Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


Məscidin tikilməsi zamanı diqqət olunmalı məsələlər



Yüklə 0,78 Mb.
səhifə4/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   2   3   4   5   6   7   8   9   ...   27

Məscidin tikilməsi zamanı diqqət olunmalı məsələlər



38- Əs-Sünənül-kübra: Əbu Qütadədən nəql olunur ki: Allahın rəsulu (səlləllahu əleyhi və alih) ənsardan (özləri üçün məscid tikmək istəyən) bir qrup şəxslə qarşılaşdıqda, buyurdu: "Geniş və iri həcimli (bir məscid) tikin ki, gələcəkdə onu dolduracaqsınız."49

39- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Dəstəmaz alınan yerləri məscidin yanında tikin."50
5/3

Məscidin tikilməsi zamanı bəyənilməyən (kərahətli) hərəkətlər

A) Məscidləri eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə tikmək


40- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : “Sanki, sizin məndən sonra məscidlərinizi yəhudi məbədləri və xristian kilisələri(ndə olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə tikdiyinizi görürəm.51

41- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Saf-hamar, (yersiz cah-cəlaldan uzaq) eyvansız məscidlər tikməyə əmr olunmuşam.52

42- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Mənə məscidləri (lazım olmayan miqdarda) həddindən artıq cah-cəlallı şəkildə ucaldaraq möhtəşəm formada tikmək əmr edilməyib.53

43- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidləri saf-hamar (lazımsız təmtəraqdan uzaq), eyvansız tikin.54

44- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidləri eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə deyil, şəhərlərinizi (evlərinizi) eyvanlı, möhtəşəm tikin.55

45- İmam Baqir (əleyhis-səlam): Əli (əleyhis-səlam) Kufədə eyvanlarla dolu olduğu halda (yersiz təm-təraqla) ucaldılmış bir məscid gördü. Buyurdu: "Elə bil kilsədir. Məscidlər saf-hamar (lazımsız təmtəraqdan uzaq), eyvansız tikilməlidir."56

46- İmam Baqir (əleyhis-səlam): Qaim (əc) zühur etdiyi zaman Kufəyə gedib, orada yerləşən dörd məscidi yerlə-yeksan edəcək. Deməli, eyvanlarla dolu olduğu halda (yersiz təm-təraq içərisində) ucaldılmış olan hər məscidi viran edərək, onu saf-hamar (lazımsız təmtəraqdan uzaq) edəcək.57

B) Məqsurə58 düzəltmək


47- İmam Baqir (əleyhis-səlam): Bu məqsurələr keçmiş xəlifələrdən heç birinin zamanında yox idi. Zülmkar şəxslər onu ortaya çıxardılar. Onun arxasında "camaat namazının imamına" iqtida edən şəxsin namazı səhih deyil.59

48- Əl-Ğeybə: Şeyx Tusi Davud ibn Qasim Cəfəridən nəql edir ki: İmam Həsən Əsgərinin (əleyhis-səlam) yanında idim, o həzrət buyurdu: "Qaim (əc) qiyam etdiyi zaman məscidlərin minarələrini və məqsurələrini məhv edəcəkdir."

Öz-özümə dedim: "Axı bunun nə mənası var ki?"



İmam (əleyhis-səlam) üzünü mənə çevirib, buyurdu: "Mənası budur ki, bütün bunlar dinə sonradan artırılmış bidətlərdir. Heç bir peyğəmbər və ilahi höccəti belə şeylər tikməmişdir."60

49- Tarixi-Yəqubi: Bu il (44 hicri-qəməri ili) Müaviyə məsciddə məqsurə tikdirdi və bayram günlərində minbərləri namaz qılınan yerlərə daşıtdırdı və bayram namazı xütbəsini namazdan qabaq oxudu. Çünki xalq namazdan sonra (tez ayağa qalxıb) gedirdilər ki, (carçı) Əlini (əleyhis-səlam) söyərkən eşitməsinlər. Elə buna görə də, Müaviyə xütbəni namazdan öncə oxuyurdu. O, Peyğəmbərin ailəsini hiddətləndirmək məqsədilə Fədəyi Mərvan ibn Həkəmə bağışladı.61

C) Mehrab tikmək62


50- İmam Baqir (əleyhis-səlam): Həzrət Əli (əleyhis-səlam) məscidlərdəki mehrabları müşahidə etdikdə, onları yerlə-yeksan edirdi. O, buyurur: " Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır."63

D) Məscidləri bəzəmək64


51-Üyuni-əxbarür-Rza: Qüdsi-hədisdə Allah-Təala Şəəya peyğəmbərə belə vəhy etdi: "Mənim üçün evləri (məscidləri) dəbdəli şəkildə bina edirlər və məscidləri mənim üçün (həddindən artıq, gərəksiz yerə təmtəraqlı formada) bəzəyirlər. Yaşamadığım evlərin dəbdəli şəkildə tikilməsinə mənim nə ehtiyacım var? Daxil olmayacağım məscidlərin təmtəraqlı formada bəzədilməsinə mənim nə ehtiyacım var? Mən onların möhtəşəm şəkildə tikilməsinə yalnız ona görə əmr etmişəm ki, orada mənim zikrim ucalsın, şənimə həmdlər oxunsun. Amma insanlar bu məkanlarda vücudlarını, ağıllarını və qəlblərini murdarlayıb, (mənim evlərimi) viran edirlər.65

52- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : (Qiyamət gününün nişanələrini buyurarkən) Ey Süleyman! O zaman məscidlər kilisələr və sinanoqlar kimi bəzədiləcəkdir.66

53- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Dünyanın axiri gəlib çatdıqda, ümmətimin arasında məscidlərini zinətli və təmtəraqlı tikən, amma qəlblərini xarabalığa çevirmiş şəxslər peyda olacaqlar. Onların heç biri hətta köynəyinə əhəmiyyət verdiyi qədər belə, dininə əhəmiyyət verməyəcəkdir. Belə ki, onalar yalnız dünyəvi mənfəətləri təhlükə altına düşməyənədək, dinin kənarında olarlar.67

54- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər bir xalqın əməlləri, məscidlərin yalnız zahiri görünüşünü abadlaşdırdığı, (amma ilahi əmrlərinə məhəl qoymadığı) zaman dəyərsiz olar.68

55- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Quranların gözəl cildli (nəfis şəkildə çap) olduğu, məscidlərin (hədsiz dərəcədə) zinətləndirildiyi, minarələrin (möhtəçəm formada) ucaldıldığı, Quranın musiqi ilə oxunduğu, məscidlərin (yalnız) keçid yerinə çevrildiyi zaman, mömin, qırmızı kükürtdən də əlçatmaz olar. Bəli, insanların tikdiyi məscidlər çox bəzəkli, üst-başları təmiz, lakin qəlbləri isə ölmüş heyvandan daha iyrənc şəkildə qoxuyar.69

56- İmam Əli (əleyhis-səlam): Bil ki, insanlar (ilahi əmrlərinə baş əyməyib) yalnız məscidlərin zahiri görünüşünü abadlaşdırdıqda, əməlləri korlanmış, yararsız olmuşdur.70

D)Rəsm çəkmək



57- Əl-Kafi: Ömər ibn Cüməyrdən nəql olunur ki: İmam Baqirdən (əleyhis-səlam) divarları rəsm və şəkillərlə bəzədilmiş məsciddə namaz qılmaq barəsində soruşdum. Buyurdu: " Bu işi bəyənmirəm. Lakin hələ ki, sizə heç bir ziyanı yoxdur. Amma ədalət bərpa olduğunda, bu haqqda veriləcək hökmü anlayacaqsınız.71
6/3

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin