Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
Direktorun el kitabi A5 21 04 2021

• Özəl təşkilatlar: Məktəbin bütün tələbatını ödəmək 
və ehtiyacı olan təhsilalanlara kömək etmək.
 Peşəkar təşkilatlar: həmkarlar ittifaqları və birliklər 
şəklində təşkil olunan təşkilatların üzvləri vasitəsilə mək-
təbin daha səmərəli fəaliyyət göstərməsini tələb edən təc-
rübə və layihələrlə dəstək.
Qeyri-hökumət təşkilatları: Cəmiyyətin həyatını 
yaxşılaşdırmağı hədəfləyən qeyri-hökumət təşkilatları mək-
tə bin tələb etdiyi mal və xidmətlərin təmin olunmasını dəs-
təkləyə bilər.
• Xüsusi bacarıqlara malik insanlar: müəyyən bir 
sənət növü ilə məşğul olanlar təhsilalanların asudə vaxtının 
təşkilinə mühüm töhfə verə bilərlər.
Bu cür qarşılıqlı təsirlər ətraf mühit və məktəb arasında 
etibarlı və qarşılıqlı ehtirama əsaslanan münasibətləri inki-
şaf etdirəcəkdir.
Direktorların məktəb və ətraf mühitin əlaqəsində mü-
hüm rol oynaması, ümumiyyətlə dörd prinsipə əsaslanır. 
Bun lar ardıcıl olaraq aşağıdakılardır: 
demokratik qaydada məktəbin nə edəcəyini bilmək və öyrənmək 
ətraf mühitin təbii haqqıdır,
məktəb direktoru ətraf mühitin və cəmiyyətin məktəb dən göz-
ləntilərini öyrəndikdə, onları qarşılamağın yollarını axtara bilər, 


114
məktəb ondan gözlənilən xidməti göstərə bilməli və ətraf mühit 
və cəmiyyət üçün faydalı olmalıdır,
ətraf mühitin və cəmiyyətin tələb və ehtiyaclarını sadalayarkən 
məktəbə lazımi fayda və dəstək verilməlidir (Taymaz, 1995: 
130). 
Direktorlar unutmamalıdırlar ki, məktəbin xidmət et-
diyi insanlardan dəstək almağın yolu onları məktəbin on-
lar üçün müsbət işlər etməyə çalışdığına inandırmaqdır. 
Çünki insanlar onları dəstəklədiklərinə inandıqları insanları 
dəstəkləməyə meyllidirlər.
Məktəb və valideyn
Təlim və tədrisin yaxşılaşdırılması üçün məktəbin kri-
tik daxili və xarici proseslərində hansı dəyişikliklərin edilə 
biləcəyinə və ya prosesin təhsilalanın müvəffəqiyyətinə 
xidmət edən bir formaya necə çevriləcəyinə kifayət qədər 
diqqət yetirilmir. Bu kritik proseslərdən ən vaciblərindən 
biri məktəb-ailə münasibətləridir. Əslində aparılan araşdır-
malar məktəb-ailə münasibətlərindəki artımın təhsilalan 
müvəffəqiyyətinə müsbət təsir göstərdiyini ortaya qoyur 
(Rosenblatt və Peled, 2002). Bu mənada demək olar ki, 
məktəbləri inkişaf etdirməyin ən təsirli yollarından biri də 
məktəb-ailə münasibətlərini gücləndirməkdir.
Məktəblər ailələrin onların fəaliyyətlərinə daha fəal cəlb 
olunmalarındakı maneələri aradan qaldırmalı və münasi-
bətləri yaxşılaşdırmaq üçün ailələrə yeni əməkdaşlıq və iş-
tirak imkanları təqdim etməlidirlər. Müxtəlif faktorlar vali-
deynlərin məktəbdəki fəaliyyətlərə qatılmalarını təşviq edə 


115
və ya buna maneə ola bilər. Bu amillər üç qrupda nəzərdən 
keçirilə bilər, yəni ailənin uşağın təhsilinə marağı, məktəb-
dən məmnunluğu və valideynlərin iştirak etmək qabiliyyəti 
(Chan və Chui, 1997: 103). Ailələrin məktəb fəaliyyətlə-
rində iştirakına və əməkdaşlıq prosesinə mane olan əsas 
səbəblər aşağıdakılar ola bilər (Levin-Epstein, 2004):
• Məktəbdəki mütəxəssis heyətinin valideynlərlə mənfi 
münasibətləri, istəksizliyi və ya utancaqlığı - Bu maneələ-
rin aradan qaldırılması üçün müəllimlər və məktəb rəhbər-
ləri ailələrlə münasibətlərdə daha çox məlumatlı və istəkli 
olmalıdırlar. Ailələrin məktəblə əlaqələrini artırmaq üçün 
ediləcək prioritet vəzifələrdən biri müəllimlərin və məktəb 
rəhbərlərinin valideynlərin iştirakını dəyərli hesab etməsidir;
• Məktəb direktoru ilə müəllimlər və valideynlər 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin