Üçüncü şəxs adından rəsmi nota
Bu sənəd, formal nöqteyi nəzərindən, verbal notalar kateqoriyasına aid edilə bilər. Bəzən onları məzmun hissəsi və həmin sənədlərin əhəmiyyətindən çıxış edərək ayırırlar. Nota ümumən qəbul edilmiş beynəlxalq dildə milli gerblə bəzədilmiş rəsmi blankda, ünvanın göstərilməsi ilə çap edilir və aşağıdakı sözlərlə başlanır:
Səfirlik… Xarici işlər nazirinə öz hörmətini izhar (ifadə) edir və Sizi… məlumatlandırmaqdan...(yaxud) Sizin diqqətinizi … çəkməkdən şərəf duyur.
Sonra notanın məzmunu gedir və sənəd aşağıdakı nəzakət formulu ilə bitir:
Səfirlik, fürsətdən istifadə edərək, Xarici işlər nazirinə öz dərin hörmətini izhar edir (ifadə edir, bildirir).
( tarix) (göndərənin inisialları və səfirliyin möhürü)
Rəsmi nota həmçinin diplomatik missiyalar arasında standart ünsiyyət formasıdır.
Dostları ilə paylaş: |