Dinləyici kateqoriyası: Həyata keçirilmə forması


Mövzu 5. Şəkil korreksiyası üzrə baza bilikləri



Yüklə 365,18 Kb.
səhifə11/13
tarix05.07.2022
ölçüsü365,18 Kb.
#62644
1   ...   5   6   7   8   9   10   11   12   13
Adobe Photoshop ixtisasartırma təlimi proqramı son variant

Mövzu 5. Şəkil korreksiyası üzrə baza bilikləri.
5.1 Image menyusu və ona daxil olan əmrlər toplusu. Şəkillər üzərində sadə korreksiya işlərinin aparılması: Spot Healing Brush Tool, Patch Tool, Clone tool, Content-aware fill tool
Bu mövzuda müdavim şəkil rəngləndirməsi üzrə baza biliklərini öyrənir. Əmrlərin istifadəsi və tətbiq sahələri ilə tanış olur.Fotolar üzərində rəng korreksiya işlərinin aparılması üçün İmage menyusunda Adjustment əmrindən və həmin əmr daxilindəki qrup əmrlərindən istfadə edilə bilir. Bu zaman verdiyimiz bu rəngləndirmə əmrləri layer üzərində müvəqqəti deyildir birbaşa şəklə tətbiq olunur. Bu menyudu həmçinin şəklin ölçüsü, çərçivə ölçüsü və dəqiqliyini nizamlaya bilirik. Korreksiya işləri üçün lazımı alətlər: Spot Healing Brush Tool, Patch Tool, Clone tool, Content-aware fill tool alətləridir. Spot Healing Brush Tool Təsvirdə olan ləkələri , nöqtələri, və ya problemli yerləri düzəltməyə imkan yaradır. Bu olduqca effektiv alətdir. Bir başa təsvirin üzərində rahat istifadə edilə bilir. Təsvirdə yerləşən hər hansı bir hissəni bir yerdən digər yerə sürüşdürülərək yerləşdirməyə imkan yaradan alət Patch tool alətidir. Clone Stamp tool aləti vasitəsi ilə şəkildəki bir hissəni digər başqa bir yerə kopyalamağa imkan yaradır. Bu alət vasitəsilə köhnə şəkillər üzərində rəngləndirmə işləri aparılır, həmçinin bərpa edilə də bilər.
Mövzu 6. Şəkil üzərində retuş və bərpa etmə
6.1 Camera Filterdən vasitəsilə şəkillər üzərində sazalama işlərinin aparılması: Ağ rəng balansı; Ton diapazonu; Rəng kontrast; Rəng doyması; Liquify alətindən istifadə;
Retuş fotoların üzərində düzəltmə işlərinin aparılmasıdır. Camera Raw effekti raw formatında olan profesional şəkillər üzəridə işlər aparmaq üçün istifadə edilir. Bu əmr olduqca kompleks şəklində olduğuna görə burada müxtəlif dəyişiklikləri Camera Raw pəncərəsi vasitəsilə yerinə yetirmək mümkündür. Rəng diapazonun dəyişmə, rəng balansı və s. kimi dəyişiklikləri etmək mümkündür. Həmçinin əvvəlki dərslərdə öyrənilən alətlər vasitəsilə nümunə üçün verilmiş foto üzərində retuş korreksiya işləri aparılaraq mürəkkəb dizayn hazırlanır. Liquify paneli vasitəsilə təsvir üzərində deformasiya işlərinin aparılması mümkündür.Həmçinin insan üzərində dəyişikliklər etmək , üz forması, gözlər, burun üzərində dəyişikliklər edilə bilir.

Yüklə 365,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin