Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 35
bilər. Əgər xassə nomenklaturası seçilərkən fikir ayrılıqları ortaya çıxarsa, onda bu
məsələ ekspert üsulu ilə təyin edilir. Bu üsulla təyin olunan xassə əhəmiyyətlilik
dərəcəsindən asılı olaraq azalan və artan cərgələrdə yerləşdirilir və bu xassənin sıra
nömrəsi fanqlarla göstərilir. Alınmış nəticələr riyazi statistika üsulu ilə hesablanır.
Orqanoleptik üsul insanın hiss üzvlərinin iştirakı ilə parçaların vahid xassə
göstəricilərinin təyin edilməsinə əsaslanır. Bu üsulla parçanın rəngi, şəffaflığı,
qabalığı, yumşaqlığı, lifinin yanma xarakteri, yanması zamanı əmələ gələn qoxusu
və s. kimi amillər təyin edilə bilir. Orqanoleptik üsul çox sadədir və tez başa çatır,
lakin subyektiv xarakterə malikdir. Belə ki, qiymətləndirmə səviyyəsi tədqiqatçının
bilik səviyyəsindən, təcrübəsindən, ixtisaslaşma qabiliyyətindən çox asılıdır.
Ekspert üsulu mütəxəssis-ekspert qrupunun ümumi fikrinə əsaslanaraq
ekspert parçanın keyfiyyət səviyyəsini qiymətləndirməyə kömək edir. Son
dövrlərdə malların keyfiyyət səviyyəsinin, xüsusilə bədii-estetik üstünlüklərinin
qiymətləndirilməsində ekspert üsulu daha geniş yayılmışdır. Bununla yanaşı,
istehlak xassələrinin keyfiyyətinin ekspertizası zamanı bir neçə başqa məsələlər də
həll edilə bilir, o cümlədən keyfiyyətin qiymətləndirilməsi üçün xassə
nomenklaturasının seçilməsi, keyfiyyətin kompleks qiymətləndirilməsi məqsədilə
sanballıq əmsalının təyini, keyfiyyətinə attestasiyası zamanı qərarların qəbul
edilməsi.
Keyfiyyət göstəricilərinin ekspert üsulu ilə qiymətləndirilməsi həmişə
kəmiyyətcə qiymətləndirmə isə yekunlaşır ki, bu da balla ifadə olunur.
Laboratoriya üsulu alət üsulu kimi adlanır və laboratoriya şəraitində müəyyən
cihazların köməyilə, habelə təcrübəvi geyim vasitəsilə parçadan olan məmulatların
xidmət müddətini, uzunömürlülüyünü, geyilməyə qarşı dözümlülüyünü və s.
qiymətləndirmək mümkündür. Alət üsulu ən obyektiv və dəqiq üsul sayılır və
cihazlarda istənilən xassələr üzrə nəticələr alınır. Laboratoriya üsulundan ekspress
üsulu və tədqiqatı parçalamayan üsullar da geniş yayıla bilmişdir. Laboratoriya
üsulu zamanı parçanın lif tərkibini yandırmaqla növünü təyin etmək, kimyəvi
maddələrə qarşı münasibətini qiymətləndirmək, mikroskop altında lifin quruluşunu