96
Qiymətləndirmənin məqsədlərindən biri də akkredi-
tasiyadır. Akkreditasiyanın əsas məqsədi təhsil, təlim və
ölçüdə sertifikatlaşdırma sisteminə əsaslanan keyfiyyətə
nəzarət və zəmanət verməkdir. Bundan əlavə, akkredita-
siya təhsil müəssisələrinin müvafiq standartlara çatmasına
kömək edərək, daha yaxşı təhsil xidmətləri üçün meyarları
artırır və planlaşdırma, tədqiqat və irəliləmə fəaliyyətləri ilə
təşkilati inkişafa dəstək verir (Bakioğlu və Baltacı, 2017,
48). Digər tərəfdən, müəllimlərin məktəb və məktəb çev-
rəsinin işini və iş şəraitini inamlı, kritik və ictimai şəkildə
qiymətləndirmələrini təmin edən bir əməkdaşlıq mədə-
niyyəti quraraq da peşə inkişafına nail olmaq mümkündür
(Ferrer, 2010).
Göstəriciləri qiymətləndirməklə məktəblərin və təhsil iş-
çilərinin mövcud və gözlənilən vəziyyətləri arasındakı fərqi,
inkişafa açıq sahələri müəyyənləşdirmək, çatışmazlıqları
aradan qaldırmaq və davamlı inkişafı təmin etmək olar. Son
olaraq, şəffaflıq məktəb direktoru-müəllim münasibətlərinə
və məktəbdə maliyyələşmə axınına təsir göstərir. Şəffaflıq
məktəbə inam, ədalət, iş məmnuniyyəti, motivasiya və tə-
sirli ünsiyyət gətirir. Ancaq məktəb rəhbərliyi tərəfindən
onları narahat edən mövzularda məlumatlandırılmayan
müəllimlər təşkilati inam və ədalət hisslərini itirirlər. Bu və-
ziyyət müəllimlərin iş məmnuniyyətinə, motivasiyasına və
ünsiyyətinə mənfi təsir göstərir (Karaevli və Levent, 2014).
Dostları ilə paylaş: