93
• Təhsilalanların vəziyyətləri ilə bağlı statistik məlumat-
ların toplanması;
• Məktəbdəki müvəffəqiyyət barədə maraqlı tərəfləri
məlumatlandırmaq;
• Təhsilalanların müvəffəqiyyətlərinin qiymətləndiril-
məsi və mükafatlandırılması;
Təhsildə kurikulum prosesi təhsil proqramının məqsə-
di, məzmunu, öyrənmə-öyrətmə prosesi və qiymətləndir-
mə elementləri arasındakı dinamik əlaqələr məcmusudur.
Tədris proqramındakı məqsədlər (nailiyyətlər) fərddən arzu
olunan davranışlardır və “niyə öyrətməliyik?” sualına ca-
vab verir. Məzmun tədris ediləcək mövzulardır və “nəyi
öyrədəcəyik?» sualına cavab verir. Öyrənmə-öyrətmə pro-
sesi öyrənmə təcrübələrinin mütəşəkkil olmasını tələb edir
və “necə öyrədəcəyik?” sualına cavab verir. Monitorinq və
qiymətləndirmə, arzu olunan davranışların əldə edilib-edil-
məməsi barədə qərar verir və “nə qədər öyrətdik?” sualı-
na cavab verir. Beləliklə, tədrisin təşkilində təhsilalanlar
tərəfindən əldə edilməsi gərəkən keyfiyyətlər aydın şəkildə
müəyyənləşdirilməlidir (Tan, 2014; Komisyon, 2010).
Dostları ilə paylaş: