Direktorun el kitabi A5 21 04 2021. indd


̶ 3 ̶  MƏKTƏB SƏNƏDLƏŞMƏSİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə12/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   8   9   10   11   12   13   14   15   ...   66
Direktorun el kitabi A5 21 04 2021

̶ 3 ̶ 
MƏKTƏB SƏNƏDLƏŞMƏSİ
- Dadaş Əliyev -
Əgər həyəcan istehsal edə bilməsəniz, 
elə də böyük nəsə istehsal edə bilməzsiniz.
Con Villard Marriot
BÖLMƏNİN MƏQSƏDLƏRİ 
Bu bölmənin məqsədi oxucuları məktəb sənəd-
ləşməsi haqqında məlumatlandırmaq, müxtəlif 
situasiyalarda hansı sənədlərin, necə hazırlan-
malı olduğunu izah etməkdir. Bu bölmənin so-
nunda oxucular:
• Məktəb sənədləşməsinin əsaslarını öyrənəcək;
• Məktəbdə hansı növ sənədlərin hansı vaxtlar-
da hazırlanmalı olduğu haqda məlumatlanacaq;
• Məktəb sənədləşməsi haqqında praktiki bilik-
lərə sahib olacaqlar.
Açar sözlər: Məktəb sənədləşməsi, sənədləşmə, məktəb.


42
NÜMUNƏ HADİSƏ 
Paduada isti bir yay axşamı idi. Ətrafdakıla-
rın köməyilə nəhayət ki, dama çıxan yaralı əsgər 
yüksəklikdən şəhərə tamaşa edərək təmiz hava-
nı ciyərlərinə çəkdi. Səmada sərçələr hay-küylə 
uçuşur, sanki oynaşırdılar. Ancaq bir az keçmiş 
hava qaralmağa başladı və bununla da projek-
torlar işə düşdü. Damdakı digər adamlar boş 
şüşələri götürərək yavaş-yavaş aşağı düşməyə 
başladılar. Onların səsi bütün eyvanı bürümüş-
dü. Ara sakitləşəndən sonra Luz çarpayıda – 
onun yanında əyləşdi. Nəfəskəsən isti yay gecə-
sində onun gözəl və təravətli vücudu insana bir 
yaz mehi tək sərinlik bəxş edirdi.
Artıq üç ildir, Luz burada gecə növbəsində 
tibb bacısı işləyirdi. Bu müddət ərzində o bütün 
xəstələrin ürəyinə yol tapa bilmişdi. Luz həmin 
yaralı əsgər üçün əməliyyat stolunu hazırladı, 
ona toxtaxlıq vermək üçün isə gah dostcasına 
zarafatlaşır, gah da lağlağı edirdi. Daha sonra ya-
ralı əsgərə keyləşdirici iynə vuruldu və bununla 
da, yaranmış boşluğu doldurmaq üçün boşbo-
ğazlıq etməyə heç bir lüzum qalmadı. Əməliy-
yatdan sonra qoltuq ağacına öyrəşən əsgər heç 
kimin köməyi olmadan da temperaturunu ölçə 
bildiyindən, daha Luzun çarpayıdan düşməsinə 
heç bir ehtiyac qalmırdı. Burada çox az xəstə var 
idi və hamısı da onlar arasındakı münasibətdən 


43
xəbərdar idi. Bütün xəstələr Luzun xətrini çox 
istəyirdi. Luza qarşı daha dərin hisslər bəsləyən 
bu yaralı əsgər isə dəhliz boyu geri qayıdarkən 
onu öz yatağında xəyal edirdi.
Cəbhəyə qayıtmazdan əvvəl onlar Duomaya 
gedib dua etdilər. Sakit və alaqaranlıq bu mə-
kanda insanlar dua etməklə, sanki özlərini Tan-
rıya daha yaxın hiss edirdilər. Evlənmək üçün 
buraya gəlmiş bu cütlüyün isə nə sənədləşmə 
üçün vaxtları, nə də doğum haqqında şəhadət-
namələri var idi. Onsuz da, heç bir sənəd olma-
dan da onlar özlərini evli hiss edirdilər, ancaq 
bəzən bir kağız parçası sevgini heç qorxmadan 
bütün dünyaya car çəkməyə güc, sanki heç vaxt 
onu itirməyəcəyinə zəmanət verir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin