Dininin yaranma və yayılma tarixi



Yüklə 44,15 Kb.
səhifə5/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   2   3   4   5   6   7   8   9   ...   13
atestasiya

Xəlifələrin siyahısı


xəlifə

Hökmdarlıq

Şam xəlifələri

Müaviyə ibn Əbu Süfyan

28 iyul 661 - 27 aprel 680

Yezid ibn Müaviyə

27 aprel 680 - 11 noyabr 683

II Müaviyə ibn Yezid

11 noyabr 683 - iyun 684

Mərvan l ibn əl-Həkəm

684 iyun - 12 aprel 685

Əbdülməlik ibn Mərvan

12 aprel 685 - 8 oktyabr 705

əl-Valid ibn Əbdülməlik

8 oktyabr 705 - 23 fevral 715

Süleyman ibn Əbdülməlik

23 fevral 715 - 22 sentyabr 717

Ömər ibn Əbdüləziz

22 sentyabr 717 - 4 fevral 720

II Yezid ibn Əbdülməlik

4 fevral 720 - 26 yanvar 724

Hişam ibn Əbdülməlik

26 yanvar 724 - 6 fevral 743

II Vəlid ibn Yezid

6 fevral 743 - 17 aprel 744

III Yezid ibn əl-Valid

17 aprel 744 - 4 oktyabr 744

İbrahim ibn əl-Valid

4 oktyabr 744 - 4 dekabr 744

II Mərvan ibn Məhəmməd (Cəzirədə Harrandan idarə olunurdu)

4 dekabr 744 - 25 yanvar 750


Abbasilər xilafəti


Abbasilər xilafəti (750-1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan[1] daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762-1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.
Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür.

  • Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661-750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8-9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi. Abbasilər xilafətində əsas təsərrüfat sahəsi suvarmaya əsaslanan əkinçilik idi, əsas istehsalçı isə təhkimli vəziyyətə salınan kəndli idi. Köçəri və oturaq maldarlıq əkinçilikdən sonra mühüm idi. Torpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı. Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi. Tədricən renta iqtası, torpaq iqtasına çevrildi və erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi. Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.

  • X-XI əsrlərdə Bağdadda siyasi mübarizə

Artıq 8-ci əsrin sonunda dövlət torpaqlarını mənimsəyən Bağdaddan uzaq vilayətlərin hakimləri müstəqil dövlətlər yaratmağa başladı. Yerli feodalların separatçılıq meylləri, xalq kütlələrinin ərəb ağalığına qarşı mübarizəsi ilə üst-üstə düşürdü ki, bu həmin bu feodallar tərəfindən öz məqsədləri üçün istifadə edilirdi. Yerli, Mərakeşdə İdrisilər(788-985), İfrikiyyədə Əqləbilər(800-909), Samanilər (875-999)Qəznəvilər və bir çox başqa daha xırda feodallar müstəqil idilər. Misirdə həm də Fələstin və Suriyanı tabe etmiş Tulunilər(868-905) hakim idi.

Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin