62
MƏKTƏB DİREKTORU
BİR TƏHSİL LİDERİ KİMİ
Təhsil - şəxsi cəmiyyət içində yaşamağa hazırlayarkən
onda ehtiyacı olan əqli, əxlaqi bacarıq və insani dəyərlə-
rin formalaşdırılması fəaliyyətidir (Məmmədov, 2018: 37).
Təhsil keyfiyyət azlığı olan insana yerli və beynəlxalq iqti-
sadi tələblər çərçivəsində lazım olan bacarıqlar qazandırır
və insan kapitalının formalaşmasını dəstəkləyir.
Təhsil ilə
şəxsin bacarıqları inkişaf edərək ölkənin iqtisadi inkişafına,
rəqabət qabiliyyətinə, gəlirlərə və sosial rifaha müsbət təsir
edir (Tilak, 1989: 10). İnsanda arzuolunan davranış dəyi-
şikliklərini həyata keçirmək məqsədi daşıyan
təhsil müəs-
sisələrinin idarəçiliyinin təhsil liderlərinə verilməsi zəruri
bir məsələdir. Çünki məktəb direktoru məktəbin mühitinin
və mədəniyyətinin üzərində təsirə malikdir (Çelik, 2007:
53). Fərdin və cəmiyyətin inkişafı,
sosial mədəniyyətin nə-
sildən-nəsilə ötürülməsi vəzifəsini təmin edən məktəblərin
hədəflərinə çatması və davamlılığının ən yüksək səviyyədə
olması məktəb direktorlarının təsirli
təhsil liderləri olma-
sından asılıdır. Təhsil müəssisələrini direktorları, maraqlı
tərəfdaşların gözləntilərini və məktəbin hədəflərini reallaş-
dırmaq, qərarlar qəbul etmək,
planlar qurmaq, planların
reallaşması üçün lazımi təşkilati tənzimləmələr aparmaq
üçün qurumun imkanlarını, ətraf mühiti və məktəbi bilir,
63
işçilər arasında
ünsiyyəti təmin edir, işi koordinasiya edir,
təsirli və səmərəli davam etməsi üçün nəticələri qiymətlən-
dirir (Başar, 2000: 37-39). Bu
bölmədə təhsil lideri olma
yolunda məktəb direktorları üçün
liderlik yanaşmaları, təhsil
liderliyi və məktəb liderliyi, məktəb direktorunun liderlik rolları
şəklində məlumatlar öz əksini tapmışdır.
Dostları ilə paylaş: