Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə40/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Direktorun el kitabi A5 21 04 2021

Tərcümə etdi: Rahib Alpanlı


126
GİRİŞ
Qardnerin çox şaxəli intellekt nəzəriyyəsindən sonra ar-
tıq bütün dünya qəbul edir ki, zəka, intellekt və qabiliyyət 
sadəcə riyazi və məntiqi test suallarını qısa zaman inter-
valında həll etməkdən ibarət deyil. XXI əsrin ən önəmli 
həyati bacarıqlarından biri özünü ifadə etmə və natiqlik 
bacarığıdır. Soft skills, yəni yumşaq bacarıqlar arasında 
yer alan bu keyfiyyət həyatın bütün məqamlarında insana 
lazım olmaqla yanaşı, şəxsi və peşəkar inkişafda da vacib 
amildir. Qədim insan anlayışında insan özü tək başına bir 
məharət göstərməli olan varlıq idi. Kütləvi təhsil olmadı-
ğına görə, insanlar individual yollarla, şəxsi əzm və cəhd-
lərlə elmdə və savadda önə çıxır, töhfələr verirdilər. Orta 
əsrlərdən sonra təhsilin kütləviləşməsi sayəsində daha çox 
insan fundamental savada sahib olmağa başladı. Sənaye-
nin qurulması ilə birlikdə insanlar sadəcə müharibələrdə 
deyil, bir işə nail olmaq, bir məhsulu ərsəyə gətirmək üçün 
də komanda şəklində işləməyə başladılar. Amma bu dövr-
də hələ də natiqlik, sadəcə liderlərə lazım olan bir bacarıq 
kimi düşünülür və çox az dövlət adamı tərəfindən xüsusi 
dərslərlə öyrənilirdi. Müasir dövrümüzdə texnologiyaların 
inkişafının həyat tərzimizə təsiri nəticəsində insanlar sosial 
həyatda bir-biri ilə daha çox ünsiyyətdə olmalı olur. Dərs 
izah edən müəllim, hesabat verən mühəndis, seminar keçən 


127
həkim, məhkəmədə çıxış edən hakim və ya seçicilərinə mü-
raciət edən siyasətci natiqliyin özəlliklərini bilməlidir ki, 
qarşısına qoyduğu məqsədlərə çata bilsin.
Şəxsi həyatında belə, insanın dərdini deyə bilməsi, təsirli 
rəy bildirməsi, ailəvi dialoqları onun gündəlik həyatına və 
xoşbəxtliyinə təsir edir. Ona görə də deyə bilərik ki, ünsiy-
yət bacarığı insana danışma qabiliyyəti qədər lazımlı bir 
keyfiyyətdir. Ümumi olaraq, effektiv ünsiyyətin əhəmiy-
yətini beş başlıq altında qruplaşdıra bilərik.
1. Ünsiyyət insanın özünü qarşı tərəfə təq-
dim etmə şəklidir. İnsan gözəl danışıq qabiliy-
yətinə malikdirsə, sosial həyatında yeni tanış 
olduğu insanlara xəyallarından, məqsədlərin-
dən bəhs edərkən özünü daha yaxşı təqdim edə 
biləcək. İnsan ünsiyyətə başladığı anda, tanış 
olma mərhələsində özünü yaxşı təqdim edə bil-
sə, deməli ünsiyyət daha möhkəm fundament 
üzərində qurulmuş olacaq. Belə olduqda daha 
uğurlu və nəticə yönlü bir münasibət yaranmış 
olacaq. Əks halda, hələ yeni çıxılan yolda atılan 
ilk addım uğursuzluğa aparacaq.
2. Ünsiyyət insanın özünü ifadə şəklidir. İn-
sanlarla ünsiyyətin başlıca məqsədlərindən biri 
ehtiyacını təmin etmək üçün özünü ifadədir. 
Əgər insan nə istədiyini qarşı tərəfə düzgün və 
səlis ifadələrlə izah edə bilərsə, məqsədinə nail 
ola bilər. Ehtiyac bütün insanlara məxsus bir 
anlayış olduğu üçün nitq mədəniyyəti hamıya 


128
lazımdır. Məsələn, insanların ən vacib ehtiyac-
larından biri evdir. Kirayə tutmaq üçün ev ta-
pan insan ev sahibi ilə düzgün ünsiyyət qura 
bilməsə, onu evini kirayəyə vermə mövzusunda 
tərəddüdlərə qərq edə bilər. Düzgün nitq bağlı 
qapıları açan açardır.
3. Ünsiyyət və nitq insanın şəxsiyyətinin 
güzgüsüdür. İnsanın şəxsiyyətinin keyfiyyəti 
onun nitqindən başa düşülür. Danışıq tərzi və 
nitqdə istifadə olunan ifadələr evdən çıxanda 
geyinmək üçün hazırlanan paltarlara oxşayır. 
Necə ki, insanlar çölə xüsusi seçdikləri geyim-
lərlə çıxırlar, eynilə üsniyyətdə də kəlmələr, ifa-
dələr və danışıq tərzi xüsusi seçilməlidir. İstifadə 
olunan qarışıq və səliqəsiz cümlələr qarşı tərə-
fi insan haqqında yanlış düşüncəyə sövq edə, 
yanılda bilər. Məsələn, çox səliqəli geyinən bir 
insanın düzgün danışmadığı görüldükdə onun 
paltarları haradansa oğurladığı düşünülə bilər. 
Yəni nitqin qüsurlarını heç bir bəzəkli qiyafət 
örtməz.
4. Ünsiyyət çatmaq istədiyimiz hədəfləri izah 
etmə şəklidir. Dünyanın ən yaxşı universitetləri 
tələbə qəbulu zamanı namizədi müsahibə edir-
lər və ilk soruşulan suallardan biri “Bu universi-
tetə və bu ixtisasa niyə gəlmək istəyirsən?” olur. 
Məqsədlər və hədəflər qarşı tərəfə düzgün bir 
nitq ilə çatdırıla bilmədikdə abituriyent çox qa-


129
biliyyətli olsa belə, nəticə mənfi olacaq. Bu və-
ziyyət iş müsahibələrində də belədir. Namizəd 
müraciət etdiyi işi niyə seçdiyini, məqsədinin, 
karyera planının nə olduğunu yaxşı izah edə 
bilməyəndə, işə qəbul olunma ehtimalı azalır. 
Ona görə də, məqsədləri gözəl bir nitqlə ifadə 
etmək labüddür.
5. Ünsiyyət gündəlik həyatın bir hissəsidir. 
Həyatın hər anında və mərhələsində düzgün 
başa düşülmək çox vacibdir. Nitq mədəniyyəti 
sadəcə kritik və xüsusi anlarda ehtiyac duyulan 
bir anlayış deyil, gündəlik həyatdakı uğurlar 
da bundan asılıdır. Nitq mədəniyyəti hakimə, 
müəllimə, siyasətçiyə nə qədər lazımdırsa, sü-
rücüyə, bərbərə, avtomobil ustasına da o qədər 
lazımdır.
Bəs təsirli ünsiyyət bacarığına necə yiyələnmək olar? 
Ünsiyyət bacarığının hansı vacib amilləri var?
Ünsiyyət təkcə danışmaq deyil, eyni zamanda qulaq 
asmaqdır. Düzgün ünsiyyət bəzi hazırlıqlar və müəyyən 
prinsiplərin qorunmasını tələb edir. Səmərəli və effektiv 
ünsiyyət üçün aşağıdakı amillər sadalana bilər:
• Özünü tanı.
• Açıq ürəkli və açıq sözlü ol.
• Qulaq asarkən sadəcə qulaq as.
• Empatiya qur.


130
• Tolerant ol və muhakimə etmə.
• Tənqidə açıq ol.
• Bədən dilinə diqqət et.
• Göz kontaktı qur.
• Danışıq səviyyəsinə fikir ver.
• Səs tembrinə diqqət et.
Qeyd etdiyimiz kimi, natiqin ünsiyyətinin gözəlliyi 
həm də onun dinləmək bacarığında görülür. Yəni, insanlar 
adətən qulaq asmağı bacarmayan insanları dinləmək istə-
mir. Təsirli qulaq asmaq üçün aşağıdakı prinsiplərə əməl 
etmək vacibdir:
• Diqqətin qulaq asdığın insanda olsun.
• Tərəf müqabilinin sözünü kəsmə.
• Göz kontaktı qur.
• Son sözü demək üçün çalışma.
• Qulaq asarkən cavab hazırlamaq üçün düşünmə.
• Muhakimə etmə.
• Başa düşməyə çalış.
• Qulaq asarkən başqa işlə məşğul olma.
• Sözlərlə birgə, sözsüz mesajlara da diqqət et.
• Danışanın dediklərini başa düşdüyünə dair müəyyən 
mimikalar göstər, hərəkətlər et.
Effektiv ünsiyyətin müəyyən prioritetləri var ki, onlar 


131
nitq mədəniyyətini şərtləndirir. Bu prioritetlər aşağıdakı-
lardır:
• Səmimiyyət. 
• Təvazökarlıq. 
• Stereotiplərdən uzaq durmaq.
• Özünə inam.
• Hörmət və nəzakət.
• Sevgi dili. 
• Sevgi göstərmək və sevgi görmək (simpatiya).
• Empatiya. 
• İnandırıcı olmaq (razı sala bilmək).
• Anlayış və tolerantlıq.
• Davranışlardakı ahəngdarlıq.
• Kamillik.
• Özü ilə barışıq olmaq.
Ünsiyyət insanın şəxsiyyətindən, dəyərlərindən xəbər 
verir. İnsanlar ünsiyyət əsnasında danışan insanı ölçüb-bi-
çir, onu tanımağa çalışırlar. Ünsiyyətin məqsədinə çatması 
üçün nitqin xaricində olan amillər də vardır ki, bunlar ün-
siyyəti daha effektiv edir:
• İnsana dəyər verin.
• Söhbətin ilk saniyəsinə və danışdığınız insanın adına 
fikir verin.


132
• Gülümsəyin.
• Əllə görüşürsünüzsə, sıx və tam tutun.
• İnsanları olduqları kimi qəbul edin.
• Fərqli xüsusiyyətləri tolerantlıqla qarşılayın.
• Ortaq tərəflərinizi qabağa çıxarın.
• Birbaşa tənqid etməyin və günahlandırmayın.
• Sakit olun.
Tədqiqatlar effektiv ünsiyyətin 12,5 faizinin biliklə, 87,5 
faizinin isə münasibətin düzgün qurulması ilə əlaqədar ol-
duğunu göstərir. Bilmək lazımdır ki, ünsiyyətin effektiv-
liyində danışığın təsiri 7 faizdirsə, göz 55, səs 38 faiz yer 
tutur. Deməli, nə danışdığınızdan çox, necə danışdığınız 
vacibdir.
Effektiv nitq mədəniyyəti və onun nəticəsində qurulan 
düzgün ünsiyyətin insanlara bir çox faydaları var. Bu qabi-
liyətə malik olan insan daha çox məmnun ola bilir və həyata 
daha nikbin nəzərlərlə baxır. Bu isə, təbii ki, onun iş və 
şəxsi həyatındakı uğurlarına təsir edir. Effektiv ünsiyyətin 
faydalarından bəziləri aşağıdakılardır:
• Daxili rahatlıq
• Özünə güvən
• Emosional məmnunluq
• Psixoloji rahatlıq
• Təsir edə bilmə


133
• Səmimiyyət
• Razı sala bilmə qabiliyyəti
• Tolerantlıq
• Simpatiya
• Davranış ahəngi
• Kamillik
• Lütfkarlıq
• İctimai status
• Mövqe və vəzifə
• Geniş dost çevrəsi
• Xoşbəxtlik və uğur
Effektiv ünsiyyət anlayışında mədəniyyətlərin və dilin 
xüsusiyyətlərindən asılı olaraq müxtəlif nüanslar vardır. 
Nitq mədəniyyətində nitqin səmimi, saf, axıcı, özünəməx-
sus, açıq, coşqun, emosional və zərif olması nəzərdə tutulur. 
Nitq mədəniyyətini inkişaf etdirmək üçün lazımlı addımla-
rı bilmək vacib olduğu kimi, çox edilən xətaları da bilmək 
əhəmiyyətlidir. Aşağıdakı xətalardan qaçmaq nitqin daha 
qəbul edilən və təsirli olmasını təmin edər:
• Əmr vermək
• Hədə-qorxu gəlmək
• Xəbərdarlıq
• Söhbəti yayındırmaq


134
• Ləqəb qoşmaq
Yoxlamaq
• Nəsihət vermək
• Tənqid etmək
• Muhakimə etmək
• Uzun-uzadı danışmaq
• Günahlandırmaq
• Lağ etmək
Nitq mədəniyyətinin inkişaf etməsi və hədəflənən 
məqsədə çatması üçün əvvəlcədən hazırlıqlar vacibdir. Aşa-
ğıdakı suallar əhəmiyyətlidir:
Auditoriya natiqi tanıyırmı?
Auditoriya natiqi necə tanıyır?
Bundan əvvəlki ünsiyyətlərin auditoriyanın yadında 
necə qalıb?
Təsirli olmaq üçün əvvəlcə salamlaşmaq, hal-əhval tut-
maq, özünü təqdim etmək, lazımi yerdə təşəkkür etmək, 
üzr istəyə bilmək və təvazökar olmaq vacibdir. Natiqin 
danışığının təsirli olmasında onun kimliyinin rolu əhəmiy-
yətlidir. Ona görə də natiqin əvvəlki reputasiyası ilə nitq 
vəhdət və ahəng içərisində olmalıdır. Natiq mükəmməl ol-
maq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1. Özünə güvən və inan.
2. Müsbət fikirləş və müsbət davran.


135
3. Planlı ol və çox çalış.
4. Zamanı yaxşı idarə et.
5. Fikrini işə cəmləşdir.
6. Ümidini itirmə.
Son olaraq, deyə bilərik ki, nitq mədəniyyəti söz qədər 
önəmlidir. Sözün hikmətinə dair Şərq və Qərb mütəfəkkir-
lərinin müxtəlif qiymətli kəlamları var. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin