Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


ON BİRİNCİ FƏSİL Evin içində məscid418 tikmək



Yüklə 0,78 Mb.
səhifə21/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

ON BİRİNCİ FƏSİL

Evin içində məscid418 tikmək



386- Sünəni-Əbi Davud: Ayişə rəvayət edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) evlərin içində məscid inşa etməyə, məscidləri təmiz saxlamağa və onlara ətir vurmağa əmr etdi.419

387- Müsnədi-İbn Hənbəl: Ürvə ibn Zübeyr Peyğəmbərin səhabələrindən birinin vasitəsilə rəvayət edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) həmişə bizə öz evlərimizin içində məscid tikməyi və onları təmiz saxlamağı məsləhət görərdi.420

388- Sünəni- İbn Macə: Əbu Hüreyrə rəvayət edir: Ənsardan olan bir kişi gözlərinin nurunu itirdikdən sonra Peyğəmbərə (səlləllahu əleyhi və alih) belə bir məzmunda xəbər göndərdi: Mənim evimə gəl və burada mənə namaz qılmaq üçün bir yer müəyyən et.421

Peyğəmbər (səlləllahu əleyhi və alih) oraya gedib, beləcə də etdi.



389- Sünəni-Nəsai: Ütban ibn Malik rəvayət edir: Ey Allahın rəsulu (səlləllahu əleyhi və alih)! Sel mənimlə məscidim arasında fasilə salıb. İstəyim budur ki, mənim evimə gəlib, burada namaz qılasan və mən sizin namaz qıldığınız yeri özüm üçün namazxana seçim.

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Tezliklə gəlib (istədiyini yerinə yetirəcəyəm) belə edəcəyəm.

Allahın rəsulu (səlləllahu əleyhi və alih) (onun evinə gedib) buyurdu: Harada namaz qılmağımı istəyirsən?

Mən evin bir küncünə işarə etdim. Peyğəmbər ayağa qalxdı və biz də o həzrətin (səlləllahu əleyhi və alih) arxasında sıraya düzüldük. O həzrət (səlləllahu əleyhi və alih) bizimlə birlikdə iki rəkət namaz qıldı.422



390- İmam Sadiq (əleyhis-səlam): Həzrət Əlinin (əleyhis-səlam) bir otağı var idi ki, orada yalnız bir xalça, bir qılınc və bir Quran mövcud idi. Və orada namaz qılardı. (Bəzən də orada günün yarısını istirahət edərdi.)423

391- İmam Sadiq (əleyhis-səlam): Həzrət Əli (əleyhis-səlam) evində gecənin sonunda, istədiyi zaman namaz qılmaq üçün bir otaq ayırmışdı. Onunla olmasından sıxılmayan bir uşağı da özü ilə birlikdə oraya aparıb, namaza məşğul olardı.424

392- Əl-Məhasin: Məsmə rəvayət edir: İmam Sadiq (əleyhis-səlam) mənə belə bir məzmunda məktub yazdı: İstəyirəm ki, (evinin) otaqlarından birini məscid edəsən və sonra da iki köhnə paltar geyib, Allah-Təaladan səni cəhənnəm atəşindən nicat verməsini, behiştə aparmasını və heç bir batil, günah söz dilinə gətirməməyini istəyəsən.425

393- Əl-Kafi: Əbu Carud rəvayət edir: İmam Baqirdən (əleyhis-səlam) evin içində yerləşən namazxananın yerini dəyişmək və ya başqa otaqları genişləndirmək məqsədilə onun bir hissəsini ayırıb, o biri otaqlara qoşmağın caiz olub-olmaması haqqında soruşdum. Buyurdu (əleyhis-səlam): Olar.426

ON İKİNCİ FƏSİL

Tənqid olunan məscidlər




Qurani-Kərim: (Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, -deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!427


394-Təfsiri-Qummi: Allah-Təalanın bu kəlamının, “ Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə məscid düzəldən” ayəsinin nazil olmasının səbəbi budur: Bir qrup münafiq Allah rəsulunun (səlləllahu əleyhi və alih) yanına gələrək, dedilər: Ey Allahın elçisi! Xəstələr, yaşlılar üçün və həmçinin yağışlı gecələrdə (bu məscidə gəlməyin çətin olmasına gərə), Bəni-Salim (qəbiləsinin) yaşadığı ərazidə məscid tikməyimizə icazə verirsinizmi?

Təbuk döyüşünə getməyə hazırlaşan Allah rəsulu (səlləllahu əleyhi və alih) onların istəklərinə müsbət cavab verdi.

Dedilər: Ey Peyğəmbər! Kaş ki, gəlib orada namaz qılaydınız.

Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: Mən səfərə gedirəm. İnşaalah qayıtsam, gəlib orada namaz qılaram.

(Amma) Peyğəmbər (səlləllahu əleyhi və alih) Təbuk (müharibəsindən) qayıtdıqda bu ayə Əbu Amir Rahibin və o məscidinin haqqında nazil oldu. Halbuki, onlar məscidi təmiz niyyət və yaxşılıq qəsdi ilə tikdiklərinə and içmişdilər. Lakin Allah-Təala bu ayəni onların barəsində nazil etdi: “Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən...”

Belə olduqda Peyğəmbər (səlləllahu əleyhi və alih) Malik ibn Dəcşəm (ya Dəhşəm) Xuzai, Amir ibn Ədi və Bəni Əmr ibn Ovfun qardaşına bu məscidi dağıdaraq, yandırmağı tapşırdı. Malik ibn Amir dedi: Gözlə, qoy evimdən od gətirim.

Sonra da, o, evindən od gətirərək, xurma ağaclarının budaqlarını alovlandırıb, onunla məscidi yandırdı. Ardınca da, oradan uzaqlaşdılar. Zeyd ibn Harisə (yanan məscidin kənarında) əyləşib, onun tamamilə yanıb-qurtarmasını gözlədi. (Məscid yanıb qurtardıqdan) sonra, o, onun divarlarının dağıdılmasına göstəriş verdi.428

395- Əd-Dürrül-mənsur: İbn Abbas rəvayət edir: Allahın rəsulu (səlləllahu əleyhi və alih) Quba məscidini tikdikdən sonra, ənsardan olan bir qrup şəxs, o cümlədən də; Abdullah ibn Hüneyfin babası Yəxdə, Vədiə ibn Hizam və Məcmə ibn Cariyə Ənsari ilə birlikdə Nifaq məscidini tikdilər.

Allahın rəsulu (səlləllahu əleyhi və alih) Yəxdəyə buyurdu: Nə etmək istəyirsən? (Bununla nəyə nail olmaq istəyirsən?)

Dedi: Ey Allahın rəsulu (səlləllahu əleyhi və alih)! Yaxşılıqdan başqa heç bir niyyətim yoxdur.

O yalan danışırdı. Lakin Allahın elçisi (səlləllahu əleyhi və alih) onun söylədiklərini qəbul etdi. Sonra da Allah-Təala bu ayəni nazil etdi: “Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən...”



Ayənin hədəfi Əbu Amir adlı bir şəxsdir ki, Allahın rəsulu (səlləllahu əleyhi və alih) ilə mübarizə aparırıdı. O, (Roma imperatoru) Heraklın yanına getmişdi. (Zirar məscidini tikənlər) onun qayıtmasını gözləyirdilər ki, orada namaz qılsınlar. Halbuki o, Allah və Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə mübarizə aparmaq üçün Mədinəni tərk etmişdi.429

396- İmam Baqir (əleyhis-səlam): Kufədə lənətlənmiş məscidlər və həmçinin bərəkətli məscidlər mövcuddur... Lənətlənmiş məscidlər bunlardır: Səqif məscidi, Əşəs məscidi, Cərir məscidi, Simak məscidi və fironların birinin qəbri üzərinə qurulmuş olan, Xəmrada yerləşən məscid.430

297- İmam Baqir (əleyhis-səlam): Kufədə İmam Hüseynin (əleyhis-səlam) şəhid edilməsi münasibətilə, sevinc və şadlıq əlaməti olaraq dörd məscid tikildi: Səqif məscidi, Əşəs məscidi, Cərir məscidi, Simak məscidi və Şəbəs ibn Ribi məscidi.431

398- İmam Sadiq (əleyhis-səlam): Əmirəl-möminin (əleyhis-səlam) Kufədəki beş məsciddə namaz qılmağı qadağan etdi: Əşəs ibn Qeys məscidi, Cərir ibn Abdullah məscidi, Simak ibn Məxrəmə məscidi, Şəbəs ibn Ribi məscidi və Təym məscidi.432

399- İmam Sadiq (əleyhis-səlam): Qaim (əc) şərq-qərbi silkələyəndən433 sonra Kufəyə və onun məscidinə gələr. Orada Yezid ibn Müaviyənin İmam Hüseyni (əleyhis-səlam) qətlə yetirdikdən sonra tikdirdiyi məscidi dağıdaraq, xarabaya çevirər. O məscid Allah yolunda tikilməyib (İmam Hüseynin (əleyhis-səlam) şəhid edilməsi şərəfinə tikilib). (Buna görə də,) məscid və onu inşa edən (hər ikisi) lənətlənmişlər.434


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin