Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası
.
40
Müəssisələrin səmərəli fəaliyyətinin təşkili müasir sənayenin qarşısında duran
başlıca vəzifələrdən biridir. Müəssisələrin fəaliyyətinin səmərəliliyi onların istehsal
etdikləri məhsulların keyfiyyətindən xeyli dərəcədə asılıdır.
Müəssisədə istehsal
olunan məhsul nə qədər yüksək keyfiyyətə malik olarsa, onun əmtəə bazarı da bir o
qədər genişlənir və bunun müqabilində də müəssisənin gəliri artır. Əksinə,
məhsulun keyfiyyətsiz yaradılması onun əmtəə bazarını məhdudlaşdırır və nəticədə
müəssisənin gəliri azalır. Ona görə də məhsulun yaradılması və istehsalının bütün
mərhələlərində keyfiyyətin idarə edilməsi işinin mühüm əhəmiyyətə malikdir.
Keyfiyyət sahəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəçilik
fəaliyyəti, idarə olunan obyektə təsirin üsul və qaydaları
keyfiyyətin idarə
edilməsinin metodlarını təşkil edir. Praktikada iqtisadi, təşkilati-tapşırma (inzibati)
və sosial-psixoloji, tədqiqat və s. metodları geniş tətbiq olunur.
Müxtəlif fəaliyyət sahələrində mövcud olan keyfiyyətin idarəedilməsi
sistemlərini təkmilləşdirmək,
inkişaf etdirmək üçün, müasir bazar münasibətləri
şəraitində onun yeni cəhətlərini müəyyənləşdirmək üçün keyfiyyətin idarə edilməsi
məsələləri effektiv üsullarla tədqiq olunmalıdır. Kİ sisteminin sonrakı əhəmiyyətli
dərəcədə bu zaman əldə edilən nəticələrdən asılıdır.
Keyfiyyətin idarə edilməsinin tədqiqi aşağıdakı ümumi tələblərə cavab
verməlidir:
Məqsədyönlülük – tədqiqatın hüdudlarını
müəyyənləşdirməyə imkan
verir;
Obyektivlik – müvafiq tədqiqat metodlarından istifadə etməklə, KİE-nin
vəziyyətini tam əks etdirən keyfiyyət göstəricilərini seçməklə, icraçıları
səriştəli
mütəxəssislərdən seçməklə və s. əldə olunur;
Sistemlilik – tədqiqatların əhatəli və dövrü olmasını təmin edir;
Dostları ilə paylaş: