Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!



Yüklə 0,78 Mb.
səhifə18/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Məscidül-əqsa



Qurani-Kərim: Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (səlləllahu əleyhi və alih) ) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!359
331- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Süleyman ibn Davud (əleyhis-səlam) Beytül-müqəddəsi tikib-qurtardıqdan sonra Allah-Təaladan üç arzu dilədi: İlahi hökmləri ilə həmahəng olan mühakimə etmək qüdrəti, ondan sonra gələcək heç bir kəsə əta olunmayacaq olan hökmranlıq və bu məscidə gəlib, namaz qılan hər kəsin, anasının bətnindən yenicə doğulan körpə uşaq kimi pak olması (günahlarının bağışlanması).360

332- Sünəni-İbn Macə: Meymunə rəvayət edir: Dedim: Ey Allahın rəsulu, Beytül-müqəddəs haqqında bizə nəzərini söylə.

Buyurdu (səlləllahu əleyhi və alih): (Beytül-müqəddəs) qiyamət gününün bərpa olacağı məkandır. Oraya gedin və namaz qılın. Çünki orada qılınan bir namaz, başqa məscidlərdə qılınan min namaza bərabərdir.

Dedim: Bəs əgər oraya getmək imkanımız olmasa nə edək?

Buyurdu (səlləllahu əleyhi və alih): Oranı işıqlandırmaq üçün yağ göndər. Hər kəs belə etsə sanki, oranı ziyarət etmişdir.361



333- İmam Əli (əleyhis-səlam): Dörd məkan behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram, Məscidün-Nəbi, Beytül-müqəddəs və Kufə məscidi.362

4/10

Quba məscidi



Qurani-Kərim: (Ya rəsulum!) Orada (Zirar məscidində) heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid (Quba məscidi) namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!363
334- Əl-Kafi: Hələbi rəvayət edir: İmam Sadiqdən (əleyhis-səlam) “təqva üzərinə bina olunmuş məscid”in (hansı məscid olması) haqqında soruşdum. Buyurdu (əleyhis-səlam): Bu Quba məscididir.364

335- Təfsiri-Əyyaşi: Zürarə, Həmran və Məhəmməd ibn Müslim rəvayət edir: İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) Quba məscidinin haqqında nazil olmuş bu ayəni “İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid (Quba məscidi) namaz qılmağına daha layiqdir.” şərh edərkən buyurdu: Məqsəd (Quba məscidini) Zirar məscidi ilə müqayisə etməkdir.365

336- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kim mənim məscidimə (Quba məscidinə) gəlib, orada iki rəkət namaz qılsa, bir həcci-ümrə ziyarətinin savabını qazanmış halda (evə) dönər.366

337- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Quba məscidində namaz qılmaq bir həcci-ümrə ziyarətinə bərabərdir.367

338- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Hər kəs layiqli şəkildə dəstəmaz alaraq, Quba məscidinə gəlib, orada dörd rəkət namaz qılsa, sanki bir həcci-ümrə ziyarətini yerinə yetirmişdir.368

339- Səhihi-Müslim: İbn Ömər rəvayər edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) Quba məscidinə həm piyada və həm də miniklə gedərdi. Və orada iki rəkət namaz qılardı.369
5/10

Kufə məscidi



340- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Merac gecəsi məni dünya səmasına apardıqda, Kufə məscidini göstərdilər. Dedim: Ya Cəbrail! Bu nədir?

Dedi: Bu olduqca xeyir-bərəkətli bir məsciddir. Allah-Təala onu əhli (orada ibadət edən və oranı layiqincə qiymətləndirən həqiqi bəndələri) üçün seçıb və bu məscid qiyamət günü onlara şəfaət edəcəkdir.370



341- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Büraqa mindirilərək meraca aparıldıqda, Kufə məscidinin yanından keçdim. Mənimlə birlikdə olan Cəbrail dedi: Ey Məhəmməd (səlləllahu əleyhi və alih)! Burada yerə en və namaz qıl.

Mən də, aşağı enib, namaz qıldım. Və dedim: Ey Cəbrail! Bura haradır?



Dedi: Ey Məhəmməd! Bura Kufədir və bu da Kufə məscididir. Lakin mən onu iyirmi dəfə dağıdılmış halda və iyirmi dəfə də, abad şəkildə görmüşəm. Bu müddət arasında olan fasilə 500 il olmuşdur.371

342- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Sanki Kufə məscidini qiyamət günü ehram bağlamış halda, orada iki rəkət namaz qılan şəxs barəsində şəhadət verdiyini müşahidə edirəm.372

343- İmam Əli (əleyhis-səlam): Dörd məkan behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram, Məscidün-Nəbi, Beytül-müqəddəs və Kufə məscidi.373

344- İmam Əli (əleyhis-səlam): Bu məsciddə müstəhəbb namaz qılmaq Peyğəmbərlə birlikdə bir həcci-ümrə ziyarəti etməyə və bir vacib namaz qılmaq isə Peyğəmbərlə birgə bir həcc ziyarəti əncam vetməyə bərabərdir. Burada min peyğəmbər və onların min canişini namaz qılmışlar.374

345- İmam Əli (əleyhis-səlam): (Kufə məscidinin fəziləti haqqında olan hədisdə buyurur) Nuh (əleyhis-səlam) gəmisini bu məsciddə düzəltdi və orada təndir çeşmə vurdu. Nuhun (əleyhis-səlam) evi və məscidi də, burada idi.375

346- İmam Əli (əleyhis-səlam): Kufə məscidi müsəlmanların dörd (məşhur) məscidlərindən dördüncüsüdür. Mənim fikrimcə orada iki rəkət namaz qılmaq, başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha sevimlidir.376

347- Mən la yəhzərihül-fəqih: Əsbə ibn Nobatə rəvayət edir: Bir gün Əmirəl-mömininlə (əleyhis-səlam) birlikdə Kufə məscidində oturmuşdum. O Həzrət (əleyhis-səlam) buyurdu: Ey kufəlilər! Allah-Təala sizə elə bir hədiyyə (nemət) veribdir ki, başqalarına əta etməyib. Bu (nemət) sizin namaz qıldığınız yerdir (məscidddir). Bu məscid Adəmin (əleyhis-səlam), Nuhun (əleyhis-səlam), İdrisin (əleyhis-səlam) evi və İbrahimin (əleyhis-səlam), Xızrın (əleyhis-səlam) namaz qıldığı yer olmuş və həmçinin mənim namaz qıldığım məkandır. Bu məscid, Allah-Təalanın məscid əhli üçün seçdiyi dörd məsciddən biridir. Sanki mən onun (Kufə məscidinin) qiyamət günü ehram bağlayaraq, öz əhlini və orada namaz qılan şəxsləri şəfaət etdiyini görürəm. Və onun şəfaəti rədd olunmur. Bir gün gələcək ki, Həcərül-əsvəd (Kəbədəki “qara daş”) onun divarında yerləşdiriləcək. Şübhəsiz, bir gün gələcək ki, bura mənim övladlarımdan birinin, Məhdinin (əc) və bütün möminlərin namaz qıldığı yer olacaqdır. Yer üzündəki bütün mömin insanlar ya buraya gələcək, ya da ki, bu məscidi sevəcəkdir. Bu məscid barəsində səhlənkarlıq etməyin və orada namaz qılmaqla Allah-Təalaya daha da yaxın olun. Arzu-diləklərinizin yerinə yetməsi üçün buraya üz çevirin. Əgər insanlar onun (həqiqi) dəyərini bilsəydilər, hər bir yerdən qarın və buzun üzərindən keçməklə də olsa belə, həyacan və təlaşla ona sarı üz gətirərdilər.377

348- İmam Sadiq (əleyhis-səlam): Əmirəl-möminin Kufə məscidində olarkən bir kişi ona sarı gəlib, dedi: Sənə Allahın salamı, rəhməti və xeyir-bərəkəti olsun, Ey Əmirəl-möminin!

O həzrət, salamın cavabını verdi. Kişi dedi: Sənə qurban olum. Məscidül-əqsaya getmək niyyətindəyəm. İstədim ki, səninlə görüşüb, xüdahafizləşim.

Buyurdu: Bu səfərə getməkdə məqsədin nədir?

Dedi: Savab qazanmaq istəyirəm.

Buyurdu: (Səfər üşün aldığın) minik vasitəsini sat, yol azuqəni istifadə et və elə bu məsciddə namaz qıl. Burada vacib namaz qılmaq, (Allah dərgahında) qəbul olunmuş həccə, müstəhəbb namaz qılmaq isə (Allah dərgahında) qəbul olunmuş həcci-ümrəyə bərabərdir. Onun on iki satimetirliyi (belə) bərəkətlidir. Sağ tərəfi bərəkət və sol tərəfi isə hiylədir. Bunların arasında isə yağ çeşməsi, süd bulağı, su çeşməsi və möminlər üçün pak bir bulaq var. Nuhun gəmisi buradan hərəkət etdi. Nəsr, Yəğus və Yəquq bütləri buradaydı. Yetmiş peyğəmbər və onların yetmiş canişini ki, mən də onlardan biriyəm, burada namaz qılmışdır.

Sonra əlini sinəsinə qoyduğu halda buyurdu: Hər kim hacətinin qəbul olması üçün orada dua etsə, Allah-Təala onun duasını qəbul edər və çətinliyini aradan qaldırar.378



349- Möcəmül-bildan: Həbbət əl-Ürənni rəvayət edir: Əlinin (əleyhis-səlam) yanında oturmuşdum. Bir kişi onun hüzuruna gəlib, dedi: Ey Əmirəl-möminin! Bu mənim miniyim və bu da mənim (yol) azuqəmdir. Bu evə (Beytül-müqəddəsə) getmək istəyirəm.

Buyurdu (əleyhis-səlam): Azuqəni istifadə et, miniyini sat və bu məscidə (Kufə məscidinə) üz gətir. Çünki o, dörd (əzəmətli) məsciddən biridir. Orada iki rəkət namaz qılmaq, başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha nüstündür.379



350- İmam Baqir (əleyhis-səlam): Əgər insanlar Kufə məscidinin nəyə qadir olduğunu anlasaydılar, azuqə və minik hazırlayaraq, uzaq məsafələrdən ona sarı üz gətirərdilər. Orada bir vacib namaz qılmaq, bir həcc ziyarətinə və bir müstəhəbb namaz qılmaq isə bir həcci-ümrə ziyarətinə bərabərdir.380

351- Kamilüz-ziyarat: Hənnan ibn Sədir rəvayət edir: İmam Baqirin (əleyhis-səlam) hüzurunda idim. Elə bu vaxt, bir kişi içəri daxil olaraq, salam verib, oturdu. İmam (əleyhis-səlam) ona buyurdu: Hansı məntəqədənsən?

Kişi dedi: Mən Kufəliyəm, sizi sevir və məhəbbət bəsləyirəm.

İmam (əleyhis-səlam) buyurdu: Bütün namazlarını Kufə məscidində qılırsan?

Kişi dedi: Xeyr.

İmam Baqir (əleyhis-səlam) buyurdu: Doğrudan da sən xeyir-bərəkətdən məhrum qalmısan.381

352- Kamilüz-ziyarat: Əbu Übeydə Həzza rəvayət edir: İmam Baqir (əleyhis-səlam) buyurdu: Ey Əbu Übeydə! Hətta iməkləyərək getməli olsan da belə, Kufə məscidində namaz qılmağı tərk etmə. Çünki orada namaz qılmaq, başqa məscidlərdə qılınan yetmiş namaza bərabərdir.382

353- İmam Baqir (əleyhis-səlam): Kufə məscidi behişt bağlarından biridir. Min yetmiş peyğəmbər orada namaz qılmışdır. Onun sağ tərəfi rəhmət və sol tərəfi isə hiylə və məkrdir. Musanın (əleyhis-səlam) əsası, Yunusun (əleyhis-səlam) kələm gülü (balığın qarnından xilas olduqdan sonra onun kölgəsində daldalanmışdı) və Sülüymanın (əleyhis-səlam) üzüyü orada idi. Məhz Kufə məscidində Nuhun (əleyhis-səlam) gəmisi düzəldildi, təndir çeşmə vurmağa başladı. Kufə məscidi Babilin ən mühüm nöqtəsi və peyğəmbərlərin məkanıdır.383

354- Əl-Məzarül-kəbir: Həmma ibn Zeyd Harisi rəvayət edir: İmam Sadiqin (əleyhis-səlam) hüzurunda idim və onun evi Kufə camaatı ilə dolu idi. Onların arasından bir nəfər İmama (əleyhis-səlam) belə sual verdi: Ey peyğəmbər övladı! Mən Kufə məscidindən uzağam və (elə buna görə də,) orada namaz qılmaq istəmirəm.

İmam (əleyhis-səlam) buyurdu: Oraya get. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydilər, iməkləməklə də olsa, oraya üz tutardılar.

Kişi dedi: Axı mənim işim çoxdu.

İmam (əleyhis-səlam) buyurdu: O məscidə get və bacardığın qədər oranı tərk etmə. Sənə məscidin sağ tərəfinə, yerindən qazilıb çıxarılmış qapıların yanına getməyi məsləhət görürəm. İbrahim (əleyhis-səlam) orada namaz qılmışdır. Həmçinin məscidin beşınci sütununun yanına da get. Cəbrail orada namaz qılmışdır. And olsun o Allaha ki, varlığım onun əlindədir. Əgər camaat mənim bu məscidin fəzilət və üstünlükləri haqqında bildiklərimdən xəbərdar olsaydılar, oraya yığışıb, izdiham yaradardılar.384



355- İmam Sadiq (əleyhis-səlam): Kufə məscidində bir namaz qılmaq, (başqa məscidlərdə qılınan) min namaza bərabərdir.385

356- Əl-Kafi: Harun ibnXaricə rəvayət edir: İmam Sadiq (əleyhis-səlam) mənə buyurdu: Ey Harun ibnXaricə! Sənin evinlə Kufə məscidinin arasında nə qədər məsafə var. Bir mil məsafə olarmi?

Dedim: Xeyr.

Buyurdu (əleyhis-səlam): Bütün namazlarını orada qılırsanmı?

Dedim: Xeyr.

Buyurdu (əleyhis-səlam): Əgər mən ona yaxın bir yerdə yaşasaydım, bütün namazlarımı orada qılardım. Bilirsənmi o yerin nə qədər fəzliləti var? Bütün əməlisaleh bəndələr və ya peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Peyğəmbər (səlləllahu əleyhi və alih) meraca aparılarkən Cəbrail o həzrətə (səlləllahu əleyhi və alih) dedi: Ey Peyğəmbər! Bilirsənmi haradasan? Sən Kufə məscidndəsən.

Buyurdu (səlləllahu əleyhi və alih): Allahdan mənə izin istə ki, oraya daxil olub, iki rəkət namaz qılım. O, Allahdan icazə istədi və Allah-Təala ona icazə verdi. Doğrudan da ora behişt bağlarından biridir. Onun içi, əvvəli-axırı da behişt bağlarındandır. Orada qılınan hər vacib namaz min namaza bərabərdir. Və orada qılınan hər müstəhəbb namaz beş yüz namaza bərabərdir. Orada sadəcə oturmaq, hətta Quran oxumasan və zikr söyləməsən də belə ibadətdir. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydilər, iməkləməklə də olsa, oraya üz tutardılar.386



357- Əl-Kafi: Müfəzzəl ibn Ömər rəvayət edir: İmam Sadiqlə (əleyhis-səlam) birlikdə Əbu Əbbas Səffahın yanına gedərkən Kufədə idim. Künasə məntəqəsinə çatdıqda buyurdu: Əmim Zeydi burada edam ediblər.

Sonra yolumuza davam etdik və yağsatanların yanına yetişdikdə, atdan endi və buyurdu: Aşağı düş. Bura qədim Kufə məscidinin yerləşdiyi məkandır. İlk olaraq Adəmin (əleyhis-səlam) məscid tikdiyi məkandır. Bu (müqəddəs) məkana miniklə daxil olmaq istəmirəm.

Dedim: Kim buranın xəritəsini (yerini) dəyişdi?

Buyurdu (əleyhis-səlam): İlk olaraq Nuhun (əleyhis-səlam) tufanı zamanı dağıldı. Sonra isə İran və Ərəb padşahlarının tərəfdarları, sonra da, Ziyad ibn Əbu Süfyan tərəfindən dağıdıldı.

Dedim: Kufə və onun məscidi Nuhun (əleyhis-səlam) dövründə mövcud idi?

Buyurdu (əleyhis-səlam): Bəli, ey Müfəzzəl! Nuhun (əleyhis-səlam) və onun tayfasının məskunlaşdığı kənd (ilə buranın fasiləsi) Furat çayından (indiki) Kufənin qərb hissəsinə qədər olan məsafə qədər idi. Nuh (əleyhis-səlam) xarrat idi və Allah-Təala onu seçib, peyğəmbərlik məqamına ucaltdı. Nuh (əleyhis-səlam) gəmi düzəldib, su üzərində hərəkət etdirən ilk şəxsdir. Nuh (əleyhis-səlam) 950-il öz qövmünü Allaha ibadət etməyə çağırdı, amma ona rişxənd edərək, ələ-salırdılar. Onların belə etdiyini gördükdə, nifrin (qarğış) edərək buyurdu:

Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!

Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.387

Sonra Allha-Təala Nuha (əleyhis-səlam) vəyh etdi: “Tez bir zamanda geniş bir gəmi düzəlt.” Belə olduqda Nuh (əleyhis-səlam) Kufə məscidində öz əlləri ilə gəmi düzəltdi. O, gəmini tikmək üçün lazım olan ləvazimatı uzaq yerlərdən gətirirdi. Bu minvalla o, gəmini tikməyi bacardı.388



357- Əl-Kafi: Müfəzzəl ibn Ömər rəvayət edir: İmam Sadiqdən (əleyhis-səlam) soruşdum: Kufə məscidi qədim bir məsciddirmi?

Buyurdu (əleyhis-səlam): Bəli, elədir. Ora peyğəmbərlərin namaz qıldıqları məkandır. Allahın rəsulu (səlləllahu əleyhi və alih) da, meraca getdikdə orada namaz qılmışdır. Cəbrail ona dedi: Ey Məhəmməd! Bura sənin baban Adəmin və (başqa) peyğəmbərlərin namaz qıldığı məkandır. Aşağı en və orada namaz qıl. Peyğəmbər (səlləllahu əleyhi və alih) aşağı enib, orada namaz qıldı. Sonra Cəbrail o həzrəti (səlləllahu əleyhi və alih) asimana apardı.389



359- Əl-Kafi: Həsən ibn Əli ibn Əbu Həmzə, Əbu Bəsirin vasitəsilə rəvayət edir: İmam Sadiqin (əleyhis-səlam) belə buyurduğunu eşitdim: Kufə məscidi necə də, gözəl bir məscidddir! Orada min peyğəmbər və onların min canişini namaz qılmışdır. Orada təndirdən çeşmə coşdu və Nuh (əleyhis-səlam) gəmisini orada düzəltdi. Onun sağ tərəfi ilhai rizvani (behişti) , sol tərəfi məkr və hiylə, arası ilə behişt bağlarından biridir.

Əbu Bəsirdən soruşdum: Onun Sol tərəfinin məkr və hiykə olmasından məqsəd nədir?

Dedi: Məqsəd şeytanın evləri (İmam Hüseynin (əleyhis-səlam) qanını axıdan Kufə hökumətinin sarayları) dir.390

360- İmam Rza (əleyhis-səlam): Kufə məscidində təkbaşına bir namaz qılmaq, başqa məscidlərdə camaatla qılınan yetmiş namazdan daha da fəzilətlidir.391

361- İmam Rza (əleyhis-səlam): Kufə məscidi Nuhun (əleyhis-səlam) evi(nin yerləşdiyi yerdə) dir. Hər kim oraya yüz dəfə daxil olsa, Allah-Təala onu yüz dəfə bağışlayar. Çünki Nuhun (əleyhis-səlam) bu duası onun haqqında qəbul olmuşdur: Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!392393
6/10


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin