Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə29/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Hikmət Əlizadə 


88
GİRİŞ
Tədris prosesi mürəkkəb bir prosesdir və bir çox fərqli 
və dəyişən amillərdən təsirlənir. Təhsilalanlarla, öyrənmə 
metodu və tədris materialları ilə əlaqəli amillər tədrisin 
təşkilində ən vacib amillərdir. Tədris prosesinin əvvəlində 
təhsilalanların hazırlıq səviyyəsi, əvvəlki bilikləri, öyrənmə 
sürəti, öyrənmə tərzi və anlama qabiliyyəti təyin edilməlidir. 
Effektiv tədrisin təşkili üçün birinci olaraq təhsilalanın 
əvvəlcədən yaşadığı təcrübələrə əsaslanaraq onun marağını 
artırmaq, nailiyyət hissini ön plana çıxaracaq qarşılıqlı əla-
qə yə əhəmiyyət vermək və onu məktəbdəki iştirakı üçün 
mərkəzə qoymaq vacibdir (Beydoğan, 2016). Başqa sözlə, 
təd risin təşkilinə təsir göstərən amillərdən biri olan təh-
si lalanlarla əlaqəli amilləri bilmək təhsilalanların xüsu-
siyyətlərinə uyğun təhsil təcrübələrinin dizaynı və tədris 
pro sesinin səmərəli idarə edilməsi baxımından xüsusi əhə-
miy yətə malikdir.
Tədrisdə vacib olan təkcə təhsilalanlara məlumat ötü-
rülməsi deyil, həm də onlarda araşdırma, tənqidi düşüncə 
və problem həll etmə bacarıqlarının inkişafıdır. Bu baxım-
dan öyrənmə metodu, rəy, mövzunun quruluşu, öyrənməyə 
ayrılan vaxt, aktiv iştirak kimi amillər əhəmiyyətli dərəcədə 
təsir göstərir (Bacanlı, 2015). Belə ki, effektiv tədrisi təşkil 


89
edərkən, təhsilalanların öyrənmə məsuliyyətlərini öz üzər-
lərinə götürmələrini və bunun üçün səy göstərmələrini 
təmin edəcək uyğun metodlar, texnika və yanaşmalardan 
istifadə edilməlidir. Təhsilalanların öyrənmə proseslərində 
fəal iştirakının təmin edilməsi, təhsilalanlara səmərəli rəy 
verilməsi, kifayət qədər vaxt ayrılması və məzmunun mövzu-
nun quruluşuna və təhsilalanların xüsusiyyətlərinə uyğun 
şəkildə hazırlanması kimi məsələlər yaxşı planlaşdırma və 
həyata keçirilməklə təmin olunur (Driscoll, 1994).
Tədris materialları ilə bağlı təlim prosesinə təsir edən 
amillər çox müxtəlifdir. Bunlar ümumi olaraq qavrayış 
fərqliliyi, semantik birləşmə və konseptual qruplaşdırma 
olaraq ifadə edilir. Beləliklə, tədrisin təşkilində tədris ma-
teriallarının seçimində təhsilalanın inkişaf xüsusiyyətləri və 
fənnin məzmun xüsusiyyətləri, habelə maddi xüsusiyyətləri 
nəzərə alınmalıdır (Öztemel, 2016).
Yuxarıda deyilənlərə əsaslanaraq, tədrisin təşkili prosesi 
maddi-texniki bazanı seçmə, metod və texnikanın mü əyyən-
ləşdirilməsi, sinif otağında oturma formasının tənzimlənmə-
si, hansı prosedurların nə vaxt ediləcəyinə qərar verilməsi, 
təhsilalanların monitorinqi və qiymətləndirilməsi, inkişafa 
nəzarət kimi proses və hərəkətləri əhatə edir. Tədrisin təşkili 
prosesində fərqli tədris strategiyaları, metod və üsulların-
dan istifadə olunur. Tədris metodları tədris strategiyaları 
ilə uyğun şəkildə istifadə olunur. Hər bir strategiya tədris 
metodlarının istifadəsi üçün lazımi çərçivə yaratsa da, is-
tifadə olunan tədris metodları və üsulları bu strategiyanı 
təşkil prosesində canlandırır. Təlim strategiyaları daxilində 


90
tətbiq olunan öyrənmə təcrübələri, təhsilalanların mövcud 
mənbələrdən məlumatları tapmalarını, təhlil etmələrini, 
qiymətləndirmələrini, sintez etmələrini, şərh etmələrini və 
anlamalarını asanlaşdırır və yeni məlumatları ilkin məlu-
matlarla əlaqələndirir. Metod tədris və təlim fəaliyyəti-
nin müəyyən üsulları və alətləri seçərək bir plana uyğun 
şəkildə təşkil edilməsini nəzərdə tutur (Fidan, 2014). Digər 
tərəfdən tədris texnikaları tədris metodunu tətbiqetmə 
yolu və ya sinifdaxili praktikanın bütünü kimi ifadə edilir
(Demirel, 2004).
Öyrənmə və öyrətmə nəzəriyyələrinə əsaslanan müxtəlif 
modellər və yanaşmalar vardır. Tədris prosesinin daha 
effektiv təcrübəyə çevrilməsində fərqli xüsusiyyətlərə və 
dəyişkənlərə əsaslanan bu nəzəriyyələrdən, modellərdən və 
yanaşmalardan bəzi əsas və ümumi təlim-tədris prinsipləri 
formalaşdırılmışdır. Məktəb direktorları effektiv bir təd-
risi təşkil edərkən, bu nəzəriyyə və modellərdən və müx-
təlif prinsiplərdən istifadə edərək hədəf davranışlarını təh-
silalanlara ən yüksək səviyyədə çatdırmaq üçün lazımi 
tənzimləmələri və tədbirləri görürlər. Effektiv bir tədrisin 
təşkilinə məktəb direktorlarının düşünməli olduqları əsas 
prinsiplər belədir:
• Təhsilalan prinsipi;
• Aktuallıq prinsipi;
• Məqsəd üçün uyğunluq prinsipi;
• Fəaliyyət prinsipi (edərək və yaşayaraq öyrənmək);
• Yaxından uzağa prinsipi;


91
• Sadədən mürəkkəbə (asandan çətinə) prinsipi;
• Bilinəndən bilinməyənə prinsipi;
• Bütünlük prinsipi;
• Obyektivlik və açıqlıq prinsipi;
• Ünsiyyətlilik prinsipi;
• Mücərrəddən konkretə prinsipi;
• Qənaət (iqtisadiyyat) prinsipi.
Bir məktəbdə tədrisin təşkili və onun idarə olunması yu-
xarıda ifadə edilən prinsiplər nəzərə alınaraq təşkil edilmə-
lidir. Belə ki, təhsilalan tədrisin mərkəzində yer almalıdır. 
Çünki məktəbin var olmasının səbəbi təhsilalanın bilik və 
bacarıqlarının formalaşdırılmasıdır. Tədris aktuallıq əsa-
sında təşkil olunmalı, ölkənin iqtisadi və sosial tələblərinə 
uyğun olmalıdır. Tədrisin təşkilində təhsilalanlar da fikir və 
davranışları ilə rol almalıdır. Metod və mövzuların seçimi 
asandan, bilinəndən çətinə bir bütünlük halında olmalı, 
qarşılıqlı ünsiyyət və hər bir təhsilalanın fərdi və yaş xüsu-
siyyətlərinə uyğun öyrənmələrinə imkan yaradacaq şəkildə
təşkil edilərək idarə olunmalıdır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin