Xüsusi (şəxsi) məktub
Xüsusi məktub tanış rəsmi şəxslərə, məsələn, hər-hansı məsələdə dəstəyə ehtiyac olduqda göndərilir. Adi kağızda, bəzən sol yuxarı küncündə nəşriyyat üsulu ilə göndərənin ad və soyadı yaxud rəsmi mövqeyi çap edilmiş blankda hazırlanır və bu zaman kağızın yalnız bir tərəfi istifadə edilir. Nəzakət formullarını tələb edir – Hörmətli Cənab… Yekun kompliment mütləqdir. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir.
Digər diplomatik sənədlərə də rast gəlinir. Məsələn, etimadnamə, geri çağırılma sənədləri, bildiriş sənədləri (bir dövlət başçısının diplomatik münasibətlər saxladığı digər dövlət başçısının ünvanına özünün seçilməsi və səlahiyyətlərinin icrasına keçməsi haqqında məktub. Mütləqiyyət quruluşlu dövlətlərin başçıları taxta keçmələri, bəzən ailə üzvünün dünyaya gəlməsi barədə məlumatlandırırlar. Bildiriş sənədləri və ona cavab etimadnamə tək tərtib edilirlər. Diplomatik praktikada nadir hallarda təsadüf edilir.), danışıqların yekun sənədləri, beynəlxalq müqavilələr.
Danışıqlar və vizitlərin yekun sənədləri
Bu diplomatik sənədlərin xüsusi növüdür: onlar adətən kommyunike, birgə bəyanat, bəyannamə forması daşıyırlar. Onların əsas vəzifəsi baş vermiş danışıqların, fikir mübadiləsinin yekununu dəqiq əks etdirməkdir.
Kommünike – beynəlxalq danışıqların gedişatı və nəticələri, onların abu-havası və əldə olunmuş beynəlxalq razılaşma haqqında rəsmi məlumatdır.
Birgə bəyanat – imzalayanlar üçün daha da məcburi xarakter daşıyan sənəd. Bu cür sənədin imzalanması ehtiva edir ki, danışıqlar gedişatında mühüm nəsə aşkar edilib və bunun nəticəsi olaraq tərəflər müştərək, birgə bəyanatla çıxış etmək qərarına gəldilər.
Bəyannamədə adətən birgə baxışlar və niyyətlər bəyan edilir.
Danışıqların, fikir mübadiləsinin nəticələrinin təsbiti zamanı kifayət qədər çox tətbiq edilən bəzi tipik frazeoloji ifadələrə nəzər salaq: tərəflər bunda vahiddirlər ki; tərəflər bu yaxınlarda bu barədə danışıqlara başlamaq qərarına gəldilər; bunun məqsədəuyğunluğu və zamanın tələbi olduğu fikrinə gəlinmişdik; tərəflər lazım bildilər; məqsədəuyğunluğu haqqında razılığa gəlindi; tərəflər tədbirlərin həyata keçirilməsini xeyirli hesab etdilər; tərəflər bu fikirdədirlər ki; fikir mübadiləsi zamanı baxışların yaxınlığı və ya üst-üstə düşməsi aşkar edildi; tərəflər tədbirləri, planları birgə nəzərdən keçirib, tərəflər… vacib olduğuna dair razılaşdılar; hər iki tərəfin qarşılıqlı istəyi ifadə edildi; tərəflər öz əminlikliklərini ifadə etdilər ki; tərəflər böyük əhəmiyyətini qeyd etdilər; (filan məsələlərin) nəzərdən keçirilməsi qeyd etməyə imkan verdi ki və s.
_____________________________________
Kommünike, birgə bəyanatlar, bəyannamələrdə özünün protokol hissəsi var. Danışıqların iştirakçıları sadalanan zaman onların tutduğu mövqe, soyadları və inisiallarını dəqiq göstərmək vacibdir. Anlaşılmazlıqlardan qaçmaq üçün hər tərəf öz protokol hissəsini özü hazırlayır.
_____________________________________
Kommünikenin adi sxemi aşağıdakı formadadır: əvvəlcə danışıqların, yaxud vizitin faktı, onların davamiyyəti qeyd olunur, sonra baş vermiş görüşlər göstərilir və iştirakçılar sadalanır, nəzərdən keçirilmiş məsələlərin dairəsi cızılır, əvvəl beynəlxalq məsələlər, sonra isə ikitərəfli münasibətlər üzrə danışıqların nəticələri açıqlanır. Məsələlər vaciblik və aktuallıq üzrə sıralanır.
Dostları ilə paylaş: |