Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


BİRİNCİ FƏSİl Məscidin fəzilət və üstünlükləri



Yüklə 0,78 Mb.
səhifə2/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   2   3   4   5   6   7   8   9   ...   27

BİRİNCİ FƏSİl

Məscidin fəzilət və üstünlükləri


1/1

Məscid Allahın evidir



1-Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Allah-Təala buyurdu: "Agah olun! Mənim yer üzündəki evlərim məscidlərdir. Onlar göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər."10

2-Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Məscidlər Allahın yer üzündəki evləridir. Deməli, Allah, görüşünə gələn şəxsi (qonağı özü) əzizləməlidir.11

3-Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qurani-Kərimə məhəbbət bəsləyən şəxs, məscidləri də sevməlidir. Çünki, məscidlər ilahi dərgahı və Tanrı mülküdür. Onların (minarələrinin) ucaldılmasına icazə vermiş və bərəkətli etmişdir. Məscidlər və məscid əhli bərəkətlidir. Məscidlər və məscid əhli (ilahi gözəllik və xeyr–duası ilə ) zinətlənmişdir. Məscidlər və məscid əhli (ilahi bəlalardan və günah girdablarından) amandadırlar. Məscid əhli öz namazlarının qeydinə qalır və Allah-Təala da, onların ruzisinin qeydinə qalır. Onlar öz məscidlərindədirlər və Allah-Təala onlara arxa-dayaqdır.12


2/1

Məscid Allahın nurudur.



4- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidlər Tanri nurlarıdır.13
3/1

Məscid peyğəmbərlərin məclisidir.


5-İmam Əli (əleyhis-səlam): Məscidlər peyğəmbərlərin məclisi və şeytandan qorunmaq vasitəsidir.14

1/4

Məscid ilahi övliyaların şəhadət yeridir.



6- İmam Sadiq (əleyhis-səlam): Elə bir məscid yoxdur ki, peyğəmbərin qəbri və ya onun qətlə yetirilmiş canişininin qanı üzərində qurulmamış olsun. Allah-Təala belə məkanda ibadət olunmağı sevir. Buna görə də, orada həm vacib, həm də müstəhəbb namaz qıl və həmçinin (orada) qəza namazlarını da, yerinə yetir.15


1/5

Məscid hər pərhizkar insanın sarayıdır.



7- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscid hər təqvalı insanın sarayıdır.16
8- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscid hər bir möminin evidir.17
1/6

Məscidlər ən dəyərli məkanlardir.



9- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Cəbrayıl nəql edir ki: Allah-Təala buyurdu: "Məscidlər ən dəyərli məkanlardir."18

10- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təalanın yanında ən sevimli yerlər, məscidlərdir.19

11- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Yer üzündəki ən dəyərli məkanlar dörddür: Kəbə, Beytül-müqəddəs, Quran oxunan ev və məscidlər.20

12- İmam Sadiq (əleyhis-səlam): Allah-Təala yer üzündəki altı məkanı seçmişdir: Beytullahül-həram (Kəbə), hərəm, peyğəmbərlərin məzarları, (onların) canişinlərinin qəbirləri, şəhidlərin qətlgahları və Tanrıya ibadət olunan məscidlər.21
1/7

Məscidlər behişt bağlarıdır.



13- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih): Məscidlər behişt bağlarıdır.22
14- Sünəni-Tirmizi: Əbu Hüreyrə nəql edir ki: Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurdu: Behişt bağlarına yolunuz düşdükdə orada gəzin.

Dedim: Ey Allahın rəsulu (səlləllahu əleyhi və alih)! Behişt bağlarından məqsəd nədir?

Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurdu: Məscidlər.

Dedim: Ey Allahın rəsulu (səlləllahu əleyhi və alih)! "Gəzmək"dən məqsəd nədir?



Buyurdu: "Subhənəllah vəl-həmdulilləh və lə ilahə illəl-lah vəllahu əkbər." (soyləmək.) 23

İKİNCİ FƏSİL

Məscidin xeyir-bərəkətləri




15- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidlərə gedib-gəlmək, (ilahi tərəfindən bir) rəhmətdir. Ondan uzaqlaşmaq isə nifaqdır.24

16- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bəlaların və müsibətlərin nazil olduğu vaxt məscid əhli amanda olar.25

17- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təala bəla nazil etmək istədikdə, məscid əhlinə baxar və bəlanı onlardan uzaq tutar.26

18- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Əzəmətli Allah bir məntəqənin insanlarını tüğyan içində gördükdə, onların arasında üç mömin şəxs olduğu halda, qüdrət və cəlal sahibi Allah o insanlara deyər: "Ey mənə itaət etməyənlər! Sizin aranızda bir-biriləri ilə mənim əzəmətli və izzətli adima xatir dostluq edən, namaz qılmaqla yer üzünü və mənim məscidlərimi abad edən və səhərlər mənim qəzəbimdən qorxduqları üçün bağışlanmağı diləyən şəxslər olmasaydı, şübhəsiz ki, tərəddüd etmədən öz əzabımı sizə nazil edərdim."27

19- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Daimi olaraq məscidə gedib-gələn şəxs, bu səkkiz nemətdən birini əldə edər: Allah yolunda bəhrələnə biləcəyi bir (din) qardaşı, lətif və dəyərli elm, onu doğru yola yönəldəcək bir kəlam və ya azğınlıqdan uzaqlaşdıran bir söz, onun intizarını çəkən ilahi rəhməti, (Tanrı qarşısında) xəcalət çəkərək günahdan uzaqlaşmaq və ya Allahdan qorxaraq pis işlərdən çəkinmək.28

20- İmam Əli (əleyhis-səlam): Allah-Təala yer üzündəki (günahkar) insanlara bəla nazil etmək istədikdə, buyurar: " Sizin aranızda bir-biriləri ilə mənim əzəmətli və izzətli adima xatir dostluq edən məscidlərimi abad edən və səhərlər bağışlanmağı diləyən şəxslər olmasaydı, şübhəsiz ki, tərəddüd etmədən öz əzabımı sizə nazil edərdim."29

21- İmam Sadiq (əleyhis-səlam): (Fəzl ibn Əbdülməlikə müraciətlə) Ey Fəzl! Hər qəbilədən yalnız seçilmiş şəxslər və hər tayfadan ancaq əsl-nəcabətli insanlar məscidə gedər. Ey Fəzl! Məscidə gedən şəxs ən azı bu üç şeyi qazanar: Ya elə dua edəcək ki, Allah-Təala ona görə onu behiştə aparacaq, ya elə bir dua edəcək ki, Allah-Təala dünyəvi bəlaları ondan uzaq tutacaq, ya da ki, Allah yolunda bəhrələnə biləcəyi bir (din) qardaşı qazanacaq.30


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin