki nəzərdə tutmağımızdır. İslam düşüncə- sinin tarixi ənənəsində dindarlığın izahı ilə bağlı üç yanaşmaya
rast gəlirik. Bu yanaşmaların hər biri özü-özlüyündə mühüm əhə- miyyət daşıyır. Ariflər din və dini təcrübənin emosional yönünə, filosoflar idrak və təfəkkür, fəqihlər isə dinin əməli sahəsinə və ayinlərinə daha çox diqqət ayırmışlar. Din psixoloqunun qarşılaş- dığı problemlərdən biri anketini hansı yanaşma və hansı tərif əsa- sında tənzimləməkdir. Dinin cövhəri, xalis din, sapmış din, ilkin orijinal din qarşısında tarixi və ya ənənəvi din, batini yanaşma qarşısında zahiri yanaşma mövzuları, dinin müxtəlif oxunuşları mövzusu və sairə bu kontekstə daxil olan mövzulardandır.
Bu problemin həlli yollarından biri ilkin mətnə və din bani- sinin səmavi kitablarına qayıtmaqdır. Braun hesab edir ki, dindar- lıq üçün praktiki meyar tapmaq əvəzinə teoloji və nəzəri meyarlar tapılması bir həll yolu ola bilər. Buna görə də ənənəvi məsələlərin izahı, eləcə də etiqad əsaslarından götürülmüş təlimlər və cümlələr dini inanc miqyaslarının maddələrinn çoxunu təşkil edir. Məsələn, Fullorton və Hansberger (1982) Naysenin etiqadlar toplusuna əsaslanaraq, xristian dininin əsas və bəlli etiqadlarının qəbulunu əhatə edə bilən təkyönlü bir miqyas yaratmağa çalışmışlar. Onlar bu inanclar toplusundan on kateqoriya (Allahın varlığı, Ata, Oğul, Müqəddəs ruh, Allah hər şeyin yaradıcısıdır və s.) seçmiş və ona ortodoks xristianlıqdan üç kateqoriya (inanclar toplusunda yer almamasına baxmayaraq) da əlavə etmişlər. Bu kateqoriyalar sə- mavi vəhy, möcüzələr, dua və namazın faydalılığı aspektlərinə şa- mildir. Onlar 150 maddə müəyyən etmiş və Likert miqyasından sonra 36 maddəyədək azalmışdır. Bunlardan 13-ü müsbət, 13-ü isə mənfi formadadır (Braun, 1987, səh.65).
Braun və Lavi (1951) İncilin vəhy olduğu, yaranış, Allah, ölümdən sonrakı həyat, Məsihin doğuluşu, üçlük, xilas, Cənnət, Cəhənnəm və təkrar qayıdış mövzularını əhatə edən bir miqyas hazırlamışlar. Martin və Vesti (1959) İncilin vəhy kitabı olması, Cənnət, Məsihin şəxsiyyəti, ölümdən sonrakı həyat haqqında mad- dələr müəyyən etmişlər. Lenski (1961) Allah, Məsih, ölümdən sonrakı həyat haqqında maddələr toplamışdır. Halbuki, Putni və Midlton (1961) səmavi tədbir, ölümdən sonrakı həyat, Cəhənnəm və şər, xilas və namaz mövzularını araşdırmışlar. Pupleton və Pil- kinqton (1963) etik davranışlar və möcüzələr haqqında suallar əla-
və etmişlər.
Bu miqyasların maddələri asanlıqla təsnif edilir. Braun (1962) praktiki şəkildə göstərmişdir ki, maddələrin birnövlü top- lusu Allaha və Məsihə inam, Şeytanlar haqqında doğru inanclar, bəlalar və ruhlar, mələklər haqqında olan ümumi dini inanclar, materiyanın mahyyəti - İncil müqəddəs bir kitab kimi, yaxşı dav- ranışa ehtiyac kimi kateqoriyalar əsasında tənzimlənərsə, mühaki- mələr bir-birləri ilə uyğunluq təşkil edər (Braun, 1987, səh.65).
Mətnlərə sistemli şəkildə müraciət etməklə (məzmunun elmi prinsiplər əsasında təhlili və ya mövzunun dini mənbələr əsasında tədqiqi) müxtəlif baxış və yanaşmaların dinlə bağlı izaha müdaxi- ləsindən müəyyən mənada qorunmaq olar. Hhətta ünsürlərin hər birinin spesifik çəkisini dini mətnlərin onlara verdyi qiymət əsa- sında əldə etmək olar. Ayə və hədislərin namaza din çadırının sü- tunu və dindarlığa qəbul qapısı və sair kimi qiymət verməsi buna misaldır.