Diplomatik sənədlərin növləri diplomatiyada protokol və etiket



Yüklə 21,92 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü21,92 Kb.
#40226
1   2   3   4   5
Diplomatik sənədlərin növləri

Verbal nota

Verbal nota, çox güman ki, ən geniş yayılmış dip­lomatik sənəddir.


«Verbal nota» ifadəsi «ciddi diqqətə alınmalı olan kağız» mənasını daşıyır.
Verbal notaya münasibət vaxt keçdikcə dəyişirdi. Diplomatik sənədlərin seçiminə xüsusi həssaslıqla «klassik diplomatiya» adlanan dövrdə yanaşırdılar. Y.Y.Solovyovun «Diplomatın xatirələri» kitabından misal:
«1909-cu ildə Rusiya XIN Peterburqdakı Avstriya-Macarıstan səfirliyi ilə yalnız verbal notalarla əlaqə saxlamağı məqbul sayırdı. Bu gərgin münasibətlərin əlaməti kimi qiymətləndirilirdi».
Bizim zəmanəda verbal notanın göndərilməsini bədxahlıq əlaməti kimi qəbul etmək heç kimin ağlına gəlməz. Diplomatik praktikada kollektiv notalara da rast gəlinir. Məsələn, bütün diplomatik korpus, yaxud səfirliklər qrupu adından.
Xarici işlər nazirliyi və səfirliklər bu diplomatik sənəd növünü yazışmada kifayət qədər geniş məsələlər dairəsi üzrə istifadə edirlər. Çoxsaylı verbal notaların məzmununu siyasi, iqtisadi, elmi-texniki, mədəni məsələlər, viza sorğusu, təmsiledici xarakterli informasiya təşkil edir.
Verbal nota üçüncü şəxs adından yazılır və adətən rəsmi nota ilə eyni formada ifadə olunur və yüksək keyfiyyətli gerbli kağızda çap edilir. Ünvan birinci vərəqdə sol aşağı küncdə göstərilir. Eyni ünvan zərfin üzərində çap edilir. Nota komplimentlə başlayır və bitir. Notanın əvvəlində alıcının və göndərənin tam adı yazılır:

Xarici işlər nazirliyi… Səfirliyə öz ehtiramını bildirir və … verməyindən şərəf duyur…

Yekun komplimentdə göndərənin qısa adını vermək olar:



Fürsətdən istifadə edərək, Nazirlik Səfirliyə bir daha öz dərin ehtiramını izhar edir.

Bəzən komplimentdə «fürsətdən istifadə edərək» sözləri buraxılır. Məsələn, notada hansısa qəzalar və digər xoşagəlməz xəbərlər barədə məlumat verilirsə:


Nazirlik Səfirliyə öz dərin hörmətini izhar edir.

Bəzi dövlətlərdə, məsələn ABŞ-da, yekun nəzakət formulu buraxılır.


Cavab notasının əvvəli bu cür olacaq:
Xarici işlər nazirliyi… Səfirliyə öz dərin hörmətini bildirir… və Səfirliyin …№ (gün, ay, il) nota ilə əlaqədar aşağıdakıları bildirməkdən şərəf duyur…

Nota səfirlik, yaxud dövlət nümayəndələrinin hərəkətləri ilə bağlı etiraz ehtiva edirsə, kompliment buraxılır. Matəm elan edilən, başsağlığı verilən zaman da komplimentdən istifadə edilmir.


Verbal nota göndərmə nömrəyə və tarixə malikdir, mətnin sonunda göndərmə tarixinin yanında XIN, yaxud səfirliyin möhürü ilə bağlanılır.
Verbal notanın protokol formulları şəxsi notanın protokol formullarından fərqlənir:
Xarici işlər nazirliyi öz ehtiramını bildirir və aşağıdakıları elan etməkdən şərəf duyur…

Viza verbal notaları adətən aşağıdakı formada olurlar:


XIN Səfirliyə öz ehtiramını bildirir… və (şəxslərin siyahısı gedir) giriş-çıxış vizalarını vermək iltifatını gös­tərməyinizi xahiş etməkdən şərəf duyur.

 

Yekun kompliment:


Nazirlik xahişinin yerinə yetirilməsinə görə Səfirliyə əvvəlcədən öz təşəkkürünü bildirir.


Yüklə 21,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin