Dinləyici kateqoriyası: Həyata keçirilmə forması



Yüklə 365,18 Kb.
səhifə2/13
tarix05.07.2022
ölçüsü365,18 Kb.
#62644
1   2   3   4   5   6   7   8   9   ...   13
Adobe Photoshop ixtisasartırma təlimi proqramı son variant

Proqramın əsas məqsədi
Yeni biliklər və texoloji həllər vasitəsilə müasir dövrün tələblərinə uyğun şəkildə Qrafik dizayn proqramları vasitəsilə veb saytlar, reklamlar, kitablar, jurnallar, afişalar, məhsul qablaşdırması və s. dizayn etmə bacarıqlarının müdavimlərə mənimsədilməsidir. Ən son trendləri öyrədilərək, bilik və bacarıqların artırılması məqsəd qoyulmuşdur. Adobe Photoshop proqramı vasitəsilə müdavimlərin müxtəlif dizayn məhsullarını- poster, flayer, retuşlanmış fotoşəkil, sosial media post şablonu və s. çap və rəqəmsal dizaynları peşəkar səviyyədə hazırlaması proqramın başlıca məqsədidir.
Proqramın əsas vəzifələri

  1. İştirakçının təməl dizayn biliklərinin verilməsi;

  2. İştirakçılara qrafik dizayn proqramı olan Adobe Photoshop proqramının tam mənimsədilməsi;

  3. İştirakçıların ideya və fikirlərinin vizual mühitdə ifadə etmələrinə kömək etmək;

  4. İştirakçıların dizayn məhsullarını hazırlanmasında onlara faydalı və yeni biliklərin verilməsi;

  5. Müxtəlif çap, rəqəmsal və qablaşdırma məhsullarının dizayn edilməsinin öyrədilməsi;


Proqramın strukturu
Proqram yeddi əsas mövzudan ibarətdir ki, bunların da hər biri öz növbəsində alt mövzulara bölünür.
Birinci mövzu - proqramın ilk mövzusu Qrafik dizayna giriş, Qrafik dizaynın əsasları, Photoshop proqramı ilə tanışlıqdır. Bu mövzu və alt mövzular vasitəsilə müdavim dizayn anlayışını, qrafik dizaynın əsas təməl elemetlərini, rənglərin dizaynda rolunu, qrafik fayl formatlarını həmçinin Photoshop proqramının interfeysini, iş mühitini tanıyır.
İkinci mövzu - proqram vasitəsilə obyektlərin yaradılaraq onlar üzərində və ya təsvir üzərində seçimlərin edərək redaktə edilməsi, iş mühitinin nizamlanması, çap və rəqəmsal sənədlərin yaradılmasını öyrənir.
Üçüncü mövzu - burada müdavim yazı dizaynını, fontları öyrənməsi nəzərdə tutulmuşdur. Dizaynın ayrılmaz bir hissəsi olan yazıların hazırlanması və üzərində dəyişiklik edilməsini, ümumiyyətlə tipoqrafika anlayışını öyrənir.
Dördüncü mövzu – baza kompoisiyasının qurulması, müxtəlif dizaynların poster afişa və s. dizayn etməyi öyrənir. Bu mövzu vasitəsilə müdavim dizaynda lazımi biliklər və texnikaları öyrənir. Növbəti mövzular üçün təməl olan bu alt mövzular vasitəsilə sərbəst formada dizayn etmə bacarıqları artırılır. Həmçini rəng texnikaları vasitəsilə düzgün rəng seçimi, düzgün sistemik dizayn üçün maketin quruluması və torun hazırlanması, qarışdırılmış rənglərlə unikal rəng tonlarını almaq yollarını öyrənir.
Beşinci mövzu – bu mövzu və alt mövzular vasitəsilə ilkin şəkil rəngləndirmə və fotolar üzərində dəyişiklik edilməsi üçün lazımı alətlərin və əmrlərin öyrədilməsi nəzərdə tutulmuşdur.
Altıncı mövzu – burada artıq müdavim fotolar üzərində mürəkkəb əmrləri icra edir. Rəng balanslaşdırma, fotolar üzərində korreksiya işlərinin aparılmasını, əvvəlki mövzularda öyrənilmiş alətlər və əmrləri icra edərək profesional şəkildə fotoları retuşlamağı öyrənir.
Yeddinci mövzu - Müdavim müxtəlif filtrerlər, həmçinin indiyədək öyrəndiyi mövzular əsasında müxtəlif hərəkətli dizaynlar hazırlaya bilir. Hərəkətli qrafiklər hazırlayaraq ilkin təməl hərəkətli video və şəkil formatını öyrənir. Hazırladığı müxtəlif dizayn məhsullarını real şəkildə görünməsi üçün hazır mock uplar daxilində yerləşdirmə edib modelləndirərək proqramı yekunlaşdırır.


Yüklə 365,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin