Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
41
Spesifilik – tədqiqat obyektinin xüsusiyyətlərini nəzərə alır;
Vaxtlı-vaxtında həyata keçirilmə - lazımi vaxtda tədqiqatların aparılmasını
və qərarların qəbul edilməsini təmin edir.
Bu və ya digər təsnifat növləri tətbiq edilir, məsələn, fundamental və tətbiqi,
lokal və kompleks və s.
Tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövri və müntəzəm ola bilər.
Tədqiqatın nəticələrindən istifadə sahəsinə görə onlar
fundamental və tətbiqi
olur. Fundamental tədqiqatların məqsədi KİE-nin yeni qanunlarının və
qanunauyğunluqlarının aşkar edilməsi və işlənməsidir.
Tətbiqi tədqiqatların məqsədi isə keyfiyyətin idarə edilməsi və təmin
olunmasının praktiki problem və məsələlərinin həllində
fundamental tədqiqatlarda
və texnikada əldə edilən nailiyyətlərdən istifadə etməkdir.
Qeyd etmək lazımdır ki, KİE-nin tədqiqi əsasən tətbiqi xarakter daşıyır və
həm emprik, həm də nəzəri istiqamətlərdə aparıla bilər. Birinci halda tədqiqatın
nəticələri müxtəlif müşahidələrin və eksperimentlərin köməyi ilə olunur. Ikinci
halda keyfiyyətin idarə edilməsində baş verən hadisələrin dərk olunması müəyyən
abstrakt obyektlərdən istifadəyə əsaslanır.
Təşkilatlarda KİE-də tədqiqatların dərinliyi və əhatəliliyi tədqiqatın
iki növü
ilə, lokal (yarımsistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə
qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir) və kompleks (idarəetmə
elementlərinin
xassələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə öyrənilir) növləriylə təmin edilir.
KİE sisteminin müəyyən çərçivədə açıq sistem kimi öyrənilməsi. Bu
sistemdə daxili və xarici mühit,
daxili və xarici məqsədlər, yarımsistemlərin
məqsədləri, məqsədə çatmaq üçün strategiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir.
Beləliklə, bir elementdə dəyişiklik digər elementlərdə və ümumilikdə sistemdə
dəyişikliklərə səbəb olur;
KİE sisteminin spesifik
xassələrə malik, qarşılıqlı təsirdə və əlaqədə olan
elementlərdən və yarımsistemlərdən təşkil olunan
bütöv bir sistem şəklində
öyrənilməsi;