44
MƏKTƏB SƏNƏDLƏRİNİN APARILMASI
VƏ SAXLANMASI HAQQINDA TƏLİMAT
Azərbaycan Respublikası Təhsil Nazirliyi-
nin 25 mart 1994-cü il tarixli 187 nömrəli
əmri ilə təsdiq edilmişdir.
I. ÜMUMİ QAYDALAR
Ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yük-
səldilməsi məktəb sənədlərinin düzgün aparılmasından,
ilkin məlumatın vaxtında işlənilməsindən,
uçotun sadələş-
dirilməsindən, uçot məlumatlarının aydınlıq və müqayisə
prinsiplərinə riayət edilməsindən asılıdır. Məktəb sənədlə-
ri ümumtəhsil məktəbində həyata
keçirilən təlim-tərbiyə
işinin vəziyyətinin və maliyyə-təsərrüfat əməliyyatlarının
kəmiyyət və keyfiyyətcə xarakteristikasıdır.
Məktəbin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilmə-
si və onun fə aliyyətinin nəticələri təlim-tərbiyə işinin plan-
laşdırılması və təsərrüfat vəzifələrinin
həyata keçirilməsi,
tədris-pedaqoji uçotun aparılması, mək təb kargüzarlığının
təşkili, ilkin mühasibat uçotunun təmin edilməsi, statistik
hesabatların tərtibi ilə əlaqədar xüsusi sənədlərdə əks olunur.
Həmin təlimat məktəb
sənədlərinə vahid tələbləri,
tədris-pedaqoji sənədlərin tərtibi və rəsmiləşdirilməsi, il-
45
kin maliyyə və təsərrüfat uçotunun aparılması qaydasını
müəyyən edir.
Ümumtəhsil məktəblərində statistik hesabatlar onlarda
aparılan ilkin uçot əsasında tərtib olunur.
Məktəb sənədləri vaxtında, aydın, dəqiq yazılmalı, mə-
lumatların düzgünlüyünə şübhə doğuran
düzəliş və qarala-
ma olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı
makinasında aparılır. Sənədin mətnində və ya rəqəmlərində
buraxılmış səhv aşağıdakı qaydada düzəldilir: səhv söz və ya
rəqəmin
üstündən xətt elə çəkilir ki, onu oxumaq mümkün
olsun, onun yanından isə düzgünü yazılır. Bütün düzəlişlər
izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalan-
malı və məktəbin möhürü ilə təsdiq edilməlidir.
Sənədlərdə
olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi
üçün sənədə imza etmiş vəzifəli şəxs məsuliyyət daşıyır.
Saxlanma müddəti qurtarmış məktəb sənədləri aktlaş-
dırılır və məhv edilir.
Dostları ilə paylaş: