IV. MALİYYƏ-TƏSƏRRÜFAT SƏNƏDLƏRİ
Maliyyə-təsərrüfat sənədlərinə aiddir:
1. Məktəbin texniki pasportu
2. Əsas vəsaitlərin inventar siyahısı
3. Materialların anbar uçotu kitabı
4. Müəssisənin ehtiyacı üçün materialların verilməsi
cədvəli
5. İstismarda olan ucuz qiymətli və tez işlənən əşyaların
hərəkətinin operativ (miqdarca) uçotu cədvəli
6. Məktəbin kitabxana fondunun inventar kitabı.
Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizə-
sinə, onlardan düzgün istifadə olunmasına məsul şəxslər
tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsər-
rüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi
56
müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdir-
ləri, kitabxanaçılar və s.). Bundan əlavə, məktəbdə rayon
(şəhər) təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud
ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.
1. MƏKTƏBİN TEXNİKİ PASPORTU
Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bü-
tün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın
(su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qaz-
laşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası
verilən əsas sənəddir.
Məktəbin pasportunun forması, habelə onun doldurul-
ması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi
saxlanılır.
2. ƏSAS VƏSAİTLƏRİN İNVENTAR SİYAHISI
Əsas vəsaitlərin (kitabxana əmlakından başqa) operativ
uçotunu aparmaq üçün tətbiq olunur və maddi-məsul şəxs-
lərdə saxlanılır. İnventar siyahılarında uçot əsas fondların
təsnifatına uyğun olaraq bina və qurğular, tədris avadanlığı
və inventar, yataq lavazimatı, paltar və ayaqqabı, təsərrüfat
inventarı, nəqliyyat vasitələri və i.a. üzrə ayrılıqda aparılır.
Daimi saxlanılır.
3. MATERAİLARIN ANBAR UÇOTU KİTABI
Maddi məsul şəxslər tərəfindən ucuz qiymətli və tez iş-
lənən əşya və materialları göstərmək üçün istifadə olunur.
Daimi saxlanılır.
|