Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


Məscid əhli olmağın fəziləti



Yüklə 0,78 Mb.
səhifə7/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Məscid əhli olmağın fəziləti



112- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təala söhbəti Quran ayələri və evi məscid olan hər kəsə behiştdə bir ev inşa edər.129

113- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : (Merac gecəsi müşahidə etdiyi behiştin bəzi qapılarına həkk olunmuş yazıları bəyan edərkən): Hər kim behiştəki yerini görmək istəyirsə məscidlərdə məskunlaşsın. (orada ibadətə məşğul olsun) 130

114- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bu dünyada (Allaha) qonaq olun və məscidlər eviniz olsun.131

115- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Allah-Təala (insanların) yeddi dəstəsini Tanrının (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (qiyamət günündə) öz (rəhmət) sayəsin altına alar: ... Məsciddən çıxarkək, oraya bir də qayıtmaq üçün darıxan şəxs."132

116- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidin divarına söykənmək ərəbin zahidliyi deməkdir. Həqiqətən də möminin oturduğu yer məscid, istirahət yeri isə evidir.133

117- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Şeytan adəm övladının canavarıdır. (Agah olun!) Sürüdən ayrılan qoyun qurda yem olar. Beləliklə, təfriqədən çəkinin, (həmişə) birliyə, həmrəyliyə və məscidə doğru üz tutun.134

118- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bir-birinizə salam verin və Allah-Təala sizi məscidlərdə görsun.135

119- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscid hər təqvalı insanın evidir və Allah-Təala məscidi öz evi secən şəxsin (qiyamət günü) rahat-asudə olmasına, Tanrının mərhəməti (sayəsində) qərar tutmasına və Sirat körpüsündən (əmn-amanlıq içində) keşməsinə zəmanət verir.136

120- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər bir müsəlman məscidi ibadət etmək və Allahı xatırlamaq məqsədilə öz evi seçərsə, uzun müddət uzaq səfərdə olan (sevimli) yaxınını görən ailə üzvləri kimi, Allah-Təala (da onun gəlişinə) sevinər.137

121- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər kəs məscidlə ünsiyyət yaratsa, Allah-Təala da, onunla ünsiyyət yaradar.138

122- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər bir məscidin mələklərlə həmdəm olan "mismarları" vardır. Onlar məscidə gəlmədikdə, mələklər onları axtarar və əgər xəstələnsələr, onları yoluxmağa gedər və ehtiyacları olduğunda isə onlara kömək edərlər.139

123- İmam Əli (əleyhis-səlam) : (Merac haqqında olan hədisdə buyurulur): Allah-Təala buyurur: "Ey Əhməd! Hər kim sədaqətlə və tam səmimiyyətlə "Mən Allahı sevirəm"-deyərsə, bil ki, məscidi öz evi seçər.140

124- İmam Əli (əleyhis-səlam) : Axirət aləmini düşünüb, dünyadan üz çevirən insanlar, necə də xoşbəxtdirlər! Onlar məscidləri xalça, onun torpağını yataq, suyunu təmizlik vasitəsi, Quran və duanı da, özünə geyim vəsiləsi seçib və İsa (əleyhis-səlam) kimi yaşayırlar.141

125- İmam Zeynül-abidin (əleyhis-səlam) : "Musa ibn İmran dedi: İlahi! Sənin (mərhəmət) sayəndən başqa heç bir sığınacağın olmadığı gündə (qiyamət günündə) öz (rəhmət) sayən altına alacağın kəslər kimdir?

Allah-Təala ona belə vəhy etdi: "Qəlbləri pak və əlləri (üst-başı) torpağa bulaşan şəxslər. Onlar qartalların yuvalarına sığındığı kimi məscidlərə sığınarlar.142



126- İmam Sadiq (əleyhis-səlam): Mürüvvət iki növdür: Evdə və səfərdə alicənab olmaq. Və evdə comərd olmaq Qurani-Kərimi oxumaqla və məscidlərə getməklə qazanılar.143

127- İmam Kazim (əleyhis-səlam): Həzrət Məsih (əleyhis-səlam) həvarilərinə dedi: "Allahın evlərini bədənlərinizin və alınlarınızın məhbəsi seçın.144


5/5

Məscidə çox getməyin savabı



128- Tənbihül-Xəvatir: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Sizə hası əməlin günahlarınızı yuyub, xətalarınızın bağışlanmasına səbəb olacağını söyləyimmmi?

Dedim: Bəli! Ey Allahın Rəsulu!

Buyurdu: "Çətin şəraitdə kamil formada dəstəmaz almaq, məscidlərə tez-tez getmək və namazın birini qilib qurtardıqdan sonra o biri namazım başlanmasını gözləmək.145

129- Əlmöcəmül-Kəbir: Zeyd ibn Sabitdən nəql olunur: Peygəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə gəzirdik. O, kiçik addımlarla yeriyirdi. Buyurdu: "Bilirsənmi, nə üçün belə yeriyirəm?"

Dedim: Xeyr, bilmirəm.



Buyurdu: "Çünki, namaz (qılmaq üçün məscidə) gedərkən addımlarımın sayının çox olmasını istəyirəm.146

130- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidddən uzaqda yerləşən məkanlardan (oraya ibadət etməyə) gələnlər daha çox savab qazanırlar.147

131- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məsciddə namaz qılan şəxslərdən ən çox savab qazanan, (yolunun uzaq olmasına baxmayaraq) oraya uzun məsafə qət edərək gələn şəxsdir.148

132- Səhihi-Buxari: Cabir ibn Abdullah Ənsaridən nəql olunur: Bizim məhəlləmiz məsciddən uzaqda yerləşirdi. Elə buna görə də, məscidə yaxın olmaq üçün evlərimizi satmaq istədik. Amma Allahın rəsulu (səlləllahu əleyhi və alih) bizi fikrimizdən daşındıraraq, buyurdu: "Atdığınız hər adddım sizin (behiştdəki) məqamınızı daha da ucaldır.149
6/5

Gecə məscidə getməyin savabı



133- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qüdsi-hədisdə Allah-Təala buyurur: Ahay! Qaranlıq gecələrdə daim məscidlərə gedən bəndələrimə Qiyamət gününün aydınlığını müjdə ver."150

134- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Gecələr məscidə üz tutan şəxslərə Qiyamət günü nurlu bir məkan əta olunacağı mügdəsini ver. O gün, hər kəs (Tanrı qəzəbindən) qorxar, amma onlar qorxmazlar.151
135- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qaranlıq gecədə məscidə gedən şəxsə, Allah-Təala Qiyamət günü bir nur bağışlayar.152

136- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qaranlıq gecələrdə məscidlərə doğru üz tutanlar, ilahi rəhmətinə qərq olmuşlar.153

137- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Qaranlıq gecələrdə daim məscidə gedənlərə mükəmməl bir nur əta olunacağı müjdəsini ver.154

138- Usulüs-sittə əşər: Məhəmməd ibn Münkədirdən nəql olunur: Çox qaranlıq bir gecədə İmam Baqirin(əleyhis-səlam) məscidə getdiyini gördüm. Qaçaraq özümü ona yetirdim və salam verdim. O, salamımın cavabını verib, buyurdu: " Ey Məhəmməd ibn Münkədir! Allahın elçisi buyurdu: " Qaranlıq gecələrdə daim məscidlərə gedən bəndələrimə Qiyamət gününün aydınlığını müjdə ver."155
7/8

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin