Diplom iŞİ 2015 MƏMMƏdova nəRMİn azərbaycan döVLƏT


Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə36/70
tarix29.12.2022
ölçüsü1,23 Mb.
#78135
1   ...   32   33   34   35   36   37   38   39   ...   70
310-M-mm-dzad-N-rmin-Tac-ddin-A-95-25

Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası

44 
müşahidə, 
aktiv 
müşahidə, 
anketləşdirmə, 
sənədlərin 
və 
informasiya 
materiallarının öyrənilməsi; dekompozisiya; müqayisəetmə; dinamik; məqsədin 
strukturlaşdırılması; ekspert, sosioloji, orqanoleptik; ideyaların irəli sürülməsi; 
normativ; parametrik; əsas tərkib hissələri; korrelyasiya; matrisa; analitik 
hesablama; analoq; yaradıcılıq iclasları; morfoloji analiz; differensial, kompleks, 
qarışıq; indeksli; qrafiki, qrafiki modelləşdirmə. 
Normativ metoda müəyyən normativlərdən istifadə nəzərdə tutulur. 
Keyfiyyətin idarə edilməsi sisteminin real göstəricilərinin belə normativlərə 
müqayisəsi onun ideal, arzuolunan sistemə uyğunluğunu qiymətləndirməyə imkan 
verir. 
Parametrik metod keyfiyyətin idarəedilməsi sisteminin tədqiq olunan 
xassələrinin kəmiyyətcə ifadə olunmasına əsaslanır. Bu metodla idarəedici və 
idarəolunan yarımsistemlərin parametrləri qarşılıqlı əlaqə müəyyənləşdirir. 
Keyfiyyətin təmin olunmasında tətbiq edilən metodlardan biri də ideyaların 
irəli sürülməsi metodudur. Bu metodun mahiyyəti bu və ya digər məsələ üzrə 
qərarın kollektiv qəbul edilməsidir: məsələ müzakirə edilir, onun həlli üçün 
ideyalar irəli sürülür, ideyalar qiymətləndirilərək ən səmərəlisi seçilir. 
Bir sıra inkişaf etmiş ölkələrdə keyfiyyətin idarə edilməsi sahəsində 
toplanmış təcrübələrin tədqiqatları göstərir ki, son illər daha effektiv sistemlər, İSO 
9000 seriyalı standartların tələblərini təmin edən sistemlərdir. Tədarük edilən 
məhsulun keyfiyyət menecmentinin qabaqcıl təcrübəsinin böyük bir hissəsi 
göstərilən standartlarda toplanmışdır. Müəssisədə fəaliyyət göstərən keyfiyyət 
sisteminin İSO standartları tələblərinə uyğun olmasını bütün istehlakçılar belə bir 
zəmanət kimi qəbul edirlər ki, istehsalçı stabil keyfiyyətli məhsul buraxa və 
tədarük edə bilir və müqavilədə nəzərdə tutulmuş şərtləri və öhdəliklər yerinə 
yetirilir. Ona görə də bir çox xarici ölkələrdə hər bir məhsul tədarükçüsündə belə 
bir KS-nin olmasına mühüm şərt kimi baxılır. 
Keyfiyyətin idarə edilməsinin inkişafının müasir istiqamətləri: Kİ sahəsində 
toplanmış nəzəri və praktik təcrübənin analizi göstərir ki, əvvəllər ölkəmizdə və 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin