Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
34
yayınmamalıdır. İplik və saplarının
lif tərkibinin dəyəri, toxunması və
bəzəndirilməsinə çəkilən xərclər, istehlakçı üçün parçanın qiyməti və s. kimi
göstəricilər də iqtisadi göstəricilərdən sayılır.
Beləliklə, qeyd etmək olar ki, müxtəlif lif tərkibinə malik olan parçalar üçün
keyfiyyət göstəriciləri nomenklaturası artıq standartlaşdırılmışdır (11-16). Bu
standartlarda keyfiyyət göstəriciləri ümumi və əlavə keyfiyyət göstəriciləri
qrupuna ayrılmışdır. Ümumi keyfiyyət göstəriciləri bütün
lif tərkibinə malik olan
parça mallarına aiddir; əlavə keyfiyyət göstəriciləri isə parçanın təyinatından asılı
olaraq mövcud standart və texniki şərtlərə daxil edilmişdir. Qeyd etmək lazımdır
ki, yuxarıda göstərilən əksəriyyət göstəricilərinin təyin edilməsi metodlar işlənilib
hazırlanmışdır. Parçaların ümumi və əlavə keyfiyyət göstəriciləri norması onların
təyinatı və istismar şəraiti nəzərə alınmaq şərtilə müəyyənləşdirilir.
Burada parçanın lif tərkibi,
quruluşu, istehsal xüsusiyyətləri, əsas və əlavə
emal olunması da mütləq nəzərə alınmalıdır. Müxtəlif təyinatlı
parçalar üçün bu
normalar hələlik işlənib hazırlanmamışdır. Əksəriyyət standart və texniki şərtlərdə
məişət təyinatlı parçalar üçün bir qayda olaraq ümumi göstəricilər verilmişdir və
bəzən də bir neçə əlavə xassə göstəriciləri (qısalma, sürtünməyə qarşı davamlılıq
və s.) də qeyd olunur ki, bu da müxtəlif təyinatlı parçaların
keyfiyyətinin
qiymətləndirilməsini xeyli çətinləşdirir. Xüsusilə kimyəvi liflərdən ibarət olan
parçaların keyfiyyətinin qiymətləndirilməsi üçün normalaşdırılan gigiyenik xassə
göstəricilərini (buxar
və hava keçirməsini, elektriklənməsini və s.) mütləq nəzərə
almaq lazımdır.
Parçaların keyfiyyət səviyyəsinin təyini zamanı xassələrin seçilməsi hərtərəfli
əsaslandırılmadır. Bu isə müəyyən çətinliklərlə rastlaşır. Belə ki, bu və ya digər
parçaların istehlak xassələri öyrənilərkən xassə nomenklaturası dəyişilir. Məsələn,
xalis yundan olan parçaların keyfiyyət səviyyəsi təyin edilərkən cırılmaya qarşı
davamlılıq göstəricisi
əsas kimi qəbul edilir, lakin gigiyenik xassə göstəriciləri
nəzərə alınmır. Yaxud da sintetik liflərdən olan parçalarda gigiyenik xassə
göstəriciləri
əsas götürülür, ancaq cırılmaya qarşı davamlılıq nəzərə alınmaya da