TƏDRİSİN KEYFİYYƏTİNƏ NƏZARƏT
Təhsilin keyfiyyəti tədris prosesinin təşkili qaydaların-
dan asılıdır. Belə ki, tədrisin keyfiyyəti məktəblərin fiziki
97
potensialı və təchizatı, tədris proqramları, tədrisdə istifadə
olunan müxtəlif metod və texnologiyalar və məktəbin ma-
raqlı tərəfləri arasındakı münasibətlərlə əlaqədardır. Təh-
sildə keyfiyyətə təsir edən amillər məktəb direktorunun,
müəllimin, təhsilalanlar, tədris proqramı və tədris metod-
ları olmaq üzrə daxili amillər və ailə, xidmət sahələri, sə-
naye-istehsal sahələri və texnoloji dəyişikliklərin sayıldığı
xarici amillər olaraq ikiyə ayrılır (Bozkurt, 1995). UNICEF
tədrisin keyfiyyət tərifini beş xüsusiyyət ətrafında topla-
mışdır:
• Sağlam və balanslı qidalanan, öyrənmə prosesinə hazır
olan, ailələri və ətrafındakı insanlar tərəfindən dəstək-
lənən təhsilalanlar;
• Sağlam, təhlükəsiz sığınacaq, gender bərabərliyinə
həssaslıq, lazımi qaynaq və avadanlıq təmin edən bir
mühit;
• Əsas bacarıqlara yiyələnmək üçün tədris planında eti-
barlı məzmun;
• Effektiv sinif idarəçiliyinin həyata keçirildiyi, fərqlərin
azaldığı, təhsilalan mərkəzli öyrənmə yanaşmalarının
daxil edildiyi və yaxşı təlim keçmiş müəllimlər tərə-
findən davam etdirildiyi tədris prosesi;
• Milli hədəflərə istiqamətlənən bilik, bacarıq və müna-
sibətləri əhatə edən və cəmiyyətə töhfə verən nəticələr.
Müasir dövrdə tədrisin keyfiyyətinə maddi-texniki baza,
proqram və öyrənmə təcrübələri, öyrənmə və öyrətmə stra-
tegiyaları, işçilər, planlaşdırma, qiymətləndirmə və qeyd-
lərin aparılması, münasibətlər və qarşılıqlı əlaqələr, ailə və
icma tərəfdaşlığı, eləcə də idarəetmə təsir göstərir. Belə ki,
98
məktəb direktoru tədrisin keyfiyyətinə nəzarəti ifadə edilən
istiqamətlər üzrə yerinə yetirməlidir.
Dostları ilə paylaş: |