ÜÇÜNCÜ FƏSİL Məscid tikmək Məscid tikməyin və onu abadlaşdırmağın fəzilətləri
Qurani-Kərim: "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!"31
22- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər kim, (xırda) daşla yemlənən quşun yuvası ölçüsündə belə olsa, məscid inşa etdirə, Allah ona behiştdə ev hazırlayacaqdır.32
23- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər kim Allah yolunda bir məscid tikdirə, Allah da, behiştdə ona ona melə bir ev bina edəcəkdir.33
24- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər kim Allah yolunda bir məscid inşa etdirsə, Allah onun üçün behiştdə ondan daha geniş bir ev əta edəcəkdir.34
25- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər kim Allah yolunda, halal qazancla,Tanrıya ibadət olunmaq üçün bir bina (məscid) tikdirə, Allah-Təala da, ona behiştdə mirvari və yaqutdan tikilmiş bir ev verər.35
26- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : (Merac gecəsi behişt darvazalarına yazılmış yazilardan birində gördüm ki,) "Kim qəbir evinin geniş və rahat olmasını istəyirsə, məscid tiksin!"36
27- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Ölümündən sonra möminə (savabı) çatacaq xeyir əməllərindən biri də, təlim... və ya tikdiyi məsciddir.37
28- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Beş insan qəbir evində rahat, asudə olar və əməlinin savabını ardıcıl olaraq alar... və (bunlardan biri də,) məscid inşa etdirən şəxsdir.38
29- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Tanrı evini abab edən şəxslər, Allahın ailəsi sayılır.39
30- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təala qiyamət günü buyurar: "Mənim qonşularım haradadır?"
Mələklər soruşarlar: "Kim sənin qonşun olmağa layiqdir?"
Allah-Təala buyurar: "Məscidimi abadlaşdıran şəxslər."40
2/3
Yol üzərində məscid inşa etmək
31- Əl-Möcəmül-kəbir: Əbu Qursafə nəql edir ki: Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) buyurdu: " Hər kim Allah yolunda bir məscid tikdirə, Allah da, behiştdə ona bir ev bina edəcəkdir."
Bir kişi soruşdu: "Ey Allahın Rəsulu! Yol üzərində qurulmuş məscidlər də buna aiddir?
Allahın Rəsulu buyurdu: "Bəli."41
32-Əl-Kafi: Hişam ibn Həkəm, Əbu Ubeydə Həzzadan nəql edir ki: İmam Sadiq (əleyhis-səlam) buyurdu: " Hər kim Allah yolunda bir məscid inşa etdirə, Allah ona behiştdə bir ev əta edəcəkdir."
İmam Sadiq (əleyhis-səlam) Məkkə yolunda məni yol kənarında məscid tikmək üçün daş hazırlayarkən gördü. Mən ondan soruşdum: "Sənə qurban olum! Bu məscid də, sölədiyiniz savaba malikdir?"
Buyurdu: "Bəli." 42
3/3
Məscidün-Nəbinin Peyğəmbərin(ə) təşəbbüsü ilə inşa olunması
33- Sünəni-İbn Macə: Ənəs ibn Malikdən rəvayət edilir ki: Peyğəmbərin məscidinin (Məscidün-nəbinin ) tikildiyi yer Bəni-Tüccar tayfasına aid idi. Orada xurma ağacları və müşriklərin qəbirləri yerləşirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onlara buyurdu: "Bu yerin qiymətini söyləyin."
Dedilər: "Biz bu yer üçün sizdən heç bir şey istəmirik."
Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidi tikir və onlar da, (daş və suvaq) çatdırırdılar. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Əsl həyat, axirət həyatıdır. (İlahi!) Ənsar və muhacirləri əfv et!
Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidin inşası qurtarmadan öncə də, namaz vaxtı gəlib çatdıqda namaz qılardı.43
34- İmam Sadiq (əleyhis-səlam): Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidini çiy palçıqdan tikdi. Müsəlmanların sayı çoxaldıqdan sonra o həzrətə (səlləllahu əleyhi və alih) dedilər: Ey Allahın Rəsulu! Kaş ki, məscidin genişlənməsi üşün göstəriş verəydin.
Buyurdu: "Olsun."
O, məscidin genişləndirilməsinə göstəriş verdi. Yenə də müsəlmanların sayı artdi və dedilər: Ey Allahın Rəsulu! Kaş ki, məscidin genişlənməsi üşün göstəriş verəydin.
Buyurdu: "Olsun."
O, məscidin genişləndirilməsinə göstəriş verdi. Sonra isti hava şəraiti hökm sürdüyünə görə müsəlmanlar dedilər: Ey Allahın Rəsulu! Kaş ki, məscid üçün dam örtüyünün düzəldilməsinə əmr etsəydin.
Peyğəmbər (səlləllahu əleyhi və alih) xurma ağacından (məscidin üstünü örtmək üçün) tirlər düzəldilməsinə göstəriş verdi. Sonra isə xurma və "izəxr" ağacının budaqları və yarpaqlarının onun üstünə atılmasını söylədi. Beləcə günlər keçdi. Bir gün yağış yağarkən, (məscidin tavanından) onların üzərinə damlamağa başladı. Müsəlmanlar dedilər: Ey Allahın Rəsulu! Kaş ki, məscidin tavanının gillə suvanmasına əmr edərdin.
Buyurdu: "Yox, həzrət Musa(əleyhis-səlam)ın tavanı kimi bir dam örtüyü bizə kifayətdir.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan gedənə qədər beləcə davam etdi. Məscidin divarı tavansız şəkildə, bir insan boyu hündürlüyündə idi. O Həzrət (səlləllahu əleyhi və alih) divarın kölgəsi bir ziraya çatdığı zaman günorta namazını, gölgə iki dəfə artdıqda isə əsr namazını qılardı.44
35-Səhihi-Buxari: Abdullah ibn Ömərdən nəql edilir ki: Peyğəmbərin məscidi onun zamanında palçıqla bina olunmuş və tavanı xurma ağacının gövdəsindən düzəldilmiş (tirlərlə) və yarpaqsız budaqları ilə örtülmüşdü. Əbubəkr bu binada heç bir dəyişiklik yaratmadı. Amma Ömər onu genişləndirərək, Peyğəmbərin(səlləllahu əleyhi və alih) zamanında olduğu kimi xam palçıq və xurma ağacının gövdəsindən hazirlanmış taxtalar və budaqlarla yenidən tikdi. Sonra da, Osman (bu binada) geniş şəkildə dəyişiklik yaradaraq, onun divarını naxışlarla, sütunlarını bəzəkli daşlarla zinətləndirib, tavanını da, "sac" taxtası ilə inşa etdirdi.45
36- Sünəni-Əbi Davud: İbn Ömərdən nəql olunur ki: Allahın Rəsulunun dövründə Peyğəmbərin məscidinin sütunları xurma ağacının gövdəsindən düzəldilmişdi. Onun dam örtüyü xurma ağacının yarpaqsız budaqlarından ibarət idi. Əbubəkrin xilafəti zamanı bu taxtalar çürüdü və o, yenidən məscidin tavanını xurma ağacının yarpaqsız budaqlarından inşa etdirdi. Osmanın xilafəti dövründə isə bu taxtalar yenə də çürüdü. O, məscidin dam örtüyünü yenidən kərpic ilə inşa etdirdi.46
37- Elamül-vəra: Ənəs ibn Malikdən nəql olunur ki: Allahın rəsulu (səlləllahu əleyhi və alih) (Mədinəyə daxil olduğu zaman) əshabı ilə birlikdə açıq havada, evlərin arxasında (xurmaların qurudulduğu yerdə) namaz qılırdı. O, Əsəd ibn Zürarəyə buyurdu: "Bu yeri məscid tikmək üçün sahibindən satın al."
Əsəd ibn Zürarə (oaranın sahibi olan) iki yetim uşaqla yerin qiyməti haqqında danışmağa başladı. Onlar: "Biz bu yeri Peyğəmbərə (səlləllahu əleyhi və alih) bağışladıq"-dedilər.
Allahın elçisi (səlləllahu əleyhi və alih) isə buyurdu: "Yox. Bu yer satın alınmalıdır." Nəhayət ki, oranı on min dinar müqabilində satın aldılar. Orada bir su çalası var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun qarşısını açmağa göstəriş verdi. Sonra isə orada palçıq yoğurmaga əmr etdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü məscidin bünövrəsini qoydu. Ardınca məscidin özəyini qazaraq, daş toplamağa əmr etdi. Səhabələr qayalardan daş yığıb-gətirirdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) də, onları qucağına alaraq, (məscidin inşa olacağı) yerə daşıyırdı. Usəyd ibn Huzəyr Peyğəmbərin(səlləllahu əleyhi və alih) qarşısına gələrək, dedi: Ey Allahın Rəsulu! Bunları mənə ver, mən daşıyım.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Yox, get başqa bir daşı gətir."
Daşları yığıb-gətirdikdən sonra məscidin özəyini doldurub, divarlarını hörməyə başladılar. Əvvəlcə divarı bir-bir çiy kərpiclə, sonra isə bir kərpic və onun yarısı ilə, ardınca da, kərpicləri çarpaz şəkildə düzərək, divarı bir insan boyu uzunluğunda ucaltdılar.
Məscidin eni yüz zira47 idi. İsti hava şəraiti onları incidirdi. (Əshab) dedi: " Ey Allahın Rəsulu! Kaş ki, məscidə bir daldanacaq düzəltsəydin."
Peyğəmbər (səlləllahu əleyhi və alih) taxta sütunları məscidin həyətinə qədər qurdu və onların üzərini xurma ağacının budaqları ilə örtdu. Bir müddət beləcə keçdi. Səhabələr yenidən Peyğəmbərə (səlləllahu əleyhi və alih) müraciət edərək: " Ey Allahın Rəsulu! Kaş ki, məscidə bir tavan da, düzəltsəydin."-dedilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Yox, həzrət Musa(əleyhis-səlam)ın tavanı kimi bir dam örtüyü bizə kifayətdir. Bizim (bundan daha vacib olan başqa ) işlərimiz var.48
3/4
Dostları ilə paylaş: |