Dininin yaranma və yayılma tarixi



Yüklə 44,15 Kb.
səhifə3/13
tarix14.06.2022
ölçüsü44,15 Kb.
#61449
1   2   3   4   5   6   7   8   9   ...   13
atestasiya

Raşidi xilafət


Rəşidi Xilafəti, İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ) ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistanyarımadası və Levantdan Qafqaza qədər,qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyasi idi. 632-ci ildə, Məhəmməd peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğembərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Ubeyd ibn al-Cerrah Əbu-Bəkrə öz sədaqetlərini vəd etdilər.Beləliklə, Əbu-Bəkr ilk Xəlifə-i Resul-il-Lah- “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Abu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi ve nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onlarin seçilməsi ve hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəs ilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar Islamı ilk qebul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasinda idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələrı olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqdan olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.
Sünnəyə əsasən, Reşidi Xilafəti termini Məhəmmədin ölümundən sonra xilafətin 30 il yaşayacagı ve daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlib. Bundan savaýı,Sunan Ebu-Davud və Musnad Əhmədibn-Hanbaldakı digər hədislərə əsasən, sonlara yaxın “Doğru idarə edilən Xilafət” Allah tərəfindən bir daha bərpa ediləcək.


Yüklə 44,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin