Mövzu 2. Photoshop proqramında qatların əhəmiyyəti. Sərbəst seçimlərin edilmə üsulları
2.1 Photoshop proqramında qısa yolların istifadəsi.Obyektin yaradılması və üzərində dəyişiklik edilməsi. Photoshop proqramında əsas seçimlərin üsulları: Həndəsi seçimlər; Sərbəst seçimlər; Kontur əsaslı seçimlər; Rəng əsaslı seçimlər;
Müdavim Photoshop proqramında qısa yolları öyrənərək proqramı daha sürətli şəkildə istifadə etməyi öyrənir. Obyektləri (şəkil, forma, yazı və s.) yaratmağı onların üzərində müxtəlif texniki dəyişiklikləri etməyi öyrənir. Seçimlər proqramın əsaslarından biridir. Bəzən bütün təsviri redaktə edən zaman onun bəzi hissələrini dəyişmək lazım gəlir. Bunun üçün istifadəçi qoyulmuş məsələnin effektiv həll etmək üçün təsvirin redaktə ediləcək hissəsini digər hissələrdən ayırmalıdır. Belə olan halda təsvirin dogər hissələrə xələl gətirmədən seçim alətlərindən istifadə etməklə seçilmiş sahəni redaktə etmək olar. Photoshop proqramı istifadəçiyə çoxlu sayda seçim alətləri təqdim edir. Alətlərdən istifadə edərək təsvir üzərində müxtəlif xarakterli seçimlər aparmaq mümkündür. Həndəsi seçimlər vasitəsilə daha dəqiq məhz riyazi hesablamalar əsasında seçimlər edir. Sərbəst seçim vasitəsilə heç bir qanunauyğunluğa riayət etmədən sərbəst şəkildə seçimlər edilməsinə imkan yaradır. Kontur əsaslı seçimlər- obyektin çərçivəsi əsasında edilən seçimlərdir. Rəng əsaslı seçimlər rənglərə əsasən seçimlərin edilməsidir.
2.2 Photoshop proqramında qatlarla (layer) iş prosesinin yerinə yetirilməsi. Qatın yaradılması, gizlədilməsi,kopyalaması , birləşdirilməsi,silinməsi kilidləməsi; Qat stili (Layer style) pəncərəsindəki funksiyalarla tanışlıq.
Dizayn proqramlarında layer qat paneli əsas panellərdən biridir. Eləcə də Photoshop proqramında layer əsas funksiyaları daşıyır. Bu mövzu əsasında istifadəçi qatlar üzərində işlər apararaq dizaynın tamamlamasında mühim bir mərhələni yerinə yetirir. Yüksək və orta səviyyəli mürəkkəb təsvirləri redaktə edən zaman, həmçinin rəndlərin idarə edilməsində və konturların yaradılmasında elastik qatlardan istifadə edilir. Photoshop proqramında təsvirlərə mətnin əlavə edilməsində və ya təsvir üzərində tip qrafik montakın yerinə yetirilməsində qatlardan geniş istifadə edilir. İstifadəçi qatların yaradılması, silinməsi, dəyişdirilməsi, kilidlənməsi kimi prosesləri yerinə yetirir. Qat funksiyalarını tanıyır və lazım gəldikdə istifadə edir. Qat funksiyaları vasitəsilə mühim Smart obyekt yaratma, qatları birləşdirmə, qat stillərinin kopyalanması və s. əmrləri yerinə yetirə bilir. Qat stilləri vasitəsilə dizayna müxtəlif stillərin məsələn, kölgə, parlaqlıq , qradient rənglənmə və s. stillər verilə bilər.
Dostları ilə paylaş: |