SəRBƏst iŞ Tələbə: Səxavət Mahmudov Müəllim: Cəmilə Həsənova İxtisas: İnformasiya texnologiyaları Qrup: 1



Yüklə 91,13 Kb.
tarix04.12.2023
ölçüsü91,13 Kb.
#172417
Mahmudov Səxavət, 1 . 80-ci illərdə azərbaycan mədənuyyətinin əsas istiqamətləri






SƏRBƏST İŞ

Tələbə: Səxavət Mahmudov
Müəllim: Cəmilə Həsənova
İxtisas: İnformasiya texnologiyaları
Qrup: 1
Fənn: Azərbaycan tarixi
Mövzu: 1980-ci illərdə Azərbaycan mədəniyyətinin əsas istiqamətləri

BAKI-2023
PLAN

  1. 1980-ci illərdə Azərbaycan mədəniyyətinə ümumi baxış;

  2. 1980-ci illərdə Azərbaycan mədəniyyətinin elmə təsiri;

  3. 1980-ci illərdə Azərbaycanda musiqi mədəniyyəti;

  4. 1980-ci illərdə Azərbaycan mədəniyyətində ədəbiyyat.


1980-ci illərdə Azərbaycan mədəniyyətinin əsas istiqamətləri
XX əsrin 80-ci illərinin ortaları üçün SSRİ dərin böhran vəziyyətinə gəlib çıxdı. 1981-1985-ci illərdə sənaye və kənd təsərrüfatı məhsullarınınn istehsalı 2,5 -3 dəfə aşa­ğı düşmüşdü. Ölkədə gizli iqtisadiyyat tüğyan edirdi. Ölkəni siyasi böhran da bürü­müşdü.
1985-ci ilin martında uğursuz M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə böhran­­dan çıxmaq məqsədilə “yenidənqurma” xətti həyata keçirilməyə başlandı. Bu xətt xarici ədəbiyyatda “Qorbaçov inqilabi” kimi mənalandırılır. “Yenidənqurma” əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən başladı. Sonra iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı.
“Yenidənqurma” daha çox demokratiya, daha çox sosializm, aşkarlıq şüarları altında həyata keçirilirdi.
Yenidənqurma və aşkarlıq siyasəti obyektiv surətdə demokratiya və azad-fikirliliyin ilk rüşeymlərinin yaranmasına gətirib çıxardı. Lakin, 1988-ci ilin əvvəllərinə kimi Azərbaycan demək olar ki, SSRİ-də gedən bu pozitiv proseslərdən təcrid olunmuşdu. Həyatın real problemlərinin üstündən sükutla keçilməsi və onların ört-basdır edilməsi, hər şeyin normal olduğu haqqında illüziya yaradılması ictimai-siyasi atmosferi müəy­yən­ləşdirən əsas cəhətlər idi.
Baxmayaraq ki, Azərbaycan öz təbii sərvətlərinə görə SSRİ-də qabaqcıl yerlərdən birini tuturdu, lakin problemlər içində boğulurdu.Xəstəxanalar, məktəblər, mənzil çatışmır, adambaşına düşən milli gəlirə görə respublikamız sonuncu yerlərdə gedirdi. Ekoloji problemlər nəticəsində uşaq ölümünün səviyyəsinə görə Azərbaycan Afrika­nın bir çox ölkələrini də geridə qoyurdu.
“Yenidənqurma” dövründə demokratiya, aşakarlıq və siyasi plüralizm şəratinin yaradılması təqribən 70 il ərzində cəmiyyətdə,o cümlədən milli münasibətlərdə yığılıb qalmış səhv və nöqsanları üzə çıxardı.Ölkədə mərkəzdənqaçma meyyləri gücləndi. İctamai-siyasi həyatda demokratizm və aşkarlıq yayıldı.
Elan olunmuş aşkarlıq prinsipindən istifadə edən respublika mətbuatında tariximizin 1920-1940-cı illərini əhatə etdiyi dövrün səhifələri açıqlanır və kəskin-tənqid olunur, M.C.Bağırov rejimi, onun qeyri-insani və qeyri-humanist hərəkətləri, o dövrün totaltar idarəçilik metodları,bolşevizmin milli ayrı-seçkilk siyasəti vəs. ifşa edilirdi.
Respublikada ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatları və cəmiyyətlər yaradıldı,çoxlu yeni formal və qeyri-formal nəşrlər meydana çıxdı. “Azərbaycan”, “Odlar yurdu”, “Azadlıq”, “Yeni fikir”, “Vətən səsi”, “Respublika”, “Ayna”, “Dalğa” və başqa qəzetlər, “Gənclik”, “Xəzər”, “Açıq söz” jurnalları çıxmağa başladı.
Demokratiya və aşkarlığın genişlənməsi sayəsində islam dəyərlərinə qayidıl-dı.Müqəddəs ibadət yerlərindən leqal şəkildə istifadə olunmağa başlandı. Pir və ocaqlara ziyarətlər çoxalmağa başladı. 1988-1990-cı illərdə respublikada 30-dan çox məscid açıldı. 1989-cu ildə Bakıda islam mədrəsəsi açıldı.İndi onun bazasında yaradılmış Ali İslam Universiteti fəaliyyət göstərir.
1990-cı ildən başlayaraq müsəlmanların müqəddəs Məkkəyə ziyarətləri təşkil edildi. “İslam”qəzetinin nəşrinə başlanıldı.
Respublikada İran və Türkiyədə yaşayan qan qardaşları olan azərbaycanlılarla gediş -gəlişi bərpaetmək məqsədilə “Sərhəd hərəkatı”başladı.
1989-cu il dekabrın 31-1990-cı il yanvarın 1-də Araz çayı boyu 137 km So-vet-İran,yanvarın 7-də SSRİ-Türkiyə arasında sərhəd qurğuları dağıdıldı.Yanvarın 18-də Biləsüvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv olundu. Naxçıvan MR-də sərhədlə tikanlı məftillər arasında qalan17 kvadrat kilometr torpaq sahəsi istifadəyə verildi.Sərhəddin hər iki tərəfində yaşayan qohum və qardaşlarıın görüşü,gediş-gəlişi başladı.
Bir sözlə,respublikada yüksək ictimai-siyasi canlanma hökm sürürdü. Lakin Azərbaycan rəhbərliyi Sovetlər birliyini qoruyub saxlamaq üçün Mərkəzin səylərinə can-başla qoşulurdu. Azərbaycan da imperiyanı yenidən bərpa etmək üçün hazırlanmış layihə və tədbirlərə tərəfdar çıxırdı. 1990-cı lin mayında Azərbaycanda da Prezident vəzifəsi təsis olundu.A.Mütəllibov Ali Sovet tərəfindən Respublikanın ilk Prezidenti seçil­di.
Bütün bunlara baxmayaraq “yenidənqurma” dövründə Azərbaycan iqtisadiyyatında da geriləmə başladı.
“Yenidənqurma”nın elan etdiyi demokratiya, aşkarlıq şəraitindən istifadə edən erməni millətçiləri Qərbi Azərbaycanda antitürk siyasətlərini gücləndirdilər, etnik təmizləməyə başladılar. Azərbaycanlıların Ermənistandan yeni deportasiyası başlandı.
1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən tətmizləməli”, “Ermənistanda ermənilər yaşamalıdır!” şüarları altında izdihamlı antitrük mitinqi keçirildi. Erməni vandalları fevralın 21-də İrəvanda qalmış son məscidə hücum edib onu dağıtdılar.
Aşıq Ələsgərin Basar-Keçərdəki qəbrini təhqir etdilər, Səməd Vurğunun abidəsini dağıtdılar. Fevralın 18-23-də azərbaycanlı qaçqınların yeni dəstəsi təqiblərdən canlarını qurtararaq, Azərbaycana axışdılar.
Ermənilər azərbaycanlıların vəhşi,qaniçən olması haqqında yalan təsəvvürlər yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıtda özünü azərbaycanlı kimi qələmə verən “Paşa” ləqəbli Edik Qriqoryaının fəal iştirakı ilə fitnəkarlıq törətdilər. Bu məqsəd üçün Sumqayıtın seçilməsi heç də təsadüfi deyildi. Çünki Ermənistandan təhqir olunaraq qovulan azərbaycanlıların xeyli hissəsi buraya pənah gətirmişdi. Hadisələrin videolentlərə cəkilməsi, varlı ermənilərin bir neçə gün əvvəl banklardan pullarını götürərək qaçması, fitnəkarlığın planlı şəkildə hazırlanmasından xəbər verirdi. Ermənilər bu faciəni ağlasığmaz uydurmalarla bəzəyib, beynəlxalq ictimaiyyətdə azərbaycanlılara qarşı mənfi münasibət yaratmağa çalışdılar.
1988-ci il fevralın 27-də şəhərdə kütləvi mitinqlər başladı və ertəsi günü erməni talanları baş verdi. Faciə zamanı 32 nəfər,o cümlədən 26 erməni və 6 nəfər azər-baycanlı qətlə yetirilmiş, 200 mənzil qarət edilmişdi.
Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı anti-türk hərəkatı daha mütəşəkkil hal aldı. Bu işdə yaxşı silahlandırılmış erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. 1988-ci il martın 2-də Ermənistanda yaşayan azərbaycanlıların yeni böyük bir dəstəsi təqibdən yaxa qurtarıb Zəngilan rayonuna gəldi. Martın 10- da Yerevandan cənubda Mehmandar kəndinin dörd sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun Vedi, Şirazlı, Xalisə və Şidli kimi azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı kəndlərinə yenidən basqın edildi. 1988-ci ilin mart-dekabr aylarında yüzlərlə azərbaycanlı qətlə yetirildi, minlərlə adam isə İran və Türkiyə sərhədlərini keçərək, həmin ölkələrə pənah gətirdilər.
Ermənilər azğınlaşaraq Qubadlı rayonunun Eyvazlı, Qovudlu və Qədili kənd­lərinə hücum edərək qırğınlar türətdilər. Naxçıvanın Kərki kəndini işğal edərək yandırdılar. Sentyabrın 16-da Bakı-Tbilisi sərnişin avtobusunu partlatdılar. 1991-ci il iyulun 31-də Moskva –Bakı qatarınd güclü partlayış törətdilər.
Beləliklə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılara qarşı ermənilərin soyqrımı başa çıtdı. Oradan 230 min nəfərə qədər azərbaycanlı qovuldu, 225 nəfər isə öldürüldü.Azərbaycanlıların Respublikamıza köçməsi burda ictimai-siyasi durumu daha da gərginləşdirdii.
Sovet cəmiyyətini koklərinə qədər sarsıdan “yenidənqurma “ və aşkarlıq siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldır­dılar.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərakatı “Miatsum” başladı.
Münaqişənin qızışdırılmasında millətçi erməni ziyalılarının mühüm rolu ol­muş­du. Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacib-liyini sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə və beynəlxalq təşkilatlara 300 min erməninin imzası ilə müraciətlər göndərilmişdi.
1987-ci ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması mənfur ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı.
Hələ 1940-cı illərdə yaradılmış “Qarabağ” komitəsinin fəaliyyəti genişləndi.
1987-ci ilin oktyabrında İrəvanın Puşkin meydanında bu komitənin ilk açıq nitqi keçirildi. Eyni zamanda Dağlıq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli “Krunk” təşkilatıda açıq fəaliyyətə başladı.
Erməni seperatçıları Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini bəhanə gətirirdilər. Lakin o zaman Moskvadan göndərilən erməni iqtisad çılarının araşdırmalarına görə Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgəsi nə nisbətən sosial –iqtisadi inkişaf səviyyəsinə görə xeyli irəlidə gedirdi. Əgər təkcə 1976-1980-ci ollərdə Azərbaycan üzrə sənaye məhsulları istehsalı 3 dəfə artmışdırsa, vilayət üzrə bu rəqəm 3,3% təşkil edirdi.
1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında ermənilə imza toplamağa (prtisiya ) başladılar. Fevralın 12-də isə həmin tələblə mitiqlərə başladılar. Ermənilər və onların havadarları, Daşnak partiyası hələ çoxdan xaricdə bu məsələ ilə “Daşnak partiyasının Afinada keçirilən qurultaylarında Azərbaycan torpaqları “Naxçıvan və Qarabağ daxil olmaqla “vahid və müstəqil Ermənistan ideyası irəli sürmüşdülər. Z.Balayanın “Ocaq” kitabı da məhz həmin ideyanı yayırdı.1987-ci ildə Aqanbekiyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşməsinin iqtisadi cəhətdən daha əlverişli olması ideyasını irəli sürmüşdü. Bütün bunlar Dalıq Qarabağda seperatçı çıxışlar üçün bir siqnal rolunu oynamışdır. Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyndən şirniklənən ermənilər daha da həyasəzlaşaraq fevralın 21-də DQMV-sovetinin qərarı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar verdilər.Fevralın 25-26-da eyni tələblə Ermənistanda kütləvi mitinqlər keçirildi. Fevralın 24-də Ağdam –Əsgəran yolunda iki azərbaycanlının öldürülməsi ilə Qarabağ konfiliktinin ilk qurbanları verildi. Ermənistandan isə ilk azərbaycanlı qaçqınları dəstəsi Azərbaycana pənah gətirməyə başladılar.
Bütün bunlara qarşı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyini görən xalq res-publikanın qorunması tələbi ilə etiraz nümayişlərirə başladılar.Bu nümayişlərdən ən izdihamlısı mayın 18-də Bakının baş meydanında keçirildi.Vəziyyətin mürəkkəbliyini görən Moskva rəhbərlikdə dəyişiklik edərək K.Bağırovun yerinə Ə.Vəzirovu gətirdi. Lakin o da öz sələfinin syasətini davam etdirdi. Yeni rəhbər-liyin ən böyük səhvlərindən biri Ermənistandan gələn qaçqınları Dağlıq Qarabağa yerləşdirmək əvəzinə onları Bakı və Sumqayıta yönəltdi.
Sentyabrın 21-də Ermənilər Stepanakertdə yaşayan Azərbaycanlı əhalini də öz evlərindən qovdular vəonlar Şuşaya sığındılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti R.H.-i DQVM-nın Azərbaycanın tərkib hissəsi olması haqqında qərarından sonra ermənilər daha da həyasızlaşaraq elan olunmamış müharibəyə başladılar. Yaxşı silahlanmış erməni quldurları Azərbaycan ərazisində açıq hərbi əməliyyatlara başladılar. Lakin Respublikanın rəhbərliyinin göstərişi ilə hüquq mühafizə orqanları əhalidə olan tüfəngləri də onlardan yığmağa başladılar. Bu azərbaycanlıların tərkisilah edilməsi demək idi.
Rəhbərliyin hadisələrə belə münasibəti xalq kütlələrini daha da hiddətləndirdi.
1988-ci il noyabrın 18-dən dekabrın 5-dək “Azadlıq” meydanında fasiləsiz mitinqlərdə 1 milyona yaxın adam iştirak edirdi. Rəhbərlik xalqın tələblərini yerinə yetirmək əvəzinə Rus qoşunlarının köməyi ilə mitinqi dağıtmağa üstünlük verdi. Bakıda və bir sıra başqa şəhərlərdə fövqaladə vəziyyət elan olundu. Beləliklə Respublikada siyasi böhran son həddə çatmış oldu.Belə bir şəraitdə geniş xalq kütlələri arasında yalnız Azərbaycanın ərazi bütğvlüyünün deyil, həmçinin onun real suvürenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideası tədricən yetişirdi.
1988-ci ilin yayında AXC yaratmaq üçün “təşəbbüs qurupu ” yaradılır.Bu qurup AXC-ni proqram və nizamnaməsini bir neçə ay ərzində işləyib hazırladı.Bu dövrdə “Varlıq” qrupu da yarandı və sonralar “Təşəbbüs qurupu” ilə birlikdə AXC-nin yaranmasında mühüm rol oynadı.
1989-cu ilin mayında DQ-da hadisələr daha da kəskinləşdi. Hələ yanvar ayında DQMV Xüsusi İdarə Komitəsinin (Volski) yaranması ilə Respublika rəhbərliyi DQ-nin idarəçəliyindən demək olar ki, kənarlaşdırıldı. Azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.
Belə bir şəraitdə 16 iyul 1989-cu ildə AXC-nin təsis konfransı keçiril-di.Əbülfəz Əliyev AXC-nin sədri seçildi. Proqram və nizamnamə təsdiq edildi.
Bu dövrdən başlayaraq Azərbaycan milli hərəkatında keyfiyyətcə yeni mərhələ başlandı. İyul-Avqust aylarında yenidən mitinqlər keçirilməyə başlandı. Həmin mitinqlərdə fövqalədə vəziyyətin, Dağlıq Qarabağda XİK –nin, komendant saatının ləğv edilməsi tələbləri irəli sürülürdü.Sentyabr ayında AXC rəsmən qeydə alındı və dekabrın 24-də AXC-nin orqanı olan “Azadlıq” qəzetinin 200 minlik tirajla ilk nömrəsi çapdan çıxdı.
AXC-nin nüfuzunun artması rəhbərliyi olduqca narahat edirdi.Mərkəz Azər-baycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşərək onu ictimai siyasi təşkilat kimi məhv etmək istəyirdi.
Təəssüflə göstərmək lazımdır ki, AXC daxilində baş verən böhran mərkəzin bu məkrli planının həyata keçirilməsini xeyli asanlaşdırdı. 1989-cu il oktuyabrın 27-28-də Bakıda AXC Məclisinin I sessiyası böhranın ciddiliyini açıb göstərdi və sessiyadan sonra AXC –nin rəhbərliyində parçalanma baş verdi.
1990–cı ilin yanvarın 13-də Bakıda Erməni talanlarının başlanması hakimiyyətin gizli təşkilatlarının səyi ilə təşkil olunmuşdu. Bunda məqsədAXC-ni günahlandıraraq onun üzərinə geniş hücuma keçmək idi.Hakimiyyət strukturları demək olar ki, bu hadisələrə seyrçi münasibət bəsləyirdilər. Yalnız AXC-nin fəallarının səyləri nəticəsində yüzlərlə erməninin həyatı xilas edildi.Ancaq yanvarın 16-da talanları dayandırmaq mümkün oldu.
Mərkəz 1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə alınmaqla "Tayfun" adlı qanlı əməliyyat planı hazırlamışdı.135 Erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı.
Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəlada vəziyyət elan olunması ” haqqında fərmanı, Bakı və Gəncə şəhərlərində komendant saatının elan olunması Respublikada vəziyyəti daha da gərginləşdirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin (Rus) ətrafında əhali piketlər təşkil etməyə başladılar.
Yanvarın 17-də AZ KP MK –nin binası qarşısında respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinqlər başlandı.
Moskva xalqın gözündən düşmüş Azərbaycan rəhbərliyini xilas etmək məqsədi ilə silahlı qüvvə tətbiqinə əl atdı. 19 yanvar gecəsi xalqın xəbəri olmadan cəllad Qarbaçovun səyi ilə SSRİ Ali Soveti R.H. Bakıda fövqəlada vəziyyət elan etdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı planları poza bilərdi. Buna görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin "radikallar" adamlara "silah, kömək gələcək" - deyə yalan vədlər verir, barrikadaları axıradək tərk etməməyə çağırırdılar. Piketçilər imperiyanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.158 "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.
O müdhiş gecə, yanvarın 19-dan 20-nə keçən gecə Rus qoşunları heç bir xəbərdarlıq etmədən Bakı üzərinə bir neçə istiqamətdən hücuma keçdilər. 131 nəfər günahsız adam qətlə yetirildi. Eyni zamanda Rus müdaxiləçiləri milli azadlıq hərəkatını boğmaq üçün onun üzərinə geniş hücuma keçdilər. Yalnız 200-dən çox demokratik hərəkatın fəal iştirakçıları həbs olunaraq Moskvaya aparıldı. Onların içərisində Azərbaycan xalqının görkəmli oğlu Xəlil Rza Ulutürk də var idi.
Xalq başsız qalmışdı, vahimə içində idi. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. H.Əliyev çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov "bu yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır". Heydər Əliyev qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni, bütün maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə" çağırdı.
Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22- də şəhidlər ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi. Bu, azadlıq, haqq, ədalət, demokratiya yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, AKP MK binası divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. İKP!", "İşğalçılar, rədd olub gedin!" və b. şüarlar yazılmışdı. Partiya biletlərindən tonqallar qalanmışdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi.
1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, ləyaqətini qorumaq üçün mübarizə aparmağa, bu yolda qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Azərbaycan xalqının qabaqcıl qüvvələri əgər Qanlı Yanvara qədər respublikanın suverenliyini SSRİ daxilində mövcud siyasi və iqtisadi münasibətlərin təkmilləşdirilməsi kimi qeyri-real imkanlarda axtarırdısa, bu hadisə sübut etdi ki, suverenliyin yeganə yolu imperiyanın dağılmasında, müstəqilliyin bərqərarlaşmasındadır. Heydər Əliyevin "Bizim Ümumittifaqdan nicatımız yoxdur!" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüar altında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
20 yanvar faciəsindən sonra Respublikada rəhbərlik Ayaz Mütəllibova keçdi Əvvəlki rəhbərlik isə rusların köməyi ilə Moskvaya qaçdılar. Mütəllibov dövründə də AXC və rəhbərlik arasında qarşıdurma davam edirdi. Bu vəziyyəti görərək Azərbaycanın yaradıcı ziyalılarının imza etdiyi “75-lər bəyanatı” “Elm ” qəzetinin 1990-cı il 28 aprel sayında çap olundu.
Bəyanatda göstərilirdi ki: “Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur. Bizim fikirimizcə, respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir. Əgər indi ən təcili şəkildə əsil ictimai sakitliyin möhkəm özlünün yaradılması üçün tədbirlər görülməszə, zorla bərqərar edilmiş”sükut” sonradan daha böyük faciələrlə qurtara bilər. AXC-nin vətənpərvər, demokratik qüvvələrinin iştirakı olamadan bu məqsədə nail olmaq mümkün deyildir. ”
Bu bəyanatın respublika rəhbərliyinə ciddi təsiri oldu. Rəhbərlik demokratik qüvvələrlə bir başa danşıqlara getməyə başladı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, hakimiyyət heç də demokratik qüvvələrlə konstruktiv diolaq aparmaq fikrində deyil. Onlar yalnız xalqı sakitləşdirmək məqsədi ilə belə bir dialoq görüntüsü yaratmağa cəhd göstərirdilər.
1990-cı ilin yayından başlayaraq fövqəladə rejimində müəyyən qədər yum-şalma oldu.Lakin hakimiyyət yenə də hərbi qüvvəyə arxalanan “hərbiçi partokratik ” rejmin əlində idi.
1991-ci ildə Ümumittifaq ərazisində demokratikləşmə və suverenlik uğurunda mübarizə özünün yüksək pilləsinə qədəm qoydu.
Bu siyasi proseslərdən yararlanan Azərbaycan xalqı da özünün müstəqilliyini əldə etmiş oldu.
1991-ci ilin oktyabrında 18-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasında (parlamentdə) “Azərbaycan Respublikasının dövlət müstəqiliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Həmin vaxtdan gənc Azərbaycan Respublikası iqtisadi sosial-siyasi və hərbi sahədə əsaslı tədbirlər həyata keçirməyə başladı.
Lakin bu tədbirlər çox çətinliklərlə üzləşdi. Müstəqilliyi qazanmaq nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir.Bu çətinliklər isə həm daxili həm də beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar idi.
Ermənistanla gedən müharibə gənc Azərbaycan dövlətinin müstəqillik uğrunda apardığı mübarizəni daha da çətinləşdirirdi. Lakin bütün bunlara baxmayaraq Azər­baycan Respublikası tezliklə öz daxili və xarici potensialı hesabına yer üzünün ən güclü subyektlərindən birinə çevrilə bildi.
Onu tezliklə bütün dünya dövlətləri–ilk olaraq Türkiyə, Rumuniya, Pakistan tanıdılır. İlk olaraq Türkiyənin Azərbaycan Respublikası ilə“Dostluq və strateji əməkdaşlıq” haqqında müqavilənin imzalanması müstəqil dövlətimizin və dövlət­çiliyi­mi­zin inkişafında mühüm rol oynamışdır.

Ədəbiyyat siyahısı:
1.Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı, 2003, səh.301-484.
2.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı, 200. səh. 245-255.
3.Əliyev İ. Dağlıq Qarabağ.Tarix, faktlar, hadisələr. Bakı, 1989.
4.Səməndər.R. Şəhidlər. Bakı, 1990. səh.3-29.
5.Sultanov O. XX əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində
Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.
Yüklə 91,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin