114
məktəb ondan gözlənilən xidməti göstərə bilməli və ətraf mühit
və cəmiyyət üçün faydalı olmalıdır,
ətraf mühitin və cəmiyyətin tələb və ehtiyaclarını sadalayarkən
məktəbə lazımi fayda və dəstək verilməlidir (Taymaz, 1995:
130).
Direktorlar unutmamalıdırlar ki,
məktəbin xidmət et-
diyi insanlardan dəstək almağın yolu onları məktəbin on-
lar üçün müsbət işlər etməyə çalışdığına inandırmaqdır.
Çünki insanlar onları dəstəklədiklərinə inandıqları insanları
dəstəkləməyə meyllidirlər.
Məktəb və valideyn
Təlim və tədrisin yaxşılaşdırılması üçün məktəbin kri-
tik daxili və xarici proseslərində hansı dəyişikliklərin edilə
biləcəyinə və ya prosesin təhsilalanın müvəffəqiyyətinə
xidmət edən bir formaya necə çevriləcəyinə kifayət
qədər
diqqət yetirilmir. Bu kritik proseslərdən ən vaciblərindən
biri məktəb-ailə münasibətləridir. Əslində aparılan araşdır-
malar məktəb-ailə münasibətlərindəki artımın təhsilalan
müvəffəqiyyətinə müsbət təsir göstərdiyini ortaya qoyur
(Rosenblatt və Peled, 2002).
Bu mənada demək olar ki,
məktəbləri inkişaf etdirməyin ən təsirli yollarından biri də
məktəb-ailə münasibətlərini gücləndirməkdir.
Məktəblər ailələrin onların fəaliyyətlərinə daha fəal cəlb
olunmalarındakı maneələri aradan qaldırmalı və münasi-
bətləri yaxşılaşdırmaq üçün ailələrə yeni əməkdaşlıq və iş-
tirak imkanları təqdim etməlidirlər. Müxtəlif
faktorlar vali-
deynlərin məktəbdəki fəaliyyətlərə qatılmalarını təşviq edə
115
və ya buna maneə ola bilər. Bu amillər üç qrupda nəzərdən
keçirilə bilər, yəni ailənin uşağın təhsilinə marağı, məktəb-
dən məmnunluğu və valideynlərin iştirak etmək qabiliyyəti
(Chan və Chui, 1997: 103). Ailələrin
məktəb fəaliyyətlə-
rində iştirakına və əməkdaşlıq prosesinə mane olan əsas
səbəblər aşağıdakılar ola bilər (Levin-Epstein, 2004):
• Məktəbdəki mütəxəssis heyətinin valideynlərlə mənfi
münasibətləri, istəksizliyi və ya utancaqlığı - Bu maneələ-
rin aradan qaldırılması üçün
müəllimlər və məktəb rəhbər-
ləri ailələrlə münasibətlərdə daha çox məlumatlı və istəkli
olmalıdırlar. Ailələrin məktəblə əlaqələrini artırmaq üçün
ediləcək prioritet vəzifələrdən biri müəllimlərin və məktəb
rəhbərlərinin valideynlərin iştirakını dəyərli hesab etməsidir;
•
Məktəb direktoru ilə müəllimlər və valideynlər
Dostları ilə paylaş: